Məhkəmə qərarları › İş №2(074)-649/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-649/2020

26.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-649/2020 26.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “qohumluq faktının müəyyən olunmasına dair” mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “qohumluq faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun 1916-cı ildə doğulmuş xx.xx.2008-ci il tarixdə vəfat etmiş, X7, qızı olmağı faktının qohumlq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahat verib bildirdi ki, anası X5 qalmış evə vərəsəlik açdırmaq istəyir. Lakin doğum haqqında şəhadətnaməsi olmadığından vərəsəliyi açmaq mümkün olmamışdır. Bildirilmişdir ki, ya doğum haqqında şəhadətnamə olmalıdır ya da qohumluq faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada doğum akt qeydi tapılmamışdır. Bildirir ki, anası Şabikə ilə atası X4 l937-ci ildə evlənmişlər. 1938-ci ildə özü doğulmuşdur. 1939-cu üdə atası hərbi xidmətə gedib, sonra müharibə başlayıb, atası müharibədən qayıtmayıb. Həmin vaxtdan indiyə kimi onun barəsində heç bir xəbər çıxmamışdır. 1962-ci ildə X13 ilə ailə qurmuşdur. Evlənmə haqqında şəhadətnamədə doğum tarixi 1938-ci il qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsindədə doğum tarixi 1938-ci ildir. Azərbaycanlıdır. X10 anasıdır. X4 isə atasıdır. Ağsu qəsəbəsində doğulmuşdur. Odur ki, onun 1916-cı ildə doğulmuş xx.xx.2008-ci il tarixdə vəfat etmiş, X7, qızı olmağı faktının qohumlq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Məhəmməd Əli oğlu ifadə verib bildirdilər ki, Mariyanı və onun anası mərhum X8 yaxşı tanıyırdılar. Mariyanın atası X2 görməmişdirlər, lakin uşaq vaxtı eşitdiklərinə görə Mariyanın atası 1939-cu ildə hərbi xidmətə getmiş, sonra müharibə başlamış, o da müharibədən qayıtmamışdır. Həlak olmuşdur. Bundan sonra isə anası ərə getməmiş, xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materialların öyrənərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ № 335460 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə ölmüşdür. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1938-ci il tarixdə Ağsu rayonu, Ağsu qəsəbəsində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ağsu rayon Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ci il tarixli № 41 saylı arayışından görünür ki, Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AЗ № 017621 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Ərizəçi xx xxxxx 1962-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinin vəkil sorğusuna cavab məktubundan görünür ki, Şamaxı şəhər M.Hadi küçəsi ev 3 də yaşayan Ərizəçi mərhum atası X1 Böyük Vətən Müharibəsinə göndərilməsi, qayıtması və itgin düşməsi barəd SHXÇDX-nin Şamaxı rayon şöbəsində heç bir məlumat yoxdur. Əsas: 1941-1945-ci ilərdə BVM-nə göndərilənlərin əlifba qeydiyat kitabı № 39. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi xx.xx.2004-cü il tarixdə AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsini xx.xx.1990-cı il tarixdə Ağsu rayon PŞdən almış olduğu XXİİ-3KT 693204 nömrəli keçmiş SSRİ nümunəli sovet pasportuna əsasən almışdir. Ərizəçi qızma aid və xx.xx.2004-cü il tarixdə Şamaxı RPŞ-dən almış olduğu AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasmm ksero-surəti arayışa əlavə olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən edildi ki, XX.XX.1938-ci il tarixdə Ağsu rayonu, Ağsu qəsəbəsində doğulmuş, Ərizəçi 1916-cı ildə doğulmuş xx.xx.2008-ci il tarixdə vəfat etmiş, X7, qızı yəni övladıdır. Bu hal şahid ifadələri və işə əlavə olunmuş sənədlərlə bir daha təsdiq olunur. Belə olan halda XX.XX.1938-ci il tarixdə Ağsu rayonu, Ağsu qəsəbəsində doğulmuş, Ərizəçi 1916-cı ildə doğulmuş xx.xx.2008-ci il tarixdə vəfat etmiş, X7, övladıolması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi barədə işə baxa bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən XX.XX.1938-ci il tarixdə Ağsu rayonu, Ağsu qəsəbəsində doğulmuş, Ərizəçi 1916-cı ildə doğulmuş xx.xx.2008-ci il tarixdə vəfat etmiş, X7, övladıolması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1938-ci il tarixdə Ağsu rayonu, Ağsu qəsəbəsində doğulmuş, Ərizəçi 1916-cı ildə doğulmuş xx.xx.2008-ci il tarixdə vəfat etmiş, X7, övladıolması faktı müəyyən edilsin. Qətnamədən alındığı gündən 1 ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar