Məhkəmə qərarları › İş №2(074)-804/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-804/2022

25.08.2022 · Sair işlər - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-804/2022 25.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-662/2016 saylı məhkəmə əmri üzrə ondan tutulmuş ümumi 3120,96 manat borc pulun, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin hesabına tutulmuş icra ödənişi olaraq 218,47 manat (7%) pulun, cəmi 3.413,43 manat və hazırki iddia ərizəsi üçün ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun cavabadehlər X3 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon məhkəməsinin xx.xx.2016cı il tarixli 2(074)-662/2016 saylı məhkəmə əmrinə əsasən xx.xx.1967-ci ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonu, Bağırlı kəndində yaşayan Cavabdeh1, xx.xx.1983-cü ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonu, Bağırlı kəndində yaşayan X1 və xx.xx.1963-cü ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonu, Bağırlı kəndində yaşayan ondan-İddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə 2171,28 AZN əsas borc, 349,68 AZN faiz borcu, cərimə borcu 600 AZN cəmi 3120,96 AZN və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır. Məhkəmə əmri icra edilməsinə görə Şamaxı rayon İcra Şöbəsinə göndərilmişdir. Kredit müqaviləsi üzrə əsas müqavilə bağlanan şəxs X3 olsa da, onun tərəfindən icra sənədi üzrə bir qəpik belə ödənilməmişdir. Eyni ilə də, digər borclu-zamin Cavabdeh1 tərəfindən də, icra sənədi üzrə hər hansı bir ödəniş edilməmişdir. Lakin Şamaxı rayon İcra şöbəsi tərəfindən Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-662/2016 saylı məhkəmə əmri üzrə yaranmış 2171,28 AZN əsas borc, 349,68 AZN faiz borcu, cərimə borcu 600 AZN cəmi 3120,96 AZN və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olan öhdəlik tam şəkildə və eyni zamanda da, ümumi məbləğin 7%-i 218,47 manat məbləğində pul Şamaxı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına onun əmək haqqısından tutulmuşdur. O, yuxarıda qeyd etdiyi əmək haqqından tutulmuş pul məbləğlərinin cavabadehlər tərəfindən ona geri qaytarılması rəsmi qaydada tələb etsə də, onlar bu borcu geri qaytarmamışlar. O, məcbur olub məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, bankdan krediti Cavabdeh2 götürməsinə baxmayaraq pul ondan tutulub. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, Cavabdeh2 qızının yoldaşıdır. Onun heçnədən xəbəri olmayıb. O, ümumiyyətlə Şaiqə zamin olmayıb. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmisinin səbəbi barədə məkməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-662/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1964-cü il Şamaxı rayonu Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonu Bağırlı kəndində yaşayan Cavabdeh1, xx.xx.1983-cü ildə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonu Bağırlı kəndində yaşayan X1 və xx.xx.1963-cü ildə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonu Bağırlı kəndində yaşayan İddiaçı ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə, 2171.28 AZN əsas borc, 349.68 AZN faiz borcu, cərimə borcu 600.00 AZN, cəmi məbləğ 3120.96 AZN və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-662/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Cavabdeh1, X3 və İddiaçı "xxxx" ASC-nin xeyrinə 2171,28 manat əsas borc, 349,68 manat faiz, cərimə borcu 600,00 manat, cəmi məbləğ 3120,96 manat və ödənilmiş dövlət rüsumu məcburi qaydada tutulmalıdır. Zamin İddiaçı X2 İdarəsindən əmək haqqı alır. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə “İcra Haqqında” AR Qanununun 65-ci maddəsinə Əsasən borclu İddiaçı əmək haqqısından 50%-ni tutaraq cəmi 3120,96 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə, ümumi məbləğin 7%-i 218,47 manat isə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilməlidir. İş materiallarında olan Şamaxı rayon Mədəniyyət Mərkəzinin arayışından görünür ki, İddiaçı X2 İdarəsinin tabeliyində olan Şamaxı rayon Mədəniyyət İdarəsinin Bağırlı kənd Mədəniyyət evində direktor vəzifəsində işləyir və Şamaxı rayon Məhkəməsinin 2(074)- 662/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Şamaxı rayon İcra və Probasiya şöbəsinin №7199/6 24 sentyabr 2020-ci il tarixli məktubuna əsasən yuxarıda adı qeyd edilən işçidən 3120,96 manat əsas borc və 20 manat dövlət rüsumu "xxxx" ASCnin xeyrinə, ümumi məbləğin 7%-i 218,47 manat isə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına əmək haqqından tam tutulub və köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin Şamaxı rayon İcra Şöbəsinə ünvanladığı məktubun surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin iddiaçı "xxxx"ASC-nin cavabdehlər X3 və İddiaçı qarşı mülki işlə bağlı çıxarılmış xx.xx.2016-cı il tarixli, 2(074)-662/2016 saylı məhkəmə əmri vardır. Cavabdehlər Cavabdeh2 və İddiaçı Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(074)- 662/2016 saylı məhkəmə əmri üzrə banka olan borcu tam ödənilmişdir. Hazırda cavabdehlərin qeyd olunan məhkəmə əmri üzrə borcu yoxdur. Cavabdehlər Cavabdeh2 və İddiaçı SHMMK-1095 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bankın sistemində 85,43 manat faiz borcu vardır. İş materiallarında olan pretenziya qaydasında ərizədən görünür ki, Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-662/2016 saylı Məhkəmə Əmri üzrə ondan tutulmuş ümumi 3120,96 manat borc pulun, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin hesabına tutulmuş icra ödənişi olara 218,47 manat (7%) pulun, cəmi 3.413,43 manat pulun ona qaytarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanraq, Cavabdeh2 24 ay müddətində 3000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərinin icrasının təminatı kimi hazırki iş üzrə İddiaçı Məmiş oğlu və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və lazımi qaydada icra olunmadığı üçün bank tərəfindən məhkəməyə müraciət olunmuş və Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-662/2016 saylı məhkəmə əmrinə əsasən Cavabdeh1, X3 və İddiaçı "xxxx" ASC-nin xeyrinə 2171,28 manat əsas borc, 349,68 manat faiz, cərimə borcu 600,00 manat, cəmi məbləğ 3120,96 manat və 20 ödənilmiş dövlət rüsumu tutulmuşdur. Məhkəmə əmri ilə tutulmuş ümumilikdə 3120,96 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və ümumi məbləğin 7%-i 218,47 manat məbləğində pul Şamaxı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına İddiaçı əmək haqqından tutulmaqla tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş ümumilikdə 3.413,43 manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumu da Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ümumilkdə 3.413,43 manat və dövlət rüsumu kimi ödənilmiş 55 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar