Məhkəmə qərarları › İş №2(074)-82/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-82/2021

20.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-82/2021 20.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Şamaxı rayonu Göylər Bələdiyyəsinin sədri X3, Cavabdeh iştirakı ilə, iddiaçı Şamaxı rayonu Göylər Bələdiyyəsinin Cavabdeh qarşı “zəbt edimiş torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şamaxı rayon Göylər Bələdiyyəsi Cavabdeh qarşı “torpağın qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, Şamaxı rayon Göylər Bələdiyyəsinin mülkiyyətində və ümumi istifadəsində olan torpaq sahəsində Şamaxı rayon Göylər kənd sakini Cavabdeh xırda buynuzlu heyvanlar üçün tikililər tikərək heyvanlarını həmin ərazidə saxlayıb örüş sahəsi etdiyindən, Şamaxı rayon Göylər kənd sakini Cavabdeh zəbt edilmiş torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində tikililərin sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması, söküntünün Cavabdeh hesabına aparılması, Şamaxı rayon Göylər Bələdiyyəsinin mülkiyyətinə ümumi istifadəyə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Şamaxı rayon Göylər Bələdiyyəsinin sədri X4 iddia tələbini müdafiə edərək izahat verib göstərdi ki, Şamaxı rayon Göylər kənd sakini Cavabdeh Şamaxı rayon Göylər Bələdiyyəsinin mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahəsini zəbt edərək, özünə məxsus iri buynuzlu və xırda buynuzlu heyvanlar üçün tikililər tikərək heyvanlarını həmin ərazidə saxlayır ki, buda çoxlu sayda kənd sakilərini və bələdiyyənin narazılığına səbəb olmuşdur. Tərəfindən dəfələrlə ona zəbt etdiyi torpaq sahəsindən çıxması barədə xəbərdarlıq edilsə də, lakin həmin ərazini boşaltmamış tikili və qurqular tikmişdir. Bu barədə Şamaxı rayon Polis şöbəsinə də müraciət olunmuşdur. Şamaxı rayon Polis şöbəsindən verilmiş 17.06.2020-cı il tarixli 188-86ü 1220 saylı məktubla Məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Şamaxı rayon Göylər bələdiyyəsi tərəfindən Cavabdehn 06 iyul 2020-cı il tarixli məktubla xəbərdarlıq edilmişdir. Şamaxı rayon Göylər Bələdiyyəsinin mülkiyyətində olmaqla, istifadədə olan 07 iyul 2020-cı il tarixli Göylər bələdiyyəsinin 07 saylı protokolundan görünür ki, Şamaxı rayon Göylər kənd sakini Cavabdeh Şamaxı rayon Göylər Bələdiyyəsinin mülkiyyətində və ümumi istifadədə olan torpaq sahəsində xırda buynuzlu heyvanlar üçün tikililər tikərək heyvanları həmin ərazidə saxlayıb örüş sahəsini zəbt etmişdir. Məhkəmədən Şamaxı rayon Göylər Bələdiyyəsinin mülkiyyətində və ümumi istifadəsində olan, Şamaxı rayon Göylər kənd sakini Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsindən onun çıxarılması, zəbt olunmuş torpaq sahəsində tikililərin sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması, söküntünün Cavabdeh hesabına aparılması, Şamaxı rayon Göylər Bələdiyyəsinin mülkiyyətinə ümumi istifadəyə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq qanunvericiliyinə görə zəbt faktının müəyyən edilmə əsasları var. Belə ki, zəbt olunmuş torpaq sahəsi dörd bir tərəfdən hasarlanmalı və ya çəpərlənməlidir. Yəni, həmin torpaq sahəsinin yüklülüyü kənardan müşahidə olunmalı və mərz nişanları aydın görünməlidir. Hansı ki, bu halda bələdiyyə sözügedən torpaq sahəsini zəbt etdiyini təsdiq edən hasarlanma faktlarını məhkəməyə təqdim edə bilməmişdir. Bunu iddia ərizəsində onun hansı hissə də, bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etməyi barəsində bələdiyyənin dəqiq ölçü göstərə bilməməsi də, bir daha sübut edir. Çünki zəbt əlamətləri olmayan torpaq sahəsi üzrə bələdiyyə heç özü də, zəbt olunmuş torpaq sahəsinin nə qədər ərazini əhatə etdiyini yaza bilməzdi. Bundan başqa, bələdiyyənin qeyd etdiyi tikili ondan əvvəl sovet dövründə tikilmiş 4x7 metr olan və bir hissəsi qazma şəklində yerin altında olmaqla, insanların çöldə olan zaman yağışdan daldalanmaq üçün düzəldilmiş bir yerdir. İddiada onun da ölçüləri göstərilməmişdir. Bir sözlə, iddia qeyrimüəyyən əsaslara söykənir və bələdiyyəyə məxsus torpaq sahəsinin tərəfindən hansı hissə də zəbt olunması faktını sübut edə bilmir. Odur ki, iddia tələbinin əsassız olduğunu bildirərək rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Göylər bələdiyyəsinin 14 yanvar 2020-ci il tarixli 1 saylı protokolundan görünür ki, X1 rayon Göylər bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan Şamaxı rayon Göylər bələdiyyəsinin 06 iyul 2020-ci il tarixli 42 saylı Cavabdeh ünvanlanmış bildiriş-xəbərdarlıq məktubunda göstərilir ki, “bələdiyyənin ümumi istifadəsində olan örüş sahəsini qanunsuz zəbt etməyiniz barədə sizə dəfələrlə müraciət və xəbərdarlıq edilmişdir. Lakin siz bu xəbərdarlıqlara baxmayaraq hələ də həmin ərazini boşaltmamısınız və qanunsuz tikillər hələ də həmin ərazidə qalmaqda mövcuddur. Ona görə bu işin qanuni həll olunması üçün sənədləri toplayıb məhkəməyə müraciət edəcəyəm” İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 17 iyun 2020-ci il tarilxi **********220 saylı ünvan 1 ünvanlanmış məktubunda göstərilir ki, müraciətinizdə göstərdiyiniz xüsusatlar mülki xaraktelidir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüquqları vardır. İş materiallarında olan Şamaxı rayon Göylər Bələdiyyəsinin 07 iyul 2020-ci il tarixli 7 saylı protokolundan görünür ki, Göylər kənd sakini Cavabdeh Bələdiyyəyə məxsus ümumi istifadədə olan örüş sahəsinin qanunsuz zəbt etdiyinə görə həmin ərazidən çıxarılması və onun Bələdiyyəyə məxsus ümumi istifadəsində olan örüs sahəsindən çıxarılması üçün Şamaxı rayon Məhkəməsinə müraciət ediıməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Göylər Bələdiyyəsinin 13 iyul 2020-ci il tarixli 43 saylı Cavabdeh ünvanlanmış məktubunda göstərilir ki, müraciətlərə baxmayaraq öz fəaliyyətini hələ də davam etdirir, onun bu hərəkəti Bələdiyyə torpağının (örüş sahəsi) zəbt edilməsi kimi qiymətləndirilir. Həmin ərazinin boşaldılmasını təmin etməsi xahiş olunur. İş materiallarında olan Şamaxı rayon Göylər Bələdiyyəsinin 29 sentyabr 2020-ci il tarixli 62 saylı arayışından görünür ki, Göylər Bələdiyyəsinin mülkiyyətində olan 3045,52 ha örüş sahəsi vardır və həmin sahədən 1 ha. ərazini Cavabdeh zəbt etmişdir. Həmin zəbt olunan sahə Dağ Göylər kəndindən Çöl Göylər kəndinə gedən yolun sağ tərəfində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin 19 may 2021-ci il tarixli **********53 saylı məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarında mövcud olan xəritə materiallarına əsasən, mübahisəli ərazi Şamaxı rayonu Göylər bələdiyyəsinin mülkiyyətindədir. Mübahisəli ərazi naturada Cavabdeh tərəfindən istifadə olunur, hər hansı tikinti işləri aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 406,0 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli 10/5330 saylı məktubu ilə məhkəməyə göndərilmiş ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəindən tərtib olunmuş 19 may 2021-ci il tarixli **********53 saylı mütəxəssis rəyinə əsasən elektron baza məlumnatlarında mövcud olan xəritə materialları əsasında mübahisəli ərazinin Şamaxı rayonu Göylər bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən mübahisəli ərazinin naturada Cavabdeh tərəfindən istifadə olunduğu və həmin sahədə hər hansı tikinti işləri aparılmadığı müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İşin araşdırılmış hallarından görünür ki, Şamaxı rayonu Göylər bələdiyyəsi məhkəməyə müraciət edərək Göylər kənd sakini Cavabdeh Əibilcan oğlu tərəfindən Göylər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin zəbt edilərək həmin sahədə qanunsuz tikililər inşa edildiyini göstərmiş və Cavabdeh Göylər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və eləcə də torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə təyin olunmuş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, elektron baza məlumatlarında mövcud olan xəritə materiallarına əsasən, mübahisəli ərazi Şamaxı rayonu Göylər bələdiyyəsinin mülkiyyətindədir, mübahisəli ərazi naturada Cavabdeh tərəfindən istifadə olunur, hər hansı tikinti işləri aparılmamışdır. Cavabdehin isə həmin sahəyə dair hər hansı bir hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında müəyyən edildi ki, Cavabdeh tərəfindən Göylər bələdiyyəsinə məxsus torpaq sahəsində qanunsuz tikililər inşa edildiyi göstərilsə də, bu fakt təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh zəbt etdiyi Şamaxı rayonu Göylər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalı, zəbt olunmuş torpaq sahəsi Şamaxı rayon Göylər Bələdiyyəsinin mülkiyyətinə qaytarılmalıdır, iddianın qalan hissəsi təmin edilməməli, Cavabdeh 406,0 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspetiza xərci alınıb Kapital bank ASC-nin Xətai filialı kod ******* VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN ********** hesab AZ23AİİB******************** hesaba və 100 manat ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin eidlsin. Cavabdeh zəbt etdiyi Şamaxı rayonu Göylər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən çıxarılsın, zəbt olunmuş torpaq sahəsi Şamaxı rayon Göylər Bələdiyyəsinin mülkiyyətinə qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh oğlıundan 406,0 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspetiza xərci alınıb Kapital bank ASC-nin Xətai filialı kod ******* VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN ********** hesab AZ23AİİB******************** hesaba və 100 manat ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verdildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar