Məhkəmə qərarları › İş №2(074)-716/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-716/2020

10.08.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-716/2020 10.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi tələbinə dair” ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək qardaşı xx.xx.1963-cü ildə Şamaxı rayonu Dədəgünəş kəndində anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək vermiş olduğu izahatında bildirdi ki, qardaşı X3 xx xxxxxx 1963-cü ildə Şamaxı rayonu Dədəgünəş kəndində anadan olmuşdur. O, 1982-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətini yerinə yetirmək üçün X4 şəhərində getmişdir. Məclun hərbi xidmətini başa vurduqdan sonra da Azərbaycan qayıtmamış, həmin şəhərdə yaşamışdır. 1995-ci ilin təxminən oktyabr noyabr aylarına kimi məhrum anası X7 onunla mütəmaddi olaraq məktubla əlaqə saxlamışdır. Məclun məktublarında hər şeyin yaxşı olması, ailə həyat qurması barədə məlumat vermişdir. Lakin 1995-ci ilin oktyabr noyabr aylarından sonra Məclunla əlaqələri kəsilmişdir. Məclunun tapılması məqsədilə hətta təxminən alt il öncə Xoşqədəm Hidayət qızının aparıcılıq etdiyi Səni axtarıram sosial verilişinə müraciət etmişlər, lakin həmin müraciətlərdən heç bir nəticə əldə olunmamışdır. Qardaşı Məclunla artıq 25 ildir ki, əlaqələri itmişdir. Buna görə də qardaşı barədə məlumat almaq üçün Şamaxı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. X11 sonucu dəfə 1982-ci ilin oktyabr ayında görmüşdür. Hal-hazırda kənd sakinləri və qohumları da təsdiq edər ki, Məclun 1982-ci ildən yaşadığı kəndə qayıtmamışdır. Onun barəsində olan axtanşlar nəticə vermədiyindən qardaşı X1 1995-ci ilin noyabr ayında ölməsi qənaətinə gəlmək olar. Odur ki, qardaşı xx.xx.1963-cü ildə Şamaxı rayonu Dədəgünəş kəndində anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X8 ifadə verib bildirdilər ki, ərizəçi ilə qonşudurlar. Onun qardaşı uzun müddətdir ki, Şamaxı şəhərində yoxdur. Harada olduğu bilinmir. Uzun müddətdir ki, onu görmədiklərini bildirdilər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, X5 və X2 nikahın pozulması haqqında xx xxxxxx 1978-ci il tarixdə 06 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışndan görünür ki, Ərizəçi xx xxxxxx 1957-ci ildə Şamaxı rayonu Dədəgünəş kəndində anadan olmuşdur. Atası X9, X6r. İş materiallarında olan AЗ № 552968 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1963-cü il tarixdə Şamaxı rayonu Dədəgünəş kəndində doğulmuşdur. Atası X9, anası-X6r. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin Ərizəçi ünvanlanmış arayışından görünür ki, qardaşı X3 barəsində qohumluq əlaqələrinin bərpa olunması məqsədi ilə xx.xx.2020-ci il tarixdə axtarış işi açılmışdır. İş materiallarında olan Şamaxı RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə Şamaxı rayonu Dədəgünəş kəndində yaşayan Ərizəçi rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət edərək 1995-ci ilin oktyabr ayında X4 şəhərində xx xxxxxx 1963-cü il təvəllüdlü qardaşı X1 itməsi, həmin tarixdən qardaşı Məclun ilə əlaqəsinin kəsilməsini göstərməklə qardaşının tapılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin qardaşı xx.xx.1963-cü il təvəllüdlü X3 1982-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətin yerinə yetirmək üçün X4 şəhərinə getmiş, hərbi xidmətini başa vudruqdan sonra həmin şəhərdə yaşamış, 1995-cilin oktyabrnoyabr aylarından sonra qohumları ilə hər hansı bir əlaqəsinin olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Beləliklə, məhkəmə təqdim edilmiş sənədləri araşdıraraq, şahid ifadələrini dinləyərək hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü X3 1995-ci il tarixdən onun barəsində hər hansı bir məlumat əldə edilmədiyindən və yaşadığı yeri müəyyən edilmədiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı xx.xx.1963-cü ildə Şamaxı rayonu Dədəgünəş kəndində anadan olmuş X3 ölmüş elan edilsin. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar