Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-73/2024 14.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair ərizəsi üzrə iş materiallarını nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə ev şəraitində doğulmuş qızı X1 doğum qeydinin xx.xx.2006-cı il kimi müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi və nümayəndəsi Vəkil ərizənin dəqiqləşdirilməsi ilə bağlı müraciət edərək, X1 doğum haqqında akt qeydinin xx.xx.2009-cu il tarixdən xx.xx.2006-cı il tarixə dəyişiklik edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmənin hazırlıq iclasında Ərizəçi nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı müraciətində göstərilmişdir ki, Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli, 382 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixinin xx.xx.2009-cu ildən xx.xx.2006-cı ilə dəyişiklik olunması barədə Maraqlı şəxsnə daxil olmuş müraciətinə baxılaraq, doğum haqqında akt qeydində dəyişiklik edilməsinin qeydiyyat şöbəsi tərəfindən mümkün olmaması və ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair ərizələrə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi mövcud ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, hazırki iş üzrə icraata xitam verilməli, ərizəçiyə qeyd olunan tələblə müvafiq inzibati orqana müraciət etməli olması, onun müraciətindən imtina edildikdə isə, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: Ərizəçi doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində vəsait Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-73/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-73/2024
14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver