Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-770/2022 08.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında 4x9 metr ölçüdə olan otağı məhkəmə qətnaməsi ilə ona və iki uşağına ayrılmış otağın boşaldılması və yenidən qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında olan məhrum Nəcibə Qazipura məxsus 4x9 m ölçüdə olan bir otağa gəlin köçmüş, 2003-cü ildə X4 ilə rəsmi nikaha girmiş, birgə nikahdan 2004-cü il təvəllüdlü qızı Lamiyə və 2007-ci il təvəllüdlü oğlu Elmir dünyaya gəlmişdir. 2003-cü ildən 2008-ci ilə kimi Qazıpur Namiqlə birlikdə həmin otaqda yaşamış, ailə mübahisəsi zamanı onu iki azyaşlı uşağı ilə 2008-ci ildə həmin evdən qovmuşlar. Bir müddət uşaqları ilə çardaqda, sonra yenidə həmin ünvanda yaşamağa qayıtmışdır. Yenidən onları evdən qovduqlarına görə rəsmi qaydada Şamaxı Rayon Məhkəməsinə iki azyaşlı uşaqları özünün yaşamağa mənzil alması, həmin evdə yaşamaq üçün otaq ayrılmasına barədə ərizə ilə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli 2(074)-21/2011 saylı qətnaməsi ilə ünvan 2 ünvanında olan Nəcibə Qazıpura məxsus 4x9 m ölçüdə olan bir otağa köçürülməsi barədə qətnamə qəbul etmiş və 13 iyul 2011-ci il tarixdə qətnamə icraya yönədilmiş və icra olunmuşdur. Uşaqları ilə birlikdə yaşadığı Şamaxı rayon, Nəcəfov küçəsi, döngə 1, ev 6 ünvanındakı 4x9 m ölçüdə olan otaqdan istifadə etmiş, çox vaxtı maddi problemlərə, uşaqlarının səhətində yaranan problemlərlə əlaqədar Bakı şəhərində yaşayan anasıgildə qalmış, geyim əşyaları həmin otaqda olaraq otağın qapısını açarla bağlayıb getmişdir. Son 2 ay ərzində uşaqları ilə köçürüldüyü otağın qapısının açarı sındırılaraq dəyişdirilmiş hətta qayını (cavabdeh) Cavabdeh qaynanası vəfat etdikdən sonra onların xəbəri olmadan onlara ayrılmış 4x9 metr otaqla birlikdə evə öz adına çıxarış əldə etmişdir. Onların həmin otağa girmələrini qadağan etmişdir. Hazırda həmin Şamaxı rayon, Nəcəfov küçəsi, döngə 1, ev 6 ünvanında məhkəmə qətnaməsi ilə onlara ayrılmış 4x9 m otağa qanunsuz alaraq onları buraxmır. Onlar isə ayrılmış 4x9 m otaqdan istifadə etməkdən ondan asılı olmayan səbəbdən məhrum olmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun və iki uşağının köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli, 2(074)-21/2011 saylı Şamaxı rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X6 və X2 qarşı iki azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanında olan Nəcibə Qazipura məxsus 4x9 m ölçüdə olan bir otağa köçürülmələri qət edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(074)-21/2011 saylı icra vərəqəsinə əsasən İddiaçı qıza iki azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 4 ünvanda yerləşən X8ma məxsus 4x9m ölçüdə olan bir otağa köçürülməlidirlər. İcra vərəqəsinin icrası ilə bağlı göstərilən ünvanda olmuşlar. İddiaçı 2 (iki) azyaşlı uşaqları ilə birlikdə cavabdehləri X7 və X1 yaşadığı ünvan 4 ünvanda olan X3 məxsus 4x9m ölçüdə olan bir otağa köçürülmüşlər. Onlara birgə yaşayış qaydaları və kommunal xidmətlərdən birgə istifadə hüququ izah edilmişdir. Şamaxı rayon icra qrupunun icra məmuru, Hafiz Ədilov, Şamaxı rayon icra qrupunun icra məmuru, qrupunun icra məmuru Əlislam Allahverdiyev, tələbkar - İddiaçı, cavabdeh - X7 və X5 aktı imzalamışlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi, ev 6A, yeni qaydalarla Şamaxı rayonu, Şamaxı şəhəri, Mirzə Məmmədhəsən küçəsi, 45 ünvanında yerləşən fərdi yaşayış evinin 8/12 hissəsi Cavabdeh mülkiyyətindədir. Beləliklə, iş materiallarından görünür ki, iddaçı İddiaçı ünvan 5 ünvanında yerləşən evin 4x9 metr ölçüdə olan bir otağına köçürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Digər tərəfdən hazırda həmin evin mülkiyyətçisi dəyişmiş və həmin evin 8/12 hissəsi Cavabdeh mülkiyyətindədir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının yaşamaq hüququnun tanındığı evin mülkiyyətçisinin dəyişməsi iddiaçının hüquqlarına təsir etmir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli aktdan görünür ki, iddiaçı iki azyaşlı övladı ilə ünvan 5 ünvanında yerləşən evin 4x9 metr ölçüdə olan bir otağına köçürülmüşlər. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Həmin Qanunun 73.6-cı maddəsinə əsasən tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı iki uşağı ilə birlikdə Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi, döngə 1, ev 6, yeni qaydalarla Şamaxı rayonu, Şamaxı şəhəri, Mirzə Məmmədhəsən küçəsi, 45 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı iki uşağı ilə birlikdə Şamaxı rayon, Nəcəfov küçəsi, döngə 1, ev 6 (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-770/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-770/2022
08.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver