Məhkəmə qərarları › İş №2(074)-8/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-8/2023

19.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-8/2023 19.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X18 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızı, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızına qarşı “zəbt olunmuş yolun genişləndirilməsi və çıxarışın ləğvinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: İddiaçı ailə üzvləri ilə birlikdə Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Şamaxı rayonu, Dəmirçi kəndində, 0,2094 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 95,2 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X13 filialı tərəfindən verilmiş arxiv çıxarışına əsasən, Şamaxı rayon Dəmirçi kənd ZDS İcraiyyə Komitəsinin 1954-1956-cı illərin təsərrüfatbaşına kitabında mərhum X12 təsərrüfatında 0,20 ha həyətyanı torpaq sahəsi, o cümlədən, tikili altında 0,007 ha olması və evin 1930-cu ildə tikilməsi qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Şamaxı rayonu, Dəmirçi kəndində, 0,0455 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,5 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızı mərhum atası X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Tərəflərin istifadəsində olan mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi məsələsinin müəyyənləşdirilməsi üçün, hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/5312 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********32 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı və ailəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən, ümumi sahəsi 95,2 kv.m olan, 0,2094 ha torpaq sahəsi ilə naturada ölçülmüş torpaq sahəsi (faktiki 0,26 ha) arasında sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh yaşadığı, X14 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, mülkiyyətinə verilmiş Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0,0455 ha torpaq sahəsi və naturada ölçülmüş torpaq sahəsi (faktiki 0,0425 ha) arasında sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Elektron məlumat bazasına əsasən, İddiaçı Talib oğlu və ailəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, mülkiyyətinə verilmiş Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0,2094 ha torpaq sahəsi ilə Cavabdeh yaşadığı, X14 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, mülkiyyətə verilmiş Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0,0455 ha torpaq sahəsi üst-üstə düşmür. Mütəxəssis rəyinə əsasən, naturada İddiaçı torpaq sahəsinə gedən mövcud yolda Cavabdeh hər hansı bir tikinti işləri aparmamışdır. Naturada iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə 2,0-0,60 metr enində gediş-gəliş yolu mövcuddur. İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızına qarşı “zəbt olunmuş yolun genişləndirilməsi və çıxarışın ləğvinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edərək, onun evinə gedən yolun genişləndirilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, X6 xx.xx.2016-cı il tarixdə 0,0349 ha torpaq sahəsi, X8 xx.xx.2016-cı il tarixdə 0,0349, X4 xx.xx.2016-cı il tarixdə 0,0349 ha torpaq sahəsi, X9 xx.xx.2016-cı il tarixdə fərdi yaşayış evi və 0,1047 ha torpaq sahəsinə Daşınmaz əmlakın reyestr nömrəsi **********0110301 və qeydiyyat nömrəsi ********** Daşınmaz Əmlakın Dövlət reyestirində 29 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızı onlara gedən yolu zəbt edərək, yolu kəsmiş, iri həcmli yük maşınlarının gəlməsinə maneələr yaratmış, onlara gedən yolu ensizləşdirərək, öz istifadəsi üçün zəbt etmişdir. Bundan əlavə 1988-ci ildə əmisi oğlu X2 ona bağışladadığı torpaq sahəsini uzun müddət istifadəsində olmasına baxmayaraq, cavabdeh saxta yollarla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı dövlət qulluqçularına iftira ataraq, onun saxta yolla çıxarış aldığını qeyd etmişdir. Halbuki, çıxarışı 1953-cü ildə arxiv sənədlərinə əsasən, atası Rəcəb Əliyevə aid olan 20 sot torpaq sahəsinin sənədinin olduğu üçün verilmişdir. Atasından qalan evdən daha çox yay aylarında istifadə edirlər. 2016-cı ildə onlar Bakı şəhərində olarkən, iddiaçı onlara aid olan torpağın 15 sotunu da, öz sənədinə daxil edərək, mənimsəmiş və orada təndirxana, tövlə, hamam, mətbəx tikmişdir. Əlavə olaraq evinin sağ tərəfindən 3 m aralı olan tövləni də, 1990-cı ildə genişləndirərək, tamamilə evə birləşdirmiş və nəticədə evinin 1 otağı tamamilə tövlə və peyin iyi verir. Bu da azmış kimi, evin sol tərəfində, mətbəx pəncərəsinin qarşısında ayrıca heyvanlar üçün tövlə və emalatxana tikmiş, bu səbəbdən pəncərəni açmaq mümkün deyildir. Bu tövlə öz evlərində 20-25 m aralıda yerləşir. Atasının adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka dair tamamilə qanuni çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixdə 20 sot torpağlarının 15 sot azaldılaraq, 0,0455 ha ölçüdə çıxarış almalarına razılıq ərizəsi vermişlər. İddiaçının evinə və heyvanlarının tövlələrinə qısa yoldan keçməsi üçün 2 m yol da vermişlər. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızı iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X5 iddia tələbini əsassız hesab edərək bildirdi ki, mübahisə üzrə tərəflərin hər birinə məxsus həyətyanı torpaq sahələri və onun üzərində yerləşən fərdi yaşayış evləri qanuni əsaslarla qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı və onun ailəsinə məxsus həyətyanı torpaq sahəsi sənəd üzrə 0,2094 ha təşkil edir, faktiki isə 0,26 ha-dır. Cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızının yaşadığı, X14 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, mülkiyyətinə verilmiş Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən həyətyanı torpaq sahəsi 0,0455 ha təşkil edir, naturada ölçülmüş torpaq sahəsi isə 0,0425 ha-dır. Elektron məlumat bazasına əsasən, İddiaçı və onun ailəsinin mülkiyyətinə verilmiş Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0,2094 ha torpaq sahəsi ilə cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızının yaşadığı, X12 adına qeydiyyata alınmış Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0,0455 ha torpaq sahəsi üst-üstə düşmür. Naturada İddiaçı Talib oğlunun torpaq sahəsinə gedən mövcud yolda cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızı hər hansı bir tikinti işləri aparmamışdır. Naturada iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə 2 -2.60 metr enində gediş-gəliş yolu mövcuddur. Göstərilənlərə əsasən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işə tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, arxiv çıxarışına əsasən, Şamaxı rayon Dəmirçi kənd ZDS İcraiyyə Komitəsinin 1954-1956-cı illərin təsərrüfatbaşına kitabında mərhum X12 təsərrüfatında 0,20 ha həyətyanı torpaq sahəsi olmuş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Şamaxı rayonu, Dəmirçi kəndində, 0,0455 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,5 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin əmlak qeydiyyata alınarkən, hər hansı qanun pozuntusuna yol verilməmiş və iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın qanunsuz olaraq verilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzinin 10/5312 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə İddiaçı Talib oğlu və ailəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızının yaşadığı, mərhum X12 mülkiyyətə verilmiş torpaq sahəsinin üst-üstə düşmədiyi və İddiaçı torpaq sahəsinə gedən mövcud yolda cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızı tərəfindən hər hansı bir tikinti işlərinin aparılmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 25 iyul 2017-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi üçün heç bir hüquqi əsas olmadığından və iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olması sübuta yetirilmədiyindən, İddiaçı cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızına qarşı “zəbt olunmuş yolun genişləndirilməsi və çıxarışın ləğvinə dair” iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Mütəllimova (Əliyeva) Sevda Rəcəb qızına qarşı “zəbt olunmuş yolun genişləndirilməsi və çıxarışın ləğvinə dair” iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************4, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar