Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-672/2020 04.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi X2 iştirakı ilə, ərizəçi X2 maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə “doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair” mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə “doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair” ərizə ilə müraciət edərək, xx xxxx 2001-ci il tarixdə tibb müəssisəsindən kənarda, Şamaxı rayonu Dəmirçi kəndi ərazisində bir qiz uşağının doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X7 ərizəsini müdafiə edərək izahat verib göstərdi ki, ailəlikcə həmişə çobançılıqla məşğul olmuşlar. Daima yaylaqda, qışlaqda olmuşlar. xx xxxx 2001-ci il tarixdə yaylaqda olarkən bir qızı dünyaya gəlmişdir. Həmin vaxtı qonşu yataqda olan qadınlar doğuşa kömək etmişlər. Əsasən də X3 çox köməyi dəymişdir. Omdan başqa qonşuluqda olan Səadət Mustafayeva, Sevil Mürşüdova da orada olmuşlar. Doğuşa kömək etmişlər. Üç aydan sonra isə qışlağa getmişlər. Beləliklə, tamam unutmuşlar. Hazırda qızının 19 yaşı var. Adını Ayişə deyə çağırırlar. Bir az əqli cəhətdən çatışmamazlığı var. Ona gələcəkdə qəyyum təyin olunmalıdır. Lakin heç bir sənədi yoxdur. Şəxsiyyət vəsiqəsi alınmalıdır, amma doğum şəhadətnaməsi olmadığından ona şəxsiyyət vəsiqəsi də ala bilmirlər. Qeydiyyat şöbəsinə müraciət etmişlər. Onlara bildirmişlər ki, yalnız məhkəməyə müraciət olunmalıdır. Məhkəmə uşağın doğum faktının müəyyən etməlidir. Odur ki, xx xxxx 2001-ci il tarixdə tibb müəssisəsindən kənarda, Şamaxı rayonu Dəmirçi kəndi ərazisində bir qiz uşağının doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində X5, X8, X6 ifadə verib bildirdilər ki, Bəyimi və onun qızı Aynuru yaxşı tanıyırlar. Aynur 2001-ci ilin iyul ayının 6-da Dəmirçi yaylağında doğulmuşdur. Həmin vaxtı onlarda qonşu yataqda heyvana gedirmişlər. Qəflətən ağrıları başladığından onu yaylaqdan harasa çatdırmaq qeyri mümkün idi. Odur ki, köməyləri ilə uşaq elə orada fermada dünyaya gəlmişdir. Doğuşa əsasən kömək edən X8 idi. Hazırda həmin uşaq sağlamdır, valideynləri ilə birlikdə Şamaxı şəhəri Natəvan küçəsi 13 saylı evdə yaşayır. X13 Əihöküm oğludur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Sabirabad rayonu Qaraqaşi kəndində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli X4 ünvanlanmış məktubunun surətindən görünür ki, X1 Şamaxı rayonunun Şamaxı şəhərində xx.xx.2001-ci il tarixdə ev şəraitində doğulmuş bir qız uşağının doğumunun qeydə alınmasına dair müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası“nın tələblərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bildirilmişdir ki, doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunur. Həmçinin, Şamaxı rayon qeydiyyat şöbəsi məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi X1 xx xxxx 2001-ci il tarixdə Şamaxı rayonu Dəmirçi kəndində tibb müəssəsindən kənarda bir qız övladı doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.6-cı bəndindən görünür ki, tibb müəssisəsindən kənarda doğulmuş uşağın doğulmasını təsdiq edən həkim sənədi olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X2 xx xxxx 2001-ci il tarixdə Şamaxı rayonu Dəmirçi kəndində bir qız uşağını tibb müəssisindən kənarda doğması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi X2 xx xxxx 2001-ci il tarixdə Şamaxı rayonu Dəmirçi kəndində bir qız uşağını tibb müəssisindən kənarda doğması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-672/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-672/2020
04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver