Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-672/2021 28.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə paylı mülkiyyətin müəyyən edilməsi və bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına 18.10.2016-cı il tarixli, ********** nömrəli çıxarışla qeydiyyata alınmış Şamaxı rayon Çarhan kəndi ərazisində yerləşən 2,4036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətinin tanınması və torpaq bölgüsünün aparılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, onlar ünvan 1 ünvanda onlarla birlikdə ailə üzvləri olan Cavabdeh da yaşayır. Ailələrinin dolanışıq səviyyəsi aşağı olduğu və işsizlik problemi olması ilə əlaqədar 2016-cı ildə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almaq və əkinçiliklə məşğul olmaqla ailə təlabatlarının müəyyən qədər ödənilməsini təmin etmək üçün qərarına gəlmişlər. İddiaçı2 və Cavabdeh fəhləçiliklə topladığı vəsaiti cəmləsələr də bu məbləğ çox azlıq təşkil etdiyindən İddiaçı1 tərəfindən pensiyaçı olmaqla "xxxx" ASC-dən 2664 manat kredit götürülərək Şamaxı rayon Çarhan kəndi ərazisindən 2,4036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı vasitəsi ilə almışlar. Torpaq sahəsi reyestr xidmətində 18.10.2016-cı il tarixdə qeydiyyata salınaraq çıxarış verilmiş, lakin hüquqi savadsızlıq baxımından çıxarışda paylı mülkiyyətin qeyd edilməsi tələbi edilməmiş, mülkiyyət yalnız Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmişdir. Halbuki həmin əmlaka sərmayə ən çox İddiaçı1 və İddiaçı2 tərəfindən qoyulmuşdur. Sonradan məlumatları olduğu zaman Cavabdeh paylı mülkiyyətin rəsmləşdirilməsi, torpaq üzərində pay bölgüsünün aparılması dəfələrlə tələb edilsə də əməl ediləcəyinə söz vermiş, lakin sonradan müxtəlif əsassız səbəblər gətirərək buna əməl etməmişdir. Belə vəziyyətdə torpaq sahəsi üzrə İddiaçı2 və İddiaçı1 paylı mülkiyyəti tanınması və torpaq bölgüsünün aparılması zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, iddiaçılar doğma anası və qardaşıdır. O, torpağın bölünməsinə razıdır. Lakin reyestr xidmətinin ona torpağın üzərində həbs olduğunu bildirmişlər. Ona görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45 saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çarhan kəndində yerləşən 2,4036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 18.10.2016-cı il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə tam pay üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 20.09.2016-cı il tarixli № 46-16-16-065334 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı1 "xxxx" ASC-dən şəxsi məqsədlər üçün 2664 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 02 iyul 2021-ci il tarixli № **********65 saylı sorğuya cavab məktubundan görünür ki, Şamaxı rayonu, Çarhan kəndində yerləşən 2,4036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 11.09.2018-ci il tarixli 2(074)- 1198/2018 saylı icra sənədinin icrası ilə bağlı həbs qoyulmuşdur. Məhkəmə qeyd edir ki, paylı mülkiyyət qanunla və müqavilə üzrə nəzərdə tutulmuş əsaslar üzrə yaranır. Hazırki halda paylı mülkiyyətin tanınması tələb edilən torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçılar həmin müqavilənin tərəfləri olmamışlar. Digər tərəfdən Cavabdeh mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan mülkiyyətində olan torpaq sahəsi ilə bağlı istədiyi kimi sərəncam vermək hüququna malikdir. Məhkəmə iclasında da müəyyən olundu ki, mülkiyyətində olan torpaq sahəsinin bölünməsinə o da razıdır, lakin torpaq üzərinə həbs qoyulduğundan iddiaçılara məhkəməyə müraciət etməli olmuşlar. Göründüyü kimi tərəflər arasında heç bir mübahisə yoxdur. Bundan başqa məhkəmə tərəfindən edilən sorğuya Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 02 iyul 2021-ci il tarixli № **********65 saylı cavab məktubundan görünür ki, Şamaxı rayonu, Çarhan kəndində yerləşən 2,4036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 11.09.2018-ci il tarixli 2(074)-1198/2018 saylı icra sənədinin icrası ilə bağlı həbs qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, digər icra sənədinin icrası ilə bağlı üzərinə həbs qoyulmuş torpaq sahəsinə payların müəyyən edilməsi həmin icra sənədinin icrasız qalmasına və nəticədə tələbkarın hüquqlarının pozulmasına səbəb olacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə paylı mülkiyyətin müəyyən edilməsi və bölgüsü” tələbinə dair iddiaları təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə paylı mülkiyyətin müəyyən edilməsi və bölgüsü” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-672/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-672/2021
28.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver