Məhkəmə qərarları › İş №2(074)-742/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-742/2021

06.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-742/2021 06.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayon İcra Hakmiyyətinə qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayon İcra Hakmiyyətinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və uşaqlarını Şamaxı şəhəri, M.Hadi küçəsindəki yeni inşa olunmuş 110-cu binanın 36 cı mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Peşə Liseyində 1999 cu ildən Təsərrüfat müdiri vəzifəsində işləyir. Yolu uzaq olduğu üçün liseyin keçmiş direktoru Əhmədov Bünyət müəllim liseyin həmkarlar təşkilatının sədri Şıxıyev Vaqif müəllimin iştirakı ilə ona liseyin yataqxanasında yoldaşı və 3 uşaqları ilə yaşamağa ev vermişlər. Liseyin yataqxanasının komunal-qaz, işıq pulunu özü ödəmişdir. Yoldaşı uzun sürən xəstəlikdən vəfat etmişdir. İkinci dəfə 2008-ci ildə Cavabdeh1 ilə rəsmi qaydada ailə həyatı qurmuşlar. Həmin yataqxanaya gəlin gəlmişdir. 10 nömrəli məktəbin direktorundan xahiş etmişdir ki, Mustafayev Təranə müəllimə kimi işləsin. Cavabdeh1 gələn gündən uşaqları ilə dolanmamış, bir iki il keçdikdən sonra bir yerdə ailənin qazancına xərclənən pulu ondan tələb etmək üçün Şamaxı Rayon Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Həyat yoldaşı Təranə ilə övladı yoxdur. 05.02.2019-cu il tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində yaşadığları liseyin yataqxanası yararsız vəziyyətə düşdüyü üçün onlara yeni ev tikmişlər. Hal hazırda həmin evdə keçmiş həyat yoldaşı Cavabdeh1 yaşayır. Onları həmin evə buraxmır, polislə hədələyir. Şamaxı rayonu 14 saylı Əmlak Ərazi İdarəsində həmin evin çıxarış sənədi yoxdur. Şamaxı rayon İcra Hakimiyyətinin Ş-03-2327 saylı, 04.08.2020-ci il tarixli məktubuna əsasən 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X1 yataqxanasında məskunlaşdıqları mənzilin əvəzinə Şamaxı şəhəri M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzili püşkatma nəticəsində verilmişdir. Lakin həmin liseydə uzun müddət özü və ailə üzvlərilə birlikdə yaşamış qaz, işiq və su pulunu ödəmişdir. Odur ki, Şamaxı şəhəri, M.Hadi küçəsindəki yeni inşa olunmuş 110-cu binanın 36 cı mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Yəhyazadə oğlu iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddia tələbinə etiraz ərizəsi lə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə aralarındakı nikaha 12.02.2015-ci ildə xitam verilmişdir. Sözü güdən mənzil yəni Şamaxı şəhəri M.Hadi küçəsində yerləşən 110-cu binanın 36-cı mənzili hal-hazırda mülkiyyətindədir. İddiaçı 2014-cü ildə atıb getmiş 2015-ci ildə rəsmi olaraq boşanıb və başqa qadınla rəsmi ailə həyatı qurmuşdur. Onun Şamaxı rayonu Mirikənd kəndində şəxsi evi var. Hal-hazırda ailə və uşaqları ilə birlikdə yaşayırlar. İddia tamamilə əsassızdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu, iddiaçının ona verilən mənzildə heç vaxt yaşamadığını buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyətinin 04 avqust 2020-ci il tarixli Ş-03-2327 saylı Cavabdeh1 ünvanlanmış məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X1 yataqxanasında məskunlaşdığınız mənzilin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 36 saylı mənzili püşkatma nəticəsinə Cavabdeh1 verilmişdir. İş materiallarında olan X1 11 sentyabr 2020-ci il tarixli 44 saylı arayışından görünür ki, X2ndə Təsərrüfat müdiri işləyən İddiaçı Yəhyazadə oğluna 09.09.2020-ci il tarixdə Liseyin Tİİ üzrə direktor müavini Alövsət Həsənovun, Liseyin Həmkarlar təşkilatının sədri Vaqif Şıxıyevin, Liseyin müəllimi Qamət Qədirovun iştirakı ilə bağlanmış akta əsasən,1999-cu il tarixdə liseyin sabiq direktoru Əhmədov Binyət müəllim liseyin yataqxanasından ailə və uşaqları ilə birlikdə yaşamağa ev vermişdir. Yaşayandan bir neçə il sonra yoldaşı vəfat etmiş, İddiaçı 2-ci dəfə 2008-ci ildə Cavabdeh1 ilə ailə qurmuşdur. 2015-ci ildə ailə münaqişəsi yarandığına görə Cavabdeh1 ilə ailə nigahları pozulmuşdur. Cavabdeh1 05.02.2019-cu il tarixdə zəlzələ olana qədər həmin evdə tək yaşamışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyətinin Başçısının aparatının 02 avqust 2021-ci il tarixli Ş-03-1435 saylı məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və qəzalı hesab edilən evlər siyahiya alınmışdır. X1 yataqxana binası qəzalı vəziyyətdə olduğu üçün orada yaşayan sakinlər X2 tərəfindən təqdim olunmuş siyahıya əsasən qeydə alınmışdır. Təqdim olunmuş siyahıda Cavabdeh1 adı olduğu üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhəri, M.Hadi küçəsində inşa olunmuş 110 mənzilli binanın 36-cı mənzili ona verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh1 arasında olan nikaha 12.02.2015-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 20.07.2017-ci il tarixdə 363 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Dadaşov, qadına Mustafayeva soyadı verilmişdir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, X2ndə Təsərrüfat müdiri işləyən İddiaçı Yəhyazadə oğluna 09.09.2020-ci il tarixdə Liseyin Tİİ üzrə direktor müavini Alövsət Həsənovun, Liseyin Həmkarlar təşkilatının sədri Vaqif Şıxıyevin, Liseyin müəllimi Qamət Qədirovun iştirakı ilə bağlanmış akta əsasən,1999-cu il tarixdə liseyin sabiq direktoru Əhmədov Binyət müəllim liseyin yataqxanasından ailə və uşaqları ilə birlikdə yaşamağa ev vermişdir. Yaşayandan bir neçə il sonra yoldaşı vəfat etmiş, İddiaçı 2-ci dəfə 2008-ci ildə Cavabdeh1 ilə ailə qurmuşdur. 2015-ci ildə ailə münaqişəsi yarandığına görə Cavabdeh1 ilə ailə nigahları pozulmuşdur. Cavabdeh1 05.02.2019-cu il tarixdə zəlzələ olana qədər həmin evdə tək yaşamışdır. 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və qəzalı hesab edilən evlər siyahiya alınmışdır. X1 yataqxana binası qəzalı vəziyyətdə olduğu üçün orada yaşayan sakinlər X2 tərəfindən təqdim olunmuş siyahıya əsasən qeydə alınmışdır. Təqdim olunmuş siyahıda Cavabdeh1 adı olduğu üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhəri, M.Hadi küçəsində inşa olunmuş 110 mənzilli binanın 36-cı mənzili ona verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulduğuna görə, iddiaçı qanunvericiliyin tələbləri baxımından Cavabdeh1 ailə üzvü hesab olunmur və işin bu halında onun cavabdehə məxsus fərdi yaşayış evindən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Bundan başqa, işin faktiki hallarından həmçinin görünür ki, tərəflər arasında iddiaçının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada notarial qaydada təsdiq edilmiş razılaşma da olmamış, iddiaçının yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzildə yaşamamışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunduğundan, onun uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsi barədə verilmiş iddia tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayon İcra Hakmiyyətinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar