Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-823/2021 16.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 ilə X3 bacı-qardaş olmasının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, yaşadığı evə Çıxarış almaq istəmişdir. Yaşadığı fərdi yaşayış evi əvvəl bibisi (atasının bacısı) X2 adına olmuşdur. O, vəfat edib və onun yerində yeganə varis onun qardaşı olan yəni atası X9 idi. Atası da vəfat edib. İndi həmin evi öz adına keçirməyə çətinlik çəkir. X27 Xidmət Mərkəzindən ona bildiriblər ki, X6 ilə X3 həqiqətən də bacı-qardaş olmasını təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi lazımdır. Məlhəm kənd icra nümayəndəliyindən verilən arayışda tələb olunan fakt təsdiqlənsə də X27 Xidmət Mərkəzində bu sənədi qəbul etmirlər. Şamaxı rayon İHB-nin Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 90 saylı, 25 fevral 2021-ci il tarixli arayışdan görünür ki, X6 02 dekabr 2003-cü ildə vəfat etmiş və vəfat etdiyi günə kimi Şamaxı rayon Məlhəm kəndində yaşamış və qeydiyyatda olmuşdur. Onun yeganə varisi qardaşı X7r (vəfat edib). X1 digər yerdə varisi yoxdur. X24 Filialında saxlanılan 1929-1944-cü illərdəki doğum haqda sənədlərin içərisində 02.12.2003-cü ildə vəfat etmiş X2 və 24.12.2005-ci ildə vəfat etmiş X4 doğum haqda sənədləri və beləliklə onların bacı-qardaş olması barədə sənədlər aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun həm bibisi oğlu, həmdə qonşusudur. X6 2003-cü ildə vəfat edib. Qardaşı Arzuman ondan sonra rəhmətə gedib. Onlar iki bacı bir qardaş olublar. Şükufə adlı bacıları ondan əvvəl vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi qonşusudur. Onun atasınıda tanıyır. Onlar iki bacı bir qardaş olublar. Arzuman, Şükufə və Mehriban. Birinci Mehriban daha sonra Arzuman vəfat etmişdir. X6 evli olmamış və övladı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 məhkəməyə ifadə verib bildirdi ki, X6 2003-cü ildə vəfat edib. Onlar iki bacı bir qardaş olublar. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 09.02.2021-ci il tarixli, 12 saylı X28 Filialından verilmiş məktubundan görünür ki, 02.12.2003-cü ildə vəfat etmiş X2 Şamaxı rayon VVAQ X25 Şamaxı Filialında saxlanılan 1929-1944-cü illərdə doğum haqda aktının bərpa qeydiyyatı kitablarında doğumu aşkar olunmamışdır. İş materiallarında olan 09.02.2021-ci il tarixli, 13 saylı X28 Filialından verilmiş məktubundan görünür ki, 24.12.2005-ci ildə vəfat etmiş X4 Şamaxı rayon VVAQ X25 Şamaxı Filialında saxlanılan 1929-1944-cü illərdə doğum haqda aktının bərpa qeydiyyatı kitablarında doğumu aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Məlhəm kənd İƏD-si üzrə nümayəndəliyinin 25.02.2021-ci il tarixli 90 saylı arayışından görünür ki, X6 02.12.2003-cü il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi Şamaxı rayonu, Məlhəm kəndində yaşamış və qeydiyyatda olmuşdur. Mərhumun vəfatından sonra yegənə varis qardaşı X8r (vəfat edib). İş materiallarında olan 22.04.2021-ci il tarixli 127 saylı X28 Filialından verilmiş çıxarışın sürətindən görünür ki, Şamaxı rayon icra hakimiyyəti başçısının Çuxurdyurd İƏDi üzrə nümayəndəliyinin 1957-1959-cu illərin Məlhəm kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Məlhəm kənd sakini şəxsi hesab №-si 6 olan X4 təsərrüfatında ailə tərkibi X10-1929-cu il ailə başçısı, X6-1918-ci il bacısı, X13-1939-cu il arvadı, X11-26.09.1957-ci il oğlu kimi qeyd olunmuşdur. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Məlhəm kənd İƏD-si üzrə nümayəndəliyinin 23.06.2021-ci il tarixli 189 saylı arayışından görünür ki, xx.xx.1975ci il təvəllüdlü Ərizəçi Şamaxı rayonu, Məlhəm kəndində yaşayır. İş materiallarında olan İİİ- ЖГ № 293945 saylı doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Şamaxı rayonunun Məlhəm kəndində anadan olmuş, atası X9, anası X5r. İş materiallarında olan AZ № 118707 saylı ölüm şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, X6 02.12.2003-cü il tarixdə ürək, qan-damar çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan AZ-İ № 041494 saylı ölüm şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, X10 24.12.2005-ci il tarixdə ağ ciyər pnevmoniyası xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də məhkəmə hesab edir ki, X6 ilə X3 bacı-qardaş olması ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X6 ilə X3 bacı-qardaş olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-823/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-823/2021
16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver