Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-794/2025 25.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 baş direktoru Namiq Cəlilova qarşı “ciddi xəbərdarlıqla 190 saylı, 03 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, X2 baş direktoru X7 tərəfindən ona verilmiş “şəxsi işinə tikilməklə ciddi xəbərdarlıq elan edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 190 saylı əmrinin ləğv edilməsi və qərəzçiliyə və ayrı seçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra 12 may 2025-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, X2 baş direktoru X7 tərəfindən ona verilmiş “şəxsi işinə tikilməklə ciddi xəbərdarlıq elan edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 190 saylı və xx.xx.2025-ci il tarixli, 52 saylı əmrlərinin ləğv edilməsi və qərəzçiliyə və ayrı seçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.Tusi adına X2 (ŞAR) baş direktoru X7 03 dekabr 2024-cü il tarixində, 190 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən ona şəxsi işinə tikilməklə ciddi xəbərdarlıq elan etmiş və əmək müqaviləsi üzrə nəzərdə tutulmayan VLF siqnallarının analizi ilə bağlı elmi-tədqiqat işini aparmağını ondan tələb edilmiş və nəzərinə çatdırılmışdır ki, əgər bu tələbi yerinə yetirməsə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəkdir. Həmin əmrin təsdiq edilmiş surətini iddia ərizəsinə daxil edir. O, barəsində verilmiş əmrdə yazılanlarla razılaşmır. Əvvəla onu bildirir ki, N.Tusi adına X2 baş direktoru Namiq Cəlilovun ona qarşı çoxsaylı qanunsuz əməlləri ilə əlaqədar dəfələrlə məhkəməyə müraciət etməyinə baxmayaraq o, layiqincə cəzalandırılmadığına görə belə cinayət xarakterli əməllərini daha da kəskin şəkildə davam etdirməkdədir. Surətini bu iddia ərizəsinə daxil etdiyi 92 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, bu əmək müqaviləsi onunla müddətsiz olaraq bağlanılmışdır. X8 1.2-ci bəndində göstərilib ki, o, Rəsədxanada “Kosmik Plazma və Heliogeofıziki Problemlər” şöbəsində aparıcı elmi işçi vəzifəsindədir və müqavilənin 3.1-ci bəndində yazılıb ki, “iş rejiminə riayət edir, elmi-tədqiqat işləri, ildə ən azı 2 elmi məqalə çap etdirir, seminarlarda müntəzəm iştirak edir və ildə ən azı bir dəfə çıxış edir, respublika və beynəlxalq konfranslarda məruzə edir və kadr hazırlığı ilə məşğul olur” - kimi əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. O, uzun müddətdir ki, (50 il ərzində) Günəşdə baş verən fiziki hadisələrin - Günəş alışmalarının dinamikasının və onun Yer atmosferinə təsirlərinin öyrənilməsi müasir astrofizikanın ən aktual problemi olduğuna görə qeyri-xətti və qeyri-stasionar zaman sıralarının riyazi işlənməsi üçün istifadə olunan müasir dinamik-fraktal tədqiqat və empirik modlara ayırma üsullarının tətbiqi ilə məşğul olur. Buna baxmayaraq X5 baş direktoru Namiq Cəlilov onu tamamilə başqa bir sahə üzrə - astrofizika ilə əlaqəsi olmayan Yer atmosferinin tədqiqi üzrə işləməyə məcbur edir. Eyni zamanda ona təklif olunan işi yerinə yetirmək üçün bu vaxta kimi heç bir müşahidə materialı yoxdur. Belə ki, müşahidə qurğusu ilə işləyənlərin məlumatlarına görə bu vaxta kimi alınan materialların bir hissəsi yanıb, qalan hissəsi isə itmişdir. Beləliklə, ilin sonunda müvafiq müşahidə materialları olmadan, yəni heçdən elmi nəticə ala bilməyəcəyinə görə onu (müdiriyyətin qərəzçilik və qanuna zidd əməllərinə qarşı çıxanları) Namiq Cəlilov işdən azad etmək üçün zəmin yaratmaqdadır. Əslini bu ərizəyə daxil etdiyi N.Tusi adına ŞAR-ın baş direktorunun 25 saylı, 03 dekabr 2024-cü il tarixli bildirişindən görünür ki, 2024-cü ilə dair onun illik elmi hesabatı ŞAR Elmi Şurasında qəbul edilməmişdir. Bunun da səbəbi odur ki, ŞAR-ın Elmi Şurasının sədri baş direktor Namiq Cəlilovun özüdür. Yəni, o, əmək müqaviləsi üzrə üzərinə müddətsiz olaraq götürdüyü öhdəliyə əməl etdiyi halda, Namiq Cəlilov vəzifəsindən sui-istifadə edərək barəsində qərəzli qərar çıxartdırmışdır. Göründüyü kimi ŞAR-ın baş direktoru Namiq Cəlilovun 03 dekabr 2024-cü il tarixli, 190 saylı əmrində yazılmışdır ki, o, məcburi qaydada onun diktəsi ilə naməlum VLF cihazı ilə elmi araşdırma aparmalıdır. O, 1948-ci il təvəllüdlüdür, 77 yaşı var. Bu yaşdan sonra o, astrofizika elminə aidiyyəti olmayan və əmək müqaviləsində nəzərdə tutulmayan bir VLF cihazını öyrənə bilməz. X12 özü, həm də X3 heç kim bu VLF cihazınm nəyə xidmət etdiyini bilmirlər. Onlar yalnız internet vasitəsi ilə VLF cihazı barədə ümumi şəkildə bir neçə kəlmə əzbərləyib bu barədə anlayışı olmayan istənilən şəxsi aldadırlar. Onu da bildirir ki, sözügedən VLF cihazı 15 ildən çoxdur ki, ŞAR-a gətirildiyini deyirlər, amma indiyədək bundan astrofizika sahəsində hansı yeni elmi nəticələr alınması barədə heç bir rəsmi məlumat yoxdur. X10 və ona qarşı yönəltdiyi bir neçə nəfər əlaltılarının şifahi boş uydurmaları istisna olmaqla bu cihazın astrofizika elə heç bir əlaqəsi yoxdur. X11 və onun əlaltılarının şifahi uydurmaları doğru olsa belə, həmin cihaz coğrafiya və anatomiya elmi sahəsində faydalı ola bilər - bu da o halda mümkündür ki, həmin cihazı düzgün işlədə bilən olsun. Lakin ŞAR-da bu cihazdan başı çıxan yoxdur. Digər tərəfdən isə heç bir elmi işçini əmək müqaviləsindən kənar işlərə məcbur etmək olmaz. X9 ilə qadağandır. ŞAR-ın baş direktoru N.S.Cəlilovun əsassız olaraq ona belə hədə qorxu gəlməsi və onu əsassız olaraq təqib və təhdid etməsi haqsızlıqdır. Ona qarşı edilmiş belə haqsız və qərəzli münasibət əmrdə qeyd olunduğu kimi yaxın vaxtlarda onu işdən azad etmək üçün bir bəhanədir. O, ixtisası üzrə peşəkar, təcrübəli və yüksək ixtisaslı mütəxəssisdir. Peşə fəaliyyət üzrə yaşının bu vaxtında haqsız olaraq artıq ikinci dəfə şəxsi işinə tikilməklə ona belə ciddi xəbərdarlıq verilməsi onun indiyədək qurduğu karyerasına və mənəviyatına yaraşmayan dözülməz bir qara ləkədir. O, kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizamlı və məhsuldar bir işci kimi tanınmışdır. O, həm də ŞAR-da əmək veteranıdır. Bir daha qeyd edir ki, işəgötürənlə o - İddiaçı arasında 2019-cu ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əməkmüqaviləsində VLF cihazı ilə ŞAR-da elmi araşdırma aparacağı barədə üzərinə hər hansı öhdəlik götürməmişdir və bu barədə işəgötürənlə aralarında hər hansı razılaşmanın olmaması aydın görünür. Həmin müqavilədə ümumiyyətlə VLF cihazının adı yazılmamış və bu barədə işəgötürən onlara hər hansı iş tapşırmamışdır ki, bu əmək müqaviləsində əmək funksiyalarına dair işlərin məcmusunda yoxdur. Ona görə də işəgötürən Namiq Cəlilov şəxsi intriqa məqsədilə ondan əmək müqaviləsinə uyğun gəlməyən işi məcburi qaydada tələb etməsi və bu əsasda əmr verərək ona ciddi xəbərdarlıq edib onu daha ciddi cəzalandıracağı ilə hədələməsi qanunla qadağandır və bu halda təqsirkar işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə uyğun qaydada məsuliyyətə cəlb olunur. O, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə də müraciətlər etmişdir. Onlar isə vəzifə səlahiyyətinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, onların şikayət məktubunu ŞAR-ın baş direktoru Namiq Cəlilova, onun cavab məktubunu isə göndərməklə işini bitmiş hesab etmişdir. Hesab edir ki, Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi poçtalyon rolunu oynamamalıdır. Yuxarıda göstərilənlərlə bağlı əvvəlcə Mediasiya Təşkilatına rəsmi müraciət edib. Lakin ŞAR-ın baş direktoru X7 Mediasiya prosesinə gəlməyib. Odur ki, xx.xx.2025-ci il tarixdə Mediasiya arayışı tərtib olunmuşdur. Həmin mediasiya arayışının və ödədiyi mediasiya rüsumu qəbzinin əsillərini bu iddia ərizəsinə daxil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq məhkəməyə yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli, 190 saylı əmri 08 dekabr 2024-cü ildə, xx.xx.2025-ci il tarixli, 52 saylı əmri isə 07 aprel 2025-ci il tarixdə almış və hər iki əmr üzrə məhkəmədə iddia qaldırmaq üçün qanunla nəzərdə tutulmuş vaxtı ötürmüşdür. Bundan başqa iddiaçı ona verilən tapşırıqları icra etməkdən boyun qaçırır. Nə xarici məqaləsi, nə də elmi işi yoxdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X2 “Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinə aparıcı elmi işçi təyin edilmişdir. İş materiallarında olan Şamaxı AMEA N.Tusi adına ŞAR-ın direktoru Namiq Cəlilovun 03 dekabr 2024-cü il tarixli, 190 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən ŞAR “Kosmik plazma və Heliogeofiziki problemlər" şöbənin aparıcı elmi işçisi İddiaçı və elmi işçisi Sədi Hüseynova (işçilər) yazılı olaraq ciddi xəbərdarlıq elan edilməsi, onlara həvalə edilmiş VLF siqnallarının analizi ilə bağlı elmi-tədqiqat işinin sürətli templə davamı, görülmüş işlər barədə mütəmadi olaraq şöbə müdirinə yazılı olaraq məlumat verilməsi tapşırılması əmr edilmişdir. İş materiallarında olan poçt göndəriş qəbzindən və poçt göndərişlərinin izlənilməsindən görünür ki, 03 dekabr 2024-cü il tarixli, 190 nömrəli əmri İddiaçı 08 dekabr 2024-cü il tarixdə almışdır. İş materiallarında olan Şamaxı AMEA N.Tusi adına ŞAR-ın direktoru Namiq Cəlilovun 07 aprel 2025-ci il tarixli, 52 nömrəli əmrinin surətindən görünür ki, ŞAR “Kosmik plazma və Heliogeofiziki problemlər" şöbənin aparıcı elmi işçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Həmin əmrin surətini 07 aprel 2025-ci il tarixdə İddiaçı şəxsən imzalamaqla qəbul etmişdir. Məhkəmə prosses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cavabdeh iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin materiallarından görünür ki, iddiaçı 02 iyul 2019-cu il tarixdə X2 “Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinə aparıcı elmi işçi təyin edilmiş və ona 03 dekabr 2024-cü il tarixli, 190 saylı əmrlə ciddi xəbərdarlı və 07 aprel 2025-ci il tarixli 52 saylı əmrlə töhmət elan edilmişdir. 03 dekabr 2024-cü il tarixli, 190 saylı əmr iddiaçıya 08 dekabr 2024-cü il tarixdə, 07 aprel 2025-ci il tarixli 52 saylı əmr isə 07 aprel 2025-ci il tarixdə (əmrin arxa hissəsini imzalamaqla) təqdim edilmişdir. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə bağlı Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı 03 aprel 2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı 12 may 2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli, 52 saylı əmrlərinin ləğv edilməsi ilə bağlı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 baş direktoru Namiq Cəlilova qarşı “ciddi xəbərdarlıqla 190 saylı, 03 dekabr 2024-cü il tarixli və 07 aprel 2025-ci il tarixli 52 saylı əmrlərin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-794/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-794/2025
25.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver