Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-808/2021 17.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş aylıq 55 manat müavinətin cavabdeh tərəfindən ödənilməsinə və 2017- 2021-ci ilin iyun ayına qədər olan hər ay üçün 55 manatın, 2021-ci ilin iyun ayından qətnamənin faktiki icra olunma tarixinə qədər olan dövr üçün aylıq 55 manatın ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Mexanikləşdirmə müəssisəsində işləyən zaman xəsarət aldığına görə əmək qabiliyyətimin 50% ni itirmiş və buna görə dövlət tərəfindən ona aldığı xəsarətin ağırlıq dərəcəsinə uyğun olaraq 55 manat müavinət müəyyən olunmuşdur. 2011-2017-ci ilədək həmin müəssisə tərəfindən ona müavinət ödənilmişdir, lakin 2017-ci ildən hazırki vaxtadək müavinət ödənilmir. Bu barədə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiə Sosial Fonduna müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiə Sosial Fondunun cavabı isə Müəssisənin özəlləşdiyi üçün hüquq varisi olaraq müavinətin də müəssisə tərəfindən ödənilməli olduğu bildirilmişdir. Bu barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 07 may 2021-ci ildə rəsmi olaraq müraciət edilmiş və ona müəyyən edilmiş müavinətin ödənilməsi xahiş olunmuşdur. Lakin Müəssisənin müraciətini qəbul etməsindən 1 aydan çox vaxt keçməsinə baxmayaraq bu barədə ona heç cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X2 iddianı qəbul edərək izahat verib bildirdi ki, İddiaçı 1987-ci ildə Şamaxı Rayon Mexanikləşdirmə müəssisəsində xəsarət alıb. Cavabdeh ASC Şamaxı Rayon Mexanikləşdirmə müəssisəsinin hüquqi varisi deyil, sadəcə onun bazasında yaradılan müəssisədir. Buna görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.06.2017-ci il tarixli №-81/1896 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, Şamaxı Rayon Mexanikləşdirmə müəssisəsi özəlləşdiyi üçün 2017-ci il mart ayından müavinətin ödənişi dayandırılmışdır. Təlimata əsasən zərərçəkənə əmək zədəsinə görə müavinət özəlləşən müəssisə tərəfindən ödənilməlidir. İş materiallarında olan 12.10.2018-ci il tarixli № **********8 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, müəssisə özəlləşdirildikdən sonra nəzərdə tutulmuş əmək xəsarətinə görə müavinətin ödənişi 01.03.2017-ci ildən dayandırılmışdır. İş materiallarında olan 13.03.2019-cu il tarixli № **********5 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, onun müraciətinə baxılmışdır. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə olan aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndinə əsasən özəlləşdirməyə açıq elan edilmiş müəssisıdə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.08.20008-ci il arixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirməsi barədə qərar qəbul edilmiş lakin özəlləşdirməsi başa çatmış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixindən bu qayda qüvvəyə minənədək özəlləşdirməsi başa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxlərə aylıq ödənc üzrə borclarına şamil olunur. İş materiallarında olan 23.04.2019-cu il tarixli № **********5 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, 01.04.2011-ci il tarixdən müavinətin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiə Sosial Fondunun Şamaxı rayon Şöbəsinə tapşırılmışdır. Müəssisəsisənin özəlləşdirməsi haqqda məlumat Nazirliyə daxil olduqda, ödəniş dayandırılmışdır. İş materiallarında olan 14.08.2019-cu il tarixli № **********8 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, onun müraciətinə baxılmışdır. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə olan aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndinə əsasən özəlləşdirməyə açıq elan edilmiş müəssisıdə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.08.20008-ci il arixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirməsi barədə qərar qəbul edilmiş lakin özəlləşdirməsi başa çatmış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixindən bu qayda qüvvəyə minənədək özəlləşdirməsi başa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxlərə aylıq ödənc üzrə borclarına şamil olunur. İş materiallarında olan 19.05.2020-ci il tarixli № 189 saylı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X3 Mərkəzi” tərəfindən İddiaçı verilən arayışdan görünür ki, o, 15.14.2020-ci il tarixindən böyrək daşı xəstəliyi, xroniki böyrək çatışmazlığı terminal mərhələ, renal anemiya, nefrogen hipertoniya diaqnozu ilə həftədə 3 dəfə 4 saat olmaqla Şamaxı MDM-nin hemodializ şöbəsində proqramlı hemodializ müalicəsi alır. Xəstənin kateterində problem olduğuna görə xəstəyə AV fıstula əməliyyatı və ya qalıcı kateterin dəyişdirilməsi məsləhətdir. İş materiallarında olan Cavabdeh ASC-nizamnaməsindən görünür ki, Cəmiyyət Ədliyyə Nazirliyində 24.12.1997-ci il tarixdə, D-2344 sayla yaradılan "xxxx" ATSC-nin bazasında yaradılır və onun hüquqi varisidir. İş materiallarında olan 18.08.2021-ci il tarixli № **********41 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, onun müraciətinə baxılmışdır. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövləl mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin 27.10.1997-ci il tarixli, 898 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Şamaxı rayon mexanikləşdirmə müəssisəsinin bazasında “Şamaxı Aqrotexservis" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 23.02.2010-cu il tarixində tam başa çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndində göstərilir ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həmdə ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərin və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərar görə müvafiq ödənclər ödənilməlidir. “İnsan hüquqları haqqında Umumi Bəyannamə”nin 25-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxs onun özünün və ailəsinin səhhət və rifahını təmin etmək üçün lazım olan qida, geyim, tibbi xidmət və lazımi sosial təminat da daxil olmaqla, həyat səviyyəsi hüququna və işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq və özündən asılı olmayan səbəblər üzündən yaşayış vasitələrinin itirilməsi zamanı təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləği”nin 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli, 920 saylı fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən bu Qaydalar 2.1.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 29 iyun 2021-ci il tarixdən başlayaraq hər ay 55 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-808/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-808/2021
17.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver