Məhkəmə qərarları › İş №2(074)-711/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-711/2024

09.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-711/2024 09.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı ümumi birgə mülkiyyətdə olan payın müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı ümumi birgə mülkiyyətdə olan payın müəyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********13 saylı reyestr nömrəsi və ********** saylı qeydiyyat nömrəsinə əsasən 1,012 ha torpaq sahəsi, **********14 saylı reyestr nömrəsi və ********** saylı qeydiyyat nömrəsinə əsasən 2,56 ha torpaq sahəsi, **********15 saylı reyestr nömrəsi və ********** saylı qeydiyyat nömrəsinə əsasən 0,6446 ha torpaq sahəsi, **********16 saylı reyestr nömrəsi və ********** saylı qeydiyyat nömrəsinə əsasən 1,026 ha torpaq sahəsi və **********167 saylı reyestr nömrəsi və ********** saylı qeydiyyat nömrəsinə əsasən 1,43 ha torpaq sahəsinə hər birinin 1/11 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən, məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından, ərizə baxılmamış saxlanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı ümumi birgə mülkiyyətdə olan payın müəyyən olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Dövlət rüsumu olararaq ödənilmiş 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar