Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-649/2021 02.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alq-satqı müqaviləsinin ləğv edilməsi və əmlak” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə həyat yoldaşı arasında ona məxsus olmuş “Renault Megane” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, “Renault Megane” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mükiyyət hüququ ilə ona məxsus olmuşdur. Əvvəllər tanıdığı Rüstəm adlı şəxs bildirmişdir ki, onun tanışı olan Cavabdeh1 adlı şəxs avtomobil almaq istəyir və onda olan model maşın axtarır. Avtomobilimi satmaq niyyətində olduğundan bununla razılaşmış və cavabdeh maşına baxmaq üçün həyətlərinə gəlmişdir. Cavabdehlə avtomobilin qiymətini razılaşdırqdan sonra belə bir razılıq əldə etmişlər ki, cavabdeh avtomobilin pulunu aylıq 350 manat olmaqla hissə-hissə ödəyəcək. Lakin bir müddət sonra aylıq ödənişlərdə problemlər yaranmış və pulu vaxtı vaxtında ödəməmişdir. Onunla əlaqə saxlayaraq məsuliyyətli olmasını xahiş etmişdir. Bir müddət sonra cavabdeh Rüstəm adlı tanışla yanına gələrək bildirmişdir ki, bilirəm ki, borcu çoxdur, lakin borcdan 4000 manat pul gətirmişdir. Pulu bu şərtlə verə bilər ki, ona nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə versin, çünki, pulu həyat yoldaşından almış, o da deyir ki, mütləq nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə olmalıdır və həmin etibarnaməni gözü ilə görməlidir ki, bu pulu versin. Borcun tam ödənilməsini istəmiş və bu təklifə razılaşmamışdır. Tanışı Rüstəm və Sahib çöldə 15-20 dəqiqə danışdıqdan sonra belə nəticəyə gəlmişlər ki, etibatnamə verilsin və xanımın verdiyi pul ödənilsin, tanışı Rüstəm və cavabdeh Sahib də bildirmişdir ki, ona verilməli olan geridə qalan 2500 manat pul 2021-ci ilin aprel ayının sonunadək tamamilə ödəniləcək. Əgər gecikmə olsa, etibarnaməni ləğv edib, maşınını geri tələb edər. Rüstəm isə bu razılığa zamin duraraq razılaşdırmışdır. Cavabdeh1 da bildirmişdir ki, biz kişi kimi əl sıxmışıq, kişi kimi razılaşmışıq, sözümüzdən dönmək bizlərə yaraşmaz. Onlara inanaraq, 20.04.2021-ci ilədək gözləmişdir. Sonra Rüstəm və Sahibə zəng vurmuş, hətta sms bildiriş də göndərmişdir. Bildirmişdir ki, sizin dediyiniz vaxt gəlib çatıb. Rüstəm bildirmişdir ki, Sahibin ona pul vermək fikri yoxdur, avtomobili də dərhal arvadının adına keçirib, heç telefonlarına cavab vermir. Dərhal notariat kontoruna gedərək cavabdehə verilmiş etibarnaməni ləğv etmişdir. Bu günədək də ona edilən zənglər cavabsız qalır. Görünən budur ki, cavabdeh məqsədli şəkildə ona məxsus olan əmlaka sahib çıxmaq istəyirmiş və onu aldadırmış. Belə ki, avtomobilin dərhal onun arvadının adına keçirilməsi birbaşa onun niyyətinin nə olduğunun göstəricisidir. Cavabdehin hərəkətlərini ona məxsus olan əmlaka qəsd kimi dəyərləndirirəm və eyni zamanda qeyd edirəm ki. Renault Megane minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində Cavabdeh1 ilə həyat yoldaşı arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməlidir. Odur ki, Cavabdeh1 ilə həyat yoldaşı arasında ona məxsus olmuş “Renault Megane” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, “Renault Megane” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahat verib bildirimişdir ki, iddiaçı ilə 17150 manat razılaşmışlar. 39 ay 350 manatdan ödəmli idi. 27 ay ödəmiş sonrada 4200 manat kafedə iddiaçıya pul vermişdir. 4200 manatı verəndə söz vermiş və açarı stolun üstünə qoyaraq bildirmişdir ki, daha ödəməyəcəkdir. Həmin razılaşmada 3 ay 350 manatdan yəni 1050 manat söhbəti olub əlavə ödənməli o, isə imkanı olmadığından razı olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, razılaşma üzrə bütün ödənişlər iddiaçıya ödənilmişdir. Lakin iddiaçı hazırda əlavə olaraq ödəniş istəyir. İddiaçı ilə cavabdeh arasında heç bir 2500 manat söhbəti olmamışdır. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verib bildirdi ki, hər iki tərəfi tanıyır. Maşının pulundan ilkin 3500 manat verilmişdi. Aylıqda 350 manat verilməli idi. Daha sonra 4200 manat cavabdeh vermişdir. 1150 manat qalmışdır. Sahib bildirimişdir ki, 4 ay 250 manat 1 ayda 150 manat verəcəkdir. Orada 2500 manat söhbəti olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AD № 288645 nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” minik markalı, 2005-ci il buraxılışlı, gümüşü metallik rəngli, VF1KMSE********** ban nömrəli, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan 12.03.20201-ci il tarixli ƏN-Vİİ № 664347 saylı etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 12.03.2022-ci il tarixinədək 1 il müddətinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər qeydiyyata salmaq qeydiyyatdan çıxarmaq ərizə vermək səlahiyyətlərini etibar etmişdir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı özünə məxsus Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq barədə Cavabdeh1 ilə aralarında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən iddiaçı 17150 manat müqabilində avtomobili Cavabdeh1 satmağa öhdəsinə götürmüşdür. Maşının pulundan İlkin 3500 manat verilmiş. Aylıqda 350 manat verilmişdir. Daha sonra 4200 manat Cavabdeh1 tərəfindən İddiaçı vermişdir. Avtomobilin pulundan 1150 manat qalmışdır. Lakin cavabdeh həmin avtomobili iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında digər Cavabdeh2 satmışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan avtomobillə bağlı cavabdehlər arasında müqavilənin bağlanılması Cavabdeh1 tərəfindən borcun ödənilməsindən yayınmaq məqsədi daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə hesab edir ki, Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməli, Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qayatarılmalıdır. Məhkəmə izah edir ki, Cavabdeh1 isə Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi pulu iddiaçıdan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilsin. Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qayatarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-649/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-649/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver