Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-679/2020 25.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbinə dair” mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddia qaldıraraq, Cavabdeh maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 1000 manat və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib bildirdi ki, Cavabdeh oğlunun qaynanasıdır. Oğluna xx.xx.2019-cu il tarixdə el adəti toy edib X3 ilə qeyri rəsmi ailə həyatı qurmuş, həmin nikahdan 3-4 həftəlik hamilə olmuş, qızın anası Nazlı atasının xəstə olmasını bildirərək, gəlini Aytacı xx.xx.2019-cu il tarixdə onun evindən aparmış, apardıqdan sonra ana bətnindəki 3-4 həftəlik uşağı qeyri qanuni yolla tələf etmiş və gəlininin başında ağrılar olduğu üçün anası Nazlı tərəfindən saçları təmiz qırxılmlşdir. xx.xx.2019-cu il tarixdə gəlininin anası Nazlı gilə getmiş, gəlini öz evinə gətirmiş, saçlarının təmiz qırxıldığını görmüşdür. Soruşduqda saçlarını kim tərəfindən qırxıldığını bildirmişdirki, anası Nazlı onu məcbur edərək bətnindəki uşağı qeyri qanuni tələf etdirmiş və başında ağrılar olduğu üçün saclarını qırxmışdır. Bundan əlavə qız və oğlan toyları bir yerdə olmuş, bütün xərcləri özü çəkmiş, ona qudası Nazlı tərəfindən maddi və mənəvi ziyan vurmuşdur. Odur ki, Cavabdeh maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 1000 manat və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahat verib bildirdi ki, gecə saat 2-də zəng edib bildiriblər ki, onlara gəslin. Onlara getdikdə görmüşdür ki, iddiaçı və onun ailəsi qızına zülm ediblər. Əlini yatdığı yerdə bağlayıblar. İddiaçının oğlu qızı yumruqla vurmuş və qızının övladı tələf olmuşdur. İddiaçıya heç bir ziyan dəyməyib. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini qız və oğlan toyları bir yerdə olduğunu, bütün xərcləri özü çəkdiyini, ona qudası Nazlı tərəfindən maddi və mənəvi ziyan dəydiyini bildirsədə tələbinin əsasını təşkil edəcək sübutları təqdim etməmişdir. Cavabdeh tərəf iddianı qəbul etməyərək iddiaçıya ziyan vurulmadığını bildirmişdir. İş üzrə olan sübutlarla, iddiaçıya cavabdeh tərəfindən maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 1000 manat ziyan dəyməsi halları təsdiq edilməmişdir. Bununla da cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə olan sübutlarla cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması halı təsdiq edilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddia əsas hissədə rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aiddir və cavabdehdən onun xeyrinə tutula bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-679/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-679/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver