Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-663/2020 04.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi Müseyib qızının iştirakı ilə, Ərizəçi Müseyib qızının maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “eyni şəxs olması faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Müseyib qızı maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “eyni şəxs olması faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 nümayəndəliyində xx.xx.1958-ci ildə tərtib edilmiş 25 nömrəli nikah haqqında akt qeydində göstərilmiş X9 və 1939-cu ildə AZ SSR X18 Komissarlığı vətəndaş halları aktları qeydiyyat şöbəsində tərtib edilmiş 13 nömrəli doğum akt qeydində göstərilmiş X1, Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən olunması bardə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Müseyib qızı ərizəni müdafiə edərək izahat verib bildirdi ki, xx.xx.1938-ci il tarixdə Ağsu rayonu Kalva kəndində doğulmuşdur. Adı Runa ata adı Museyibdir. Bu bütün sənədlərdə belədir. Lakin bu yaxınlarda məlum olmuşdur ki, həyat yoldaşı ilə evlənmə barədə yəni ünvan 2 nümayəndəliyində xx.xx.1958-ci ildə tərtib edilmiş 25 nömrəli nikah haqqında akt qeydində və 1939-cu ildə AZ SSR X18 Komissarlığı vətəndaş halları aktarı qeydiyyat şöbəsində tərtib edilmiş 13 nömrəli doğum akt qeydində adı Runə, ata adı isə Miseyif kimi göstərilmişdir. Bu açıq aşkar texniki səhvdir. Atasının ölüm şəhadətnaməsi və s sənədlərindəndə görünür ki, onun adı Museyib olmuşdur. Bunu bütün qohum qonşu təsdiq edə bilər. Odur ki, ünvan 2 nümayəndəliyində xx.xx.1958-ci ildə tərtib edilmiş 25 nömrəli nikah haqqında akt qeydində göstərilmiş X9 və 1939-cu ildə AZ SSR X18 Komissarlığı vətəndaş halları aktları qeydiyyat şöbəsində tərtib edilmiş 13 nömrəli doğum akt qeydində göstərilmiş X1, Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən olunması bardə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, Runa onun nənəsidir. Ulu babasının adının Museyib olduğunu təsdiqlədi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, ərizəçi ilə qonşuluqda yaşamışlar. Onun atasının adının Müseyib öz adının isə Runa olduğunu təsdiqlədi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materialların öyrənərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixində Ağsu rayonu Kalva kəndində doğulmuşdur. ünvan 1 D 1 ünvanında yaşayır. İş materiallarında olan ünvan 2 nümayəndəliyində xx.xx.1958-ci ildə tərtib edilmiş 25 nömrəli evlənmə haqqında akt qeydinin surətindən görünür ki, Şükürova (Sədullayeva) Runə Miseyif qızı ilə X7 nikahlarını bağlamışlar. İş materiallarında olan 1939-cu ildə AZ SSR X18 Komissarlığı vətəndaş halları aktarı qeydiyyat şöbəsində tərtib edilmiş 13 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X5 xx.xx.1938-ci il tarixində Ağsu rayonu Kalva kəndində doğulmuşdur. Atası X8, anası X3r. İş materiallarında olan AZ-İ № 970246 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli № 05/Q-207/15 saylı Ərizəçi ünavnlanmış məktubundan görünür ki, ünvan 2 nümayəndəliyində xx.xx.1958-ci ildə tərtib edilmiş 25 nömrəii nikah haqqında akt qeydində və 1939-cu ildə tərtib edilmiş doğum akt qeydində adı “Runə”dən “Runa”ya, atasının adının “Miseyif’dən “ Müseyib” ə dəyişiklik edilməsinə dair Şamaxı rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın tələblərinə əsasən nikah və doğum haqqında akt qeydində adı “Runə ”dən “Runa”ya , atasının adının “Miseyif” dən “ Müseyib “ ə dəyişiklik edilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında işin araşdırılmış hallarından müəyyən olundu ki, ünvan 2 nümayəndəliyində xx.xx.1958-ci ildə tərtib edilmiş 25 nömrəli nikah haqqında akt qeydində göstərilmiş X9 və 1939-cu ildə AZ SSR X18 Komissarlığı vətəndaş halları aktları qeydiyyat şöbəsində tərtib edilmiş 13 nömrəli doğum akt qeydində göstərilmiş X5 AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilmiş Ərizəçi Müseyib qızının eyni şəxs olması faktı iş üzrə toplanmış sübutların məcmuyu ilə təsdiq olunur. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.11-ci maddəsinə əsasən hesab edir ki, ünvan 2 nümayəndəliyində xx.xx.1958-ci ildə tərtib edilmiş 25 nömrəli nikah haqqında akt qeydində göstərilmiş X9 və 1939-cu ildə AZ SSR X18 Komissarlığı vətəndaş halları aktları qeydiyyat şöbəsində tərtib edilmiş 13 nömrəli doğum akt qeydində göstərilmiş X5 AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilmiş Ərizəçi Müseyib qızının eyni şəxs olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 2 nümayəndəliyində xx.xx.1958-ci ildə tərtib edilmiş 25 nömrəli nikah haqqında akt qeydində göstərilmiş X9 və 1939-cu ildə AZ SSR X18 Komissarlığı vətəndaş halları aktları qeydiyyat şöbəsində tərtib edilmiş 13 nömrəli doğum akt qeydində göstərilmiş X5 AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilmiş Ərizəçi Müseyib qızının eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-663/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-663/2020
04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver