Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-668/2023 14.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X25 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh Əliağa oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əliağa oğluna qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Əliağa oğluna qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Şamaxı şəhəri, 28 May küçəsindəki 35 nömrəli evə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci il tarixdə Cavabdeh Əliağa oğluna qarşı “evin bölünməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-568/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 359/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-568/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə qətnaməsinin 3-cü səhifələrində babası Əliağa Mamedovdan miras qalmış sözügedən mübahisəli evə mərhum anası X6 adına vərəsəlik açılmasını və ya yalnız bundan sonra iddia tələbinin təmin olunmasının mümkünlüyü bildirilmişdir. Bundan əlavə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 568/2021 saylı qətnaməsinin 2-ci səhifəsində yazılanlardan görünür ki, Cavabdeh Əliağa oğlu bildirmişdir ki, “mənim vərəsəlik sənədim yoxdur. İddiaçının anasının (yəni onun anasının) vərəsəliyini qəbul etmədən həmin evə iddia yönəldilə bilməz. Əgər iddiaçı vərəsədirsə, ona pay verilməsinə etiraz etmir”. Onun mərhum anası X7 doğum şəhadətnaməsində ana qrafasında yazılmış X5 yazılmışdır və bunlar eyni şəxslərdir. Buna dair Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-1308/2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Şamaxı şəhəri, 28 May küçəsindəki 35 nömrəli evin texniki pasportundan görünür ki, həmin ev X2 adınadır. Bu mübahisəli evin pasportunun əsil və ya təsdiq olunmuş nüsxəsi onda yoxdur. Məhkəmədən aidiyyəti ünvana sorğu verməklə mübahisəli evin pasportunun iş materiallarına daxil edilməsini təmin etməsini xahiş edir. AZ-İİ № 061896 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, babası X8 xx.xx.1963-cü ildə vəfat etmişdir. Şamaxı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-135/69 saylı arayışın əsilindən görünür ki, nənəsi (X2 həyat yoldaşı) X13 xx.xx.1993cü ildə vəfat etmişdir. Şamaxı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q 136/69 saylı arayışdan görünür ki, anası X9 xx.xx.2003-cü ildə vəfat etmişdir. Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin verdiyi 166 saylı, xx.xx.2022-ci il tarixli vərəsəlik sənədinin əsilində yazılanlardan görünür ki, xx.xx.1963-cü ildə vəfat etmiş X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə onun vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarını rəsmiləşdirmədən xx.xx.2003-cü il tarixdə vəfat etmiş vərəsəsi X3 vərəsəsi İddiaçı tərəfindən Şamaxı Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə daxil olmuş müraciət əsasında, İddiaçı vərəsələr sırasına daxil olduğu müəyyən olunmuşdur. Bu ərizəyə daxil etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışın əslindən görünür ki, o və xx.xx.2011-ci il təvəllüdlü övladı X12 - hər ikisi Şamaxı şəhəri, 28 May küçəsindəki 35 nömrəli mübahisəli evdə qeydiyyatdadır. Bu arayışda yazılıb ki, o, həmin mənzildə xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. Bildirir ki, həyat yoldaşı ilə boşanmış və o vəfat etmişdir. Yaşamağa evi yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Əliağa oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, o, Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı evi yenidən qurub təmir etdirmişdir. Bundan əlavə, İddiaçı həmin evə heç bir vərəsəlik hüququ yoxdur. İddiaçı ailə qurmuş və mübahisəli evdə yaşamamış, kommunal xərcləri ödəməmişdir. Artıq bu tələbə xx.xx.2021ci il ildə baxılmış və iddiası rədd edilmişdir. Faktiki olaraq, iddiaçı kənar şəxsdir və həmin evə dair heç bir hüququ yoxdur. Odur ki, iddia tələbinin əsassız olduğunu bildirib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli **********29 saylı arayışında qeyd olunur ki, Şamaxı şəhəri, 28 May küçəsində yerləşən 35 nömrəli evə xx.xx.1963-cü il tarixdə X4 adına texniki pasport hazırlanmış və hal-hazırda ev X4 adındadır. İş materiallarında olan Şamaxı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin arayışında göstərilir ki, xx.xx.1963-cü ildə vəfat etmiş X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə onun vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarının rəsmiləşdirmədən xx.xx.2003-cü il tarixdə vəfat etmiş vərəsəsi X3 vərəsəsi İddiaçı tərəfindən Şamaxı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə daxil olmuş müraciət əsasında, İddiaçı vərəsələri sırasına daxil olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X13 xx.xx.1993-cü ildə ölmüşdür. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X10 xx.xx.2003-cü ildə ölmüşdür. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, Şamaxı şəhəri, 28 aprel küçəsi 33 nömrəli ev X11 adına qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 061896 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1963-cü ildə ölmüşdür. İş materiallarında olan Şamaxı Regional ASAN xidmət mərkəzində notariat ofisinin 18 iyul 2023-cü il tarixli 1656 nömrəli məktubuda göstərilir ki, 1949-2011-ci illər üzrə toplanmış notarial sənədləri Dövlət notariat arxivində saxlanılır. Ad, soyad və ata adı ilə axtarış zamanı avtomatlaşdırılmış Elektron notariat informasiya sistemində X3 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportu X2 adına qeydə alınmış və hal-hazırda da, həmin ev X2 mülkiyyətində olması iş materialları ilə tam sübuta yetirilir. Həmçinin, göründüyü kimi, xx.xx.1963-cü ildə vəfat etmiş X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə onun vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarının rəsmiləşdirmədən xx.xx.2003-cü il tarixdə vəfat etmiş vərəsəsi X3 vərəsəsi olan qızı İddiaçı vərəsələr sırasına daxil olduğu müəyyən olunmuşdur. Odur ki, İddiaçı miras qoyan X2 vərəsələri sırasına daxil olduğundan və sözügedən yaşayış sahəsi də, miras qoyanın mülkiyyətində olduğundan, iddiaçı həmin evə köçürülməsini tələb etməkdə haqlıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh Əliağa oğlu mərhum X2 vərəsələridir. Tərəflər arasında mübahisə predmeti olan Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı ünvanda yerləşən ev hazırda da, X2 adınadır. Eyni zamanda müəyyən olunur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək, əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinin birinci abzasına əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.1963-cü ildə vəfat etmiş X2 adına qeydə alınması və ondan qalan mirasa daxil edilməsi üçün hüquqi əsas yarandığından və iddiaçının həmin evə dair vərəsəlik üzrə gözlənilən mükiyyətçi hüquqları vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “mənzildən istifadə qaydalarının müəyyən edilməsi” hissəsinə qiymət verərək hesab edir ki, mübahisə predmeti olan Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin hissədə iddia təmin olunmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Şamaxı şəhəri, 28 May küçəsi 35 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-668/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-668/2023
14.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver