Məhkəmə qərarları › İş №2(074)-788/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-788/2024

14.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-788/2024 14.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X49 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X18 iştirakı ilə, Ərizəçi “qohumluq faktının müəyyən olunması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi “qohumluq faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 may 2000-ci ildə Şamaxı şəhərində vəfat etmiş X5, 17 iyun 1987-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş X28 oğlu olması və 15 sentyabr 2022-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş X2 17 iyun 1987-ci il tarixdə vəfat etmiş X28 qızı olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, nənəsi X38 xx.xx.1987-ci il tarixdə vəfat etmiş, ondan miras ev qalmışdır. Hazırda həmin evə vərəsəlik açdırmaq istəyirkən məlum oldu ki, atası Mirağanın və bibisi Şəfiqənin doğum şəhadətnamələri yoxdur. Onların miras qoyanla qohunluq əlaqələrini müəyyən etmək mümkün deyil. Atası da, bibisi də vəfat etdklrinə görə hazırda onların doğum qeydiyyatlarını aparılması mümkün deyil, məhkəməyə müraciət olunmalı və məhkəmə bu şəxslərin qohumluq münasibətlərini müəyyən etməlidir. X55 rayonu Saqiyan kəndində yaşayıb keçən əsrin 60-cı illərinin axırlarında nənəsinə Şamaxı şəhərində torpaq sahəsi verilib. Atası həmin sahədə ev tikib və ömrünün axırına kimi həmin evdə yaşamışdır. Nənəsinin vəfatından sonra atası faktiki olaraq həmin evə yiyəlik etmiş, atasının vəfatından sonra isə o, ailəsi ilə birlikdə həmin evdə yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Lakin bu gün atasının və bibisi X2 doğum qeydiyyatı olmadığından o, həmin əmlaka vərəsəlik açdıra bilmir.. Lakin Dövlət arxivi Şamaxı filialının həmin illərə dair təsərrüfatbaşına kitablardan verdiyi 29 dekabr 2022-ci il tarixli 404 saylı arayışından görünür ki, həm Mirağa, həm də bibisi Şəfiqə,X8 övladlarıdır. Bunları təsdiq edəcək şahidləri də var. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X29 ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verib bildirdi ki, ərizəçi onun qonşudur. Həqiqətən, X1 Minə Sədi qızının oğlu, X11 isə X28 qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verib bildirdi ki, ərizəçi ilə qohumdur. Həqiqətən, X15 və X11 mərhum X28 övladlarıdır. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 29 dekabr 2022-ci il tarixli 409 saylı arxiv çıxarışında göstərilri ki, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin Sağyan kənd sovetinin 1954-1959-cı illərin təsərrüfatbaşına kitablarında X3 təsərrüfatında ailə tərkibi 1889-cu il təvəllüdlü X13, 1904cü il təvəllüdlü X39, 1935-ci il təvəllüdlü X15, 1939-cu il təvəllüdlü X14, 1945-ci il təvəllüdlü X19, 1948-ci il təvəllüdlü X16 və 1953-cü il təvəllüdlü X7 qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional ASAN XİDMƏT Mərkəzində notariat ofisinin 19 fevral 2024-cü il tarilxi 457 saylı məktubunda göstərilir ki, Miras qoyan X38 ilə qohumluq əlaqələri üzrə X15, X21, X30, X43, X44 və X6 aid olan doğum haqqında şəhadətnamələrin, eləcə də X13, X40, X45 və X20 ölüm haqqında şəhadətnamələrinin təqdim edilməməsi, eləcə də həmin sənədlərin Elektron notariat informasiya sistemlərindən əldə olunmaması səbəbindən müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X14 10 yanvar 1075-ci ildə nikahlarını bağlamışalr, bu barədə nikahın bağlanması haqqında akt qeydində 2 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 09 may 2000-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarında oln ölün haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.1987-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 14 avqust 2006-cı ildə vəfat etmişdir. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin 07 mart 2024-cü il tarixli arayışında göstərilir ki, 1939-cu ildə şamaxı rayonu (Saqiyan) Günəşli kəndində anadan olmuş X4 doğumu haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış doğum akt qeydi aaşkar olunmamışdır. Arxiv məlumatları 1948-1955-ci illər şamaxı rayon qeydiyyat şöbəsi bərpa akt qeydləri üzrə yoxlanılmışdır. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin 13 mart 2024-cü il tarixli arayışında göstərilir ki, 1935-ci ildə anadan olmuş X5 doğumu haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində habelə şamaxı rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmadı. Arxiv məlumatları 1948-1959cu illər Şamaxı rayon qeydiyyat şöbəsi bərpa akt qeydləri üzrə yoxlanılmışdır.1935-1944-cü illərə aid doğum akt qeydləri Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 02 aprel 2024-cü il tarilxi məktubunda göstərilir ki, Şamaxı rayon Qeydiyyat şöbəsinin Sağyan kəndi üzrə 1936-1947-ci illərin doğum haqqında akt qeydiyyatı kitabında və 1939-1947-ci illərin doğum haqqında akt qeydiyyatının bərpa kitablarında Kərimova (Cavadova) Şəfiqə Allahverən qızının doğum aktı aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X15 və X2 mərhum X28 övladları olması ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 09 may 2000-ci ildə Şamaxı şəhərində vəfat etmiş X5, 17 iyun 1987-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş X28 oğlu olması və 15 sentyabr 2022-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş X2 17 iyun 1987-ci il tarixdə vəfat etmiş X28 qızı olması faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar