Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-710/2024 02.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X4 nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı pozulmuş əmək hüquqlarının bərpasına dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı pozulmuş əmək hüquqlarının bərpasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə - xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 il 09 ay müddətində əmək haqqısına 25 faiz əlavənin verilməsi, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunması və həftəlik iş normasının 35 saat müəyyən edilməsinə dair ona əlavə ödənişlərin verilməsi, İİ qrup əlilliyi nəzərə alınmaqla, işlədiyi əlavə iş saatlarının dəyərinin ikiqat hesablanması, 2012-2014-cü illərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilmədiyindən, bunun ayrıca hesablanması, devalvasiyadan əvvəl olan 2008-2015-ci illərdə onun üçün hesablanacaq əlavə ödənişlərə görə milli valyutanın o dövrki yüksək dəyərinin nəzərə alınması və mediasiya prosesində ödədiyi 200 manat xərcin də, cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdən N.Tusi adına X5 elmi işçi vəzifəsində işləyir və hal-hazırda orada “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirir. 2006-cı ildən etibarən ona İİ qrup əlillik dərəcəsi verilmiş və 2006-cı ildən 2015-ci ilədək hər il həkim komissiyasının qərarı ilə onun əlillik müddəti bir il artırılmış və nəhayət 2015-ci ildəki tibbi müayinədən sonra əlilliyi müddətsiz hesab edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair X7 daxil edilmiş qərarından görünür ki, ciddi xəsarət alması nəticəsində onun səhhəti çox ağır dərəcədə pozulmuş və Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən, “Qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol alın qicqah nahiyəsinin dekompression rezeksiya trepanasiyası, epidural hematomanın və beyin debutinin xaric edilməsindən s/v., sağ tərəfli hemiparez, kəskin asteno-nevrotik sindrom” tibbi diaqnozu ilə 2015-ci ildən etibarən ona müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2008ci ildən etibarən hal-hazıradək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X5 işləyir. xx.xx.2019-cu il tarixdən etibarən isə Azərbaycan Respublikası Elm və Təhsli Nazirliyinin (keçmiş Azərbaycan Respublikası Milli Elmlər Akademiyası) N.Tusi adına X5 müddətsiz əmək müqaviləsi ilə elmi işçi vəzifəsində işləyir. Lakin, 2006-cı ildən etibarən onun əlilliyi qüvvədə olarkən - xx.xx.2008-ci il tarixdən o, indiyədək fiziki iş olmayan sahədə, yəni elmi iş sahəsində çalışaraq, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, əmək fəaliyyətinə başladığı xx.xx.2008-ci il tarixdən indiyədək İİ qrup əlil kimi onun əmək haqqına 25% əlavələr, əmək məzuniyyətinin müddəti və gündəlik maksimum iş saatları nəzərə alınmamışdır. Bundan əlavə, 2012-2014-cü illərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilməmişdir. Bu məzuniyyəti də hər birisi 42 gün hesablanmaqla, ayrıca qaydada tam həcmdə pul ekvivalenti ilə hesablanıb ona ödənilməlidir. 2022-ci ildə müraciət etdikdən sonra, N.Tusi adına X4 baş direktorunun xx.xx.2022-ci il tarixli, 120 saylı əmri ilə hər aylıq 25 faiz artımlar nəzərə alınmışdır. Lakin, bu tarixdən əvvəlki müddətlər nəzərə alınmamış və sözügedən müəssisədə xx.xx.2008-ci ildən etibarən əmək fəaliyyətinə başladığı vaxtı İİ qrup əlil olması barədə müəssisənin o vaxtki rəhbərliyi məlumatlı idi. Bu səbəblərdən, X12 Xidmətinə rəsmi qaydada müraciət etmişdir. Ona göndərilmiş 3-17-5/2-H-1684/2024 saylı, 15 yanvar 2024-cü il tarixli cavab məktubundan görünür ki, ona əmək fəaliyyətinə başladığı ilk vaxtdan 2 günlük əmək məzuniyyətinin verilməli olduğu, həftəlik iş normasının 35 saat olması və hər ay ona verilən əmək haqqıya 25% əlavənin ödənilməli olması faktı təsdiq edilmişdir. Aşkar olunmuş bu pozuntularla əlaqədar müəssisənin işəgötürəni barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələri əsasında xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, onun X10 ünvanladığı ərizə cavabdeh N.Tusi adına X4 baş direktoruna qarşı şikayət xarakterli deyildir. Çünki bu hal 2008-ci ildən etibarən baş vermişdir və həmin vaxt hazırki baş direktor X4 rəhbəri vəzifəsində deyildir. O, yalnız pozulmuş əmək hüquqlarının bərpasının təmin olunmasına köməklik göstərilməsi məqsədilə X12 Xidmətinə müraciət etmişdir. Beləliklə, X12 Xidmətindən əlavə ödənilməli 25% əmək haqqının, ildə 42 günlük məzuniyyət günlərinin və 36 saatdan çox olmayan həftəlik iş günlərinin ona verilməsi üçün N.Tusi adına X6 göstəriş xarakterli məktub göndərilmiş və eyni zamanda, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən o, Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il tarixli, MŞS.MT.030.2024-00510 saylı Barışıq Sazişindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X2 əmək hüquqlarının pozulmasını etiraf etmiş və xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində ona verilən əmək haqqıya əlavə olaraq 25% əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olması nəzərə alınmaqla, pozulmuş əmək hüquqlarının bərpasına dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X3 bildirmişdir ki, müvafiq məhkəmə qətnaməsi qəbul edilib, qüvvəyə minəndən sonra, onlar Mediasiya prosesində götürdüyü öhdəliyi icra edəcəklər. 2008-ci ildən hal-hazıradək Azərbaycanda 2015-ci ilin əvvəlində və sonunda manatın iki dəfə devalvasiyası baş vermiş və milli valyuta dəyərdən çox düşmüşdür. Odur ki, ona ödənilməli pul 2008-2015-ci illər üçün hesablanarkən, həmin dövrlərdə olan milli valyutanın dəyəri və məzənnəsi də nəzərə alınmalıdır. Eyni zamanda, cavabdeh N.Tusi adına X8 keçirilmiş Mediasiya Prosesində onun tam haqlı olduğunu etiraf edib, öhdəlik götürsə də, amma 200 (iki yüz) manat Mediasiya rüsumunu ödəməkdən yayındı və nəticədə həmin məbləği o, təkbaşına ödəməyə məcbur olmuşdur. Odur ki, ödədiyi 200 manat Mediasiya xərci də, cavabdehdən alınıb, ona verilməlidir. İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan 13 (on üç) il 09 (doqquz) ay müddətində əmək haqqısına 25% əlavəni almamış, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunmamış və həmçinin, onun üçün həftəlik iş norması 36 saatdan çox olmamalı müəyyən edildiyi halda, hər gün 8 saat işləyərək, həftədə 40 saat işdə olmuşdur. Bütün bunların hamısı pul şəklində ona ödənilməlidir. Cavabdeh özü də bu məsələlərdə tam haqlı olduğunu etiraf edib, Mediasiya prosesində üzərinə öhdəlik götürmüşdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X4 nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X4 iddia tələbinə etiraz ərizəsində qeyd olunur ki, İddiaçı hesab edir ki, 2008-2022-ci illər ərzində onun hüquqları pozulmuş və o, ödənilməmiş məbləğlərin ödənilməsini tələb edir. Bununla bağlı, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və X12 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi məsələni araşdıraraq, iş saatlarının azaldılmasına və məzuniyyətin çoxaldılmasına dair imtiyazların tətbiq edilməsini tələb etmişdir. Bu səbəbdən, inzibati xəta haqqında protokol tərtib edilmiş və X4 direktoru cərimə edilmişdir. Bundan sonra, X8 dərhal Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi müraciət etmiş və tələb olunan məbləğin ayrılmasına və ödənilməsinə qərar verilməsini xahiş etmişdir. Lakin, İddiaçı məslə ilə bağlı müraciətin cavabını gözləmədən, məhkəməyə müraciət etmişdir. Bundan əvvəl, iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Mediasiyada tərəflər arasında barışıq sazişi imzalanmışdır. Barışıq belə olmuşdur ki, Elm və Təhsil Nazirliyi müraciətə baxaraq, məsələni müsbət həll edəcəyi təqdirdə, X8 tərəfindən məbləğ dərhal ödəniləcəkdir. Barışıq sazişini imzalayarkən, X4 nümayəndəsi Xəyyam Əzizov onu mediatorun sözlərinə inanaraq, oxumadan imzalamışdır. İmzalanmış barışıq sazişinin nüsxəsi X6 çatdırıldıqda, məlum olmuşdur ki, saziş heç də nümayəndə ilə müzakirə olunmuş və razılaşdırılmış müddəaları əks etdirmir. Belə ki, sazişin 2-ci bəndində X4 üzərinə qanuna uyğun olmayan (əmək haqqına bütün dövr üçün 25 faiz əlavə) öhdəliklər qoyulmuş və onun 10 gün ərzində icra olunması göstərilmişdir. Bu fakt aşkar edilən kimi, dərhal X4 rəhbərliyi tərəfindən 1 saylı Mediasiya Təşkilatına, Ədliyyə Nazirliyinə və X11 Heyətinə müraciət olunaraq, barışıq sazişinin ləğv edilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X8 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırda iddiaçı 2008-2022-ci illərə aid əlavə ödənişlərin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki mübahisə üzrə qanunda nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə işdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia müddəti ötürüldüyündən və iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən ərizə verildiyindən, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə - xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 il 09 ay müddətində əmək haqqısına 25 faiz əlavənin verilməsi, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunması və həftəlik iş normasının 35 saat müəyyən edilməsinə dair ona əlavə ödənişlərin verilməsi, İİ qrup əlilliyi nəzərə alınmaqla, işlədiyi əlavə iş saatlarının dəyərinin ikiqat hesablanması, 2012-2014-cü illərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilmədiyindən, bunun ayrıca hesablanması, devalvasiyadan əvvəl olan 2008-2015-ci illərdə onun üçün hesablanacaq əlavə ödənişlərə görə milli valyutanın o dövrki yüksək dəyərinin nəzərə alınması və mediasiya prosesində ödədiyi 200 manat xərcin cavabdehdən alınaraq, ona verilməsi barədə iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-710/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-710/2024
02.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver