Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-657/2024 05.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və 3-cü şəxs Maraqlı şəxs rəisi X1 iştirakı ilə, İddiaçı cavabdeh X2rşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2rşı nikahın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə aralarında xx.xx.2006-cı ildə Maraqlı şəxsndə 46 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, rəsmi nikah qeydə aldırmaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, ona məlum olmuşdur ki, onun X6 adlı şəxslə xx.xx.2006-cı il tarixli 46 saylı nikah qeydi vardır. Lakin, onun həmin nikahdan məlumatı yoxdur, ümumiyyətlə belə bir şəxsi tanımır. Bu nikahdan onun məlumatı olmamış və ola bilsin ki, texniki yanlışlıq nəticəsində sistemə daxil edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında 3-cü Maraqlı şəxs rəisi X5 izahatında iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlum olan ünvana bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs arayışından görünür ki, İddiaçı və X3 nikahı haqqında xx.xx.2006-cı il tarixdə 46 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/961 saylı ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2006-cı il tarixli, 46 nömrəli nikah haqqında aktın qeydinin “Evlənənlər haqqında məlumat” bölməsinin “İddiaçı” hissəsində olan “13.Evlənənlərin imzaları evlənənədək soyadları:“ qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də, tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda, bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X6 arasında xx.xx.2006-cı ildə Maraqlı şəxsndə 46 nömrə ilə nikah aktı qeydə alınmış, hazırda isə iddiaçı cavabdeh olan şəxsi tanımadığını və həmin şəxslə nikaha daxil olmadığını əsas gətirərək, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda, ekspert rəyi ilə xx.xx.2006-cı il tarixli nikah haqqında akt qeydində olan imzanın İddiaçı aid olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə X6 arasında xx.xx.2006-cı ildə Maraqlı şəxsndə nikah haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Həmçinin, məhkəmə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda, məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyərinin ondan tutulmasına razı olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə X6 arasında xx.xx.2006-cı ildə Maraqlı şəxsndə nikah haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-657/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-657/2024
05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver