Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-731/2024 03.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi1 və Ərizəçi2 doğum akt qeydinin bərpasına dair mülki iş üzrə ərizənin qaytarılması haqqında ərizəçilərin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 06 sentyabr 1924-cü il tarixdə Şamaxı rayonu Dəmirçi kəndində doğulması, anasının X2, atasının Manafov Hacıməmməd, mülliyyətinin azərbaycanlı, Şamaxı rayonu Dəmirçi İƏD üzrə nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Hazırda ərizəçilərin nümayəndəsi Nümayəndə məhkəməyə vəsatətlə müraciət edərək, işə mahiyyəti üzrə baxılmadan, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizəçilərin nümayəndəsi ərizənin qaytarılmasına dair vəsatətlə müraciət etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. Ərizəçi1 və Ərizəçi2 doğum akt qeydinin bərpasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində vəsait Ərizəçi2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-731/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-731/2024
03.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver