Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-660/2021 12.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1460 manat məbləğində pulun, həmin məbləğin illik bank ucot faizini, mənəvi ziyana görə 200 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində olan dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1460 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2020-ci ilin yay aylarında ondan qarpız əkmək adı ilə 1460 manat məbləğində pulu borc götürmüşdür. Bu barədə 19 polis bölməsində araşdırma da aparılmışdır. Hər dəfə cavabdehdən pulunu istəyəndə o, cürbəcür formada onu aldadır. Ötən müddət ərzində dəfələrlə göstərilən məbləğin ödənilməsi üçün cavabdehə müraciət etsə də, o, müxtəlif bəhanələr gətirməklə ödəməni bu günədək ləngitmişdir. Uzun müddət keçməsinə baxmayaraq bu günə kimi cavabdeh öhdəliyini icra etməsini dəfələrlə tələb etsə də cavabdeh icra etməyərək, borcunu ona ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, o, cavabdehə ümumilikdə 1460 manat məbləğində borc vermiş, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini tam şəkildə qəbul edərək izahat verib bildirdi ki, o, həqiqətən də iddiaçıdan 1460 manat məbləğində borc almış, lakin borcunu ödəməmişdir. Buna görə iddianın təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.08.2020-ci il tarixli № ********* saylı qəbzdən görünür ki, X1 Pərviz Əlibrəhim oğluna 900 manat pul göndərmişdir. İş materiallarında olan 04.09.2020-ci il tarixli № ********* saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh 250 manat pul göndərmişdir. İş materiallarında olan 22.12.2020-ci il tarixli № ********* saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh 150 manat pul göndərmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin 16.01.2021ci il tarixli № 083-1306-1221 saylı məktubundan və həmin tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edildiyi bildirilmiş və Cavabdeh verdiyi pulla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan 17.03.2021-ci il tarixli № 10485 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Şamaxı rayon Məhkəməsinə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 1460 manat məbləğində borc vermiş, lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və borcu qaytarmamışdır. Cavabdehin iddiaçıya qeyd olunan məbləğdə borcunun mövcudluğu cavabdehin məhkəmə iclasında verdiyi izahat və həmin məzmunlu ərizədə öz təsdiqini bir daha tapmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi borc pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1460 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1460 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-660/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-660/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver