Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-831/2021 16.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 manat pul və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib bildirdi ki, Cavabdeh ilə ünvan 1 ünvandakı mənzilinin təmiri zamanı tanış olmuşdur. Samir ilə mətbəx mebellərinin hazırlanmasını 3600 manata razılaşmış və ona mebellerin hazırlanması üçün 22.08.2019-cu il tarixində Yasamal rayonu ərazisində “İnşaatçılar “ metrosunun yanında ilk beh kimi 500 ABŞ dolları vermişlər. Daha sonra mebeli hazırlamaq adı ilə ondan yenə də pul tələb etmiş və Samirə bu günə kimi hissə-hissə müxtəlif tarixlərdə cəm olaraq 2100 manat pul vermişlər. Göründüyü kimi, mebellərin dəyərinin 60%-ə qədərini ona verməklərinə baxmayaraq yenə də pul istəmişdir. O, çoxlu sayda tələblərdən sonra evə dəyəri maksimim 200-300 manat olmaqla mebel taxtaları gətirib qoymuş, daha sonra isə onlara məlum olmayan müxtəlif bəhanələrlə bu günə kimi onları aldadır. Samirin onlardan ilk beh aldığı vaxtdan xeyli müddət 2 il keçməsinə baxmayaraq o, hər dəfə bəhanələr edib, işini təhvil verməyib. Son dəfə isə mebeli deyil, pulun qaytaracağını bildirmişdir. İşlədiyi sexin və mebellərin harada olduğunu ondan soruşduqda sexin Bakı şəhərinin bir neçə yerində (Zabrat, Əhmədli ) olduğunu deyərək dəqiq ünvan bildirmiş olurdu. Son bir neçə ayda isə ümumiyyətlə telefonlara cavab vermir. Odur ki, Cavabdeh 2100 manat pul və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı Cavabdeh 2100 manat pulun verilməsini təsdiq edən hər hansı bir tutarlı dəlil məhkəməyə təqdim edə edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə pul verməsi müəyyən edilmədiyindən, həmin pulun qaytarılması tələbi də əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 2100 manat pulun alınıb ona verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-831/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-831/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver