Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-655/2024 03.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində iddiaçının təklifi (32 kv.m) nəzərə alınmaqla cavabdeh və onun ailə üzvlərinə düşən payın ayrılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşadığı evin mülkiyyətçisi olaraq oğlu X2 və onun ailə üzvlərini mənzildən pay verməklə ayırmaq istəyir. O, ümumbirgə yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 32 kv.m sahəsini cavabdehə və onun ailə üzvlərinə yaşamaqları üçün bağışlamağa razı olsa da lakin, oğlu iş üzrə Cavabdeh onun təklifi ilə razılaşmır. Əvvəlcə DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə yaşayış sahəsinin onunla cavabdeh və cavabdehin ailə üzvləri arasında payların müəyyən edilərək bölünməsi üçün rəsmi ərizə ilə müraciət edib. Oradan onları Şamaxı regional “ASAN xidmət” mərkəzində yerləşən Dövlət Notariat ofisinə göndəriblər. Lakin, cavabdeh narazılıq edərək ümumbirgə mülkiyyətlərində olan mənzildən daha çox pay istədiyinə görə ailə üzvləri arasında notarial qaydada saziş bağlanması mümkün olmayıb. DƏDRX-nin14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş **********89 saylı, 18 yanvar 2024-cü il tarixli rəsmi cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. 19 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Çarhan kəndində iddiaçıya məxsus fərdi yaşayış evində 8 nəfər ailə tərkibi vardır. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən onlara məxsus fərdi yaşayış evi 0.14 ha torpaq sahəsində yerləşməklə birmərtəbəli, ümumi sahəsi 132.2 kv.m olan 4 otaqlı mənzildir. Fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən onlara məxsus fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla 7 nəfər ailə üzvlərinin payı olması yazılmışdır. Ölüm şəhadətnaməsindən görünür ki, mübahisəli mənzilin çıxarışında adı yazılmış övladı X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Oğlu 1986-cı il təvəllüdlü X4 həqiqətən 2014-cü il tarixdən ŞRMX-nın Poliklinika şöbəsində Həkim-Psixiatrın “Şizofreniya paranoid forma. Fasiləsiz gedişli” diaqnozu ilə qeydiyyatdadır. O, həm də əlildir. O, ünvan 2 ünvanında yerləşən onlara məxsus fərdi yaşayış evinin mülkiyyətçisi kimi həmin evdən 32 kv.m yaşayış sahəsini övladı X1 və onun ailə üzvlərinin istifadəsinə və mülkiyyətinə vermək istəyir. Bu istəyinin səbəbi odur ki oğlu müddətsiz olaraq 3-cü qrup əlil olmaqla ruhi-əsəb xəstəsidir. Onunla birgə yaşamaqları mümkün olmayacaq həddə çatmışdır. Bu səbəbdən bütün günü evlərində söz-söhbət və narahatçılıq olur. O və həyat yoldaşı yaşlı adamlardır. Hünər onların övladları olsa da onun normal olmayan davranış tərzi nəticəsində rahatçılıqları və istirahətləri pozulmuşdur. Ona görə də mülkiyyətçisi olduğu sözügedən mübahisəli mənzildən 32 kv.m hissə ayrılıb cavabdehin və onun ailə üzvlərinin (arvadı və üç uşağı) yaşaması üçün onların mülkiyyətinə və istifadəsinə verilməli, bu bölgüdən sonra evdə arakəsmələr inşa edilməli və cavabdeh və onun ailə üzvlərinə veriləcək yaşayış sahəsi ümumbirgə yaşayış sahəsindən tamamilə təcrid olunmalıdır. Cavabdehdən başqa digər övladları və yoldaşı bu təkliflə razıdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, atasının təklifi ilə razı deyil. Evdən ona daha çox payın verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarıını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir, həmin evin yerləşdiyi 0,14 ha torpaq sahəsi isə onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli, **********89 saylı DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubundan görünür ki, Şamaxı rayonu, Çarhan kəndi ərazisində yerləşən fərdi yaşayış evi ümumibirgə mülkiyyətdədir. Həmin evin üzərində payların müəyyən edilməsi və bölünməsi üçün ailə üzvləri arasında notarial qaydada saziş bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir, həmin evin yerləşdiyi 0,14 ha torpaq sahəsi isə onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçı fərdi yaşayış evindən 32 kvadratmetr hissənin cavabdehin payına ayrılmasını təklif etsə də cavabdeh bununla razılaşmayaraq, ailə üzvlərinin sayı nəzərə alınmaqla ona daha çox pay verilməsini istəyir. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının təklif etdiyi ölçüdə pay almaq istəməməsini və onun üzərinə belə öhdəliyin qoyulması mümkün olmadığından idda tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-655/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-655/2024
03.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver