Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-827/2022 29.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat şöbəsi) “doğum faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyun 2016-cı il tarixdə tibb müəssisəsindən kənarda, Şamaxı rayonu Çarhan kəndində onun bir oğlan uşağını doğması faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə qeyri-rəsmi nikahla X8 ərə getmişdir. Nikahları yoxdur. İki uşağları var. Böyük uşağı qızdır və 15 may 2009-cu il tarixində doğulmuşdur. Kiçiyi oğlandır və 16 iyun 2016-cı il tarixdə doğulmuşdur. Hüseyn deyə çağırırlar. Hazırda 6 yaşı olsa da onun doğum qeydiyyatı aparılmamışdır. Bu il birinci sinfə getməlidir. Amma doğum qeydiyyatı aparılmadığından heç bir sənəd ala bilmirlər. Oğlunun doğumunu qeyd etdirməkdən ötrü Qeydiyyat şöbəsinə müraciət etmiş, ərizədən imtina edilmişdir. Uşaq ev şəraitində doğulduğundan tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Onun qeydiyyatı Çarhan kəndinədir, lakin faktiki olaraq Binəqədi rayonu Hökməli kəndində yaşayır. 2016-cı ilin iyun ayının 16-da 2-3 gün idi ki, Çarhan kəndində yaşayan bibisigilə qonaq gəlmiş, qəflətən sancıları tutmuşdur. Yerindən tərpənə bilməmiş, bibisi tanımadığı bir qadını gətirmişdir. Bibisinin qızları da orada idilər. Həmin qadının köməyi ilə oğlu dünyaya gəlmişdir. Bunu orada olan şahidlər hamısı təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin bibisi qızıdır. Hüseyn doğulan zaman orda olmuşdur. Lakin həkimi valideynləri gətirdiyindən onun kim olmasını bilmir. Valideynləri isə vəfat etmişdir. Uşaq sağ-salamat doğulmuş və hazırda valideynləri ilə yaşayır. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2019-cu il tarixli 05/Q-993/69 saylı Şamaxı rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X16 xx.xx.2009-cı ildə anadan olmuşdur. X3, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2022-ci il tarixli 483 saylı məktubdan görünür ki, Şamaxı rayonu, Çarhan kənd sakini Ərizəçi xx.xx.2016-cı il tarixdə Şamaxı RMX-nın Doğum şöbəsinə müraciət etməmişdir və ona doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Çarhan kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi xx.xx.2016-cı il tarixdə qohum və qonşularının iştirakı ilə ev şəraitində bir oğlan uşağı dünyaya gətirmişdir. Aktın doğruluğunu X4, X1, X9 imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-538/15 saylı məktubdan görünür ki, xx.xx.2016-cü ildə ev şəraitində doğulmuş bir oğlan doğumunun qeydə alınması barədə müraciətinə baxılmış, doğum faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina edilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan AZ-İİ 159391 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 050970 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi tərəfindən xx.xx.2016-cı il tarixdə Şamaxı rayonu, Çarhan kəndində ev şəraitində oğlan cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla valideynlərinin himayəsində yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağın şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən 16 iyun 2016-ci il tarixdə Şamaxı rayonu, Çarhan kəndində tibb müəssisindən kənarda bir oğlan cinsli uşaq doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-827/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-827/2022
29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver