Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-825/2021 31.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı Mursalı oğlunun iştirakı ilə, İddiaçı Mursalı oğlunun Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mursalı oğlu Cavabdeh qarşı “pul tələbinə dair” iddia qaldıraraq, Cavabdeh yerinə yetirdiyi işlərə görə ödənilməmiş 200 manat məbləğində muzdun, ödədiyim 20 manat dövlət rüsumunu və xidmətə görə vəkilə ödədiyi 20 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Mursalı oğlu iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, bir nəfər yaxınına bildirmişdir ki, hər hansı iş olsa ona desin, işləyib çörəkpulu qazansın. Həmin şəxs Çuxuryurdda çayxanada işləyir. Bu ilin may ayının axırları idi. Həmin şəxs ona zəng edib, özün zəng et öyrən demişdir. Həmin nömrəyə zəng etmiş, bildirmişlər ki, gəlsin çuxuryurda, Naxalovka küçəsi ilə yuxarıya doğru qalxsın, evdə onu gözləyir. Həmin ünvanda cavabdehlə görüşmüşdür. Həmin vaxt orada ondan başqa əlavə 4-5 nəfər də şəxs var idi. Birini tanıyırdı. Həyətdə ölçü biçi işləri aparırdılar. Görüşüb razılaşmışlar. Bir tövlə və bir hamam sökülməli idi. Onlara bildirmişdir ki, 300 azdır, 400 manat versin. O, isə 300 manat verəcəyini bildrimiş, ehtiyacı olduğuna görə razılaşmışdır. Avans istəmiş onu da verməmişlər. İş qurtarandan sonra verəcəyini bildirmişlər. Əmisi tez-tez gəlib baş çəkirdi 3 gün idi ki, orada işləyirdi, iş çox olduğundan əmisi bir nəfər də gətirib dedi ki, bu da səninlə işləsin. Qalan 3 günü ikisi işləyib işi təhvil vermilər. Amma Ramin pulu vaxtında verməmişdir. Dəfələrlə zəng etmiş, amma Ramin yenə işin pulunu ödəməmişdir. Məcbur olub polisə müraciət etmişdir. Polisə müraciət edəndən sonra Ramin ona zəng edib bildirmişdir ki, gəlsin Çuxuryurda, bir nəfər gətirib ona pul verəcək. Bildirmişdir ki, yol pulu yoxdur. Versin orada çayxanada işləyən Ceyhuna, ondan götürər. Bildirmişdir ki, indi ona yüz manat pul verəcək. Qalanını sonra verər. Bir neçə gün sonra Ceyhunu Şamaxıda görüb 100 manatı ondan almışdır. Qalan 200 manatını isə Ramin hələ də verməmişdir. Odur ki, Cavabdeh yerinə yetirdiyi işlərə görə ödənilməmiş 200 manat məbləğində muzdun, ödədiyim 20 manat dövlət rüsumunu və xidmətə görə vəkilə ödədiyi 20 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 29.06.2021-ci il tarixli İddiaçı Mursalı oğluna ünvanlanmış məktubundan görünür ki, Ramil adlı şəxsin gördüyünüz işə görə 300(üç yüz) manat pulunuzu verməməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsinə etmiş olduğunuz müraciətinizə cavab olaraq bildiririk ki, müraciətiniz əsasında araşdırma aparılmış, göstərdiyiniz xüsusatlarda cinayət hadisəsi və inzibati xəta tərkibi müəyyən edilmədiyindən, müraciətiniz mülki xarakterli olduğundan toplanmış material Şamaxı rayon Polis Şöbəsinin dəftərxanasında işə alınmışdır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müəyyən işin görülməsi müqabilində cavabdehin ona 200 manat pul verməsini təsdiq edən hər hansı bir tutarlı dəlil məhkəməyə təqdim edə edilməmişdir. Ona görədə iddiaçınin tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Mursalı oğlunun Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Mursalı oğlunun Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-825/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-825/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver