Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-69/2023 16.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, dəmir torun, dəmir təbəqənin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-041B saylı 41009028 kodlu Şəhadətnaməyə əsasən ona və ailəsinə məxsus olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 2 metr enində və 43 metr uzunluğunda ölçüdə torpaq sahəsinin boşaldılması, həmin hissəyə çəkilmiş torun və dəmir təbəqənin sökülərək ona məxsus sahədən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, İ Cabanı kəndində yaşayır. Orada evi və 0.14 hektar həyətyanı torpaq sahəsi var. Cavabdehlə qonşudur. Aralarında dəmir tor çəkilib. Həmin toru cavabdehin atası çəkib. Atası yaşlı adam olub. O, həmin tor çəkilən zaman bildirib ki, çəpəri onun ərazisindən çəkir. Cavabdehin atası ölçdürərsən sənin yerinə düşərsə sökərik söyləyib. Yaşlı adam olduğundan ciddinə getməyib. Sonra cavabdehin atası vəfat edib. Bu yaxınlarda görüb ki, cavabdeh həmin yerin bir hissəsini dəmir təbəqə ilə tutub orada dam düzəldir. Cavabdehə bildirib ki, bu yer onundur, 2 metr enində və 43 metr uzunluğunda onun yerinə müdaxilə olduğunu söyləyib və çəpəri söküb öz tərəflərindən çəkməklərini bildirib. Amma Nazim buna məhəl qoymayıb. Bildirib ki, əməkdaş dəvət elə gəlib ölçsün. Həmin ərazi sənin yerin olsa o zaman boşaldacam. O, DƏDRX-ə müraciət edib. Oradan mütəxəssis gəlib bildirib ki, iddiaçının 2 metr enində torpağı zəbt olunub. Mütəxəssis bunu cavabdehə də izah edib. Amma Nazim yenə də ona məxsus olan torpaq sahəsini boşaltmır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olub. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-041B saylı 41009028 kodlu Şəhadətnaməyə əsasən ona və ailəsinə məxsus olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 212 kv.m hissəsinin boşaldılması, həmin hissəyə çəkilmiş torun və dəmir təbəqənin sökülərək ona məxsus sahədən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza keçirilərkən torpaq sahəsinə baxış zamanı o, da iştirak etmiş və ona iddiaçının torpaq sahəsinə keçməsi bildirilmişdir. Lakin onların çəpəri çoxdan çəkilib. Buna görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul ediməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-041B kod 41009028 saylı şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 18 may 1997-ci il tarixli 30 saylı qərarı ilə Şamaxı rayonu Cabanı kəndində yerləşən 0.14 hektar torpaq sahəsi İddiaçı, X5, X9, X11 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-042A kod 41009028 saylı şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 18 may 1997ci il tarixli 30 saylı qərarı ilə Şamaxı rayonu Cabanı kəndində yerləşən 0.11 hektar torpaq sahəsi X8, X6, X3, X4, X2 və Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 11 may 2023-cü il tarixli **********77 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə JN-041B kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.14 hektar torpaq sahəsi həmin şəhadətnaməyə əsasən həmin ərazidə yerləşir, lakin şəhadətnamədə qeyd edilən torpaq sahəsinin cizgiləri ilə faktiki naturada istifadə olunan torpaq sahəsinin cizgiləri arasında sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Belə ki, şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi 0.14 ha olsa da naturada faktiki çəpər daxilində 021 hektar torpaq sahəsi mövcuddur. Qeyd olunmuş uyğunsuzluq tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Cavabdeh və onun ailə üzvlərinə JN-042A kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.11 hektar torpaq sahəsi həmin şəhadətnaməyə əsasən həmin ərazidə yerləşir, lakin şəhadətnamədə qeyd edilən torpaq sahəsinin cizgiləri ilə faktiki naturada istifadə olunan torpaq sahəsinin cizgiləri arasında sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Belə ki, şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi 0.11 hektar olsa da naturada faktiki çəpər daxilində 0.1980 hektar torpaq sahəsi mövcuddur. Qeyd olunmuş uyğunsuzluq tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. İddiaçı və onun ailə üzvlərinə JN-041B kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan ölçüləri naturaya tətbiq etdikdə 212 kv.m-dək hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üstüstə düşür. Cavabdeh və onun ailə üzvlərinə JN-042A 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan ölçüləri naturaya tətbiq etdikdə torpaq sahəsinin 91 kv.m-dək hissəsi dövlət mülkiyyətində olan kitabxana və tibb məntəqəsinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyənləşdirmək mütəxəssisin səlahiyyəti daxilində deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2023-cü il tarixli, № 10/4192 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********77 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı və onun ailə üzvlərinə JN-041B kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0014 hektar torpaq sahəsinin həmin şəhadətnaməyə əsasən həmin ərazidə yerləşdiyi, lakin şəhadətnamədə qeyd edilən torpaq sahəsinin cizgiləri ilə faktiki naturada istifadə olunan torpaq sahəsinin cizgiləri arasında sahə və konfiqurasiya uyğunsuzluğu olduğu müəyyən olundu. Belə ki, şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi 0.14 hektar olsa da, naturada faktiki çəpər daxilində 0.21 hektar torpaq sahəsinin mövcud olduğu müəyyən olundu. Cavabdeh və onun ailə üzvlərinə JN-042A kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.11 hektar torpaq sahəsinin həmin şəhadətnaməyə əsasən həmin ərazidə yerləşdiyi, lakin şəhadətnamədə qeyd edilən torpaq sahəsinin cizgiləri ilə faktiki naturada istifadə olunan torpaq sahəsinin cizgiləri arasında sahə və konfiqurasiya uyğunsuzluğu olduğu müəyyən olundu. Belə ki, şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi 0.11 hektar olsa da, naturada faktiki çəpər daxilində 0.1980 hektar torpaq sahəsinin mövcud olduğu müəyyən olundu. İddiaçı və onun ailə üzvlərinə məxsus JN-041B kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan ölçüləri naturaya tətbiq etdikdə 212 kv.m-dək hissəsinin Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü, Cavabdeh və onun ailə üzvlərinə JN-042A kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan ölçüləri naturaya tətbiq etdikdə isə torpaq sahəsinin 91 kv.m-dək hissəsinin dövlət mülkiyyətində olan kitabxana və tibb məntəqəsinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli JN-041B kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus Şamaxı rayonu, İ Cabanı kəndində yerləşən 0.14 ha torpaq sahəsinin Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən 212 kv.m hissəsi cavabdeh tərəfindən boşaldılmalı və həmin hissədə çəkilmiş dəmir tor və dəmir təbəqə sökülərək, torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın xərci 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. JN-041B kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus Şamaxı rayonu, İ Cabanı kəndində yerləşən 0.14 ha torpaq sahəsinin Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən 212 kv.m hissəsi cavabdeh tərəfindən boşaldılsın və həmin hissədə çəkilmiş dəmir tor və dəmir təbəqə sökülərək, torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-69/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-69/2023
16.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver