Məhkəmə qərarları › İş №2(074)-831/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-831/2024

18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-831/2024 18.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi xüsusi icraat qaydasında mirasın qəbul olunması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlaka vərəsəlik əldə etmək məqsədi ilə, xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X5 məxsus ünvan 1 ünvanındakı əmlaka vərəsəlik əldə etməsi üçün, buraxılmış müddətin üzürlü hesab olunaraq, bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. X8 ilə rəsmi nikah müqaviləsi vardır. Həyat yoldaşı X4 adına ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzili vardır. Həyat yoldaşı X8 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmişdir. Qeyd olunan mənzilə vərəsəlik hüququnun əldə edilməsi üçün, 2024-cü ilin fevral ayında 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin ona ünvanlanmış cavab məktubunda göstərilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəlik işinin həlli ilə əlaqədar, onun təqdim etdiyi sənədlər araşdırılmış və vərəsəliyin qəbulu üçün müddət ötürüldüyündən, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Daha sonra, Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə təqdim etdiyi müraciətində, X1 miras qalmış ünvan 1 ünvanındakı daşınmaz əmlaka dair onun tərəfindən vərəsəlik əldə etməsi üçün, buraxılmış müddətin üzürlü hesab olunaraq, mirasın qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi əlavə olaraq bildirdi ki, əri X4 vəfatından sonra, ünvan 1 ünvanında yaşayış olmamışdır. Yalnız o, vaxtaşırı həmin mənzilə gedib-gəlir. Övladları isə Rusiya Federasiyasında yaşayır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X6”ndan çıxarışdan görünür ki, X8 ilə X10 arasında xx.xx.1976-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra, ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görüünr ki, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzil xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə X4 adına qeydə alınmışdır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmişdir. İş materiallarından görünür ki, mərhum X4 atası X9 xx.xx.1979-cu ildə, anası X2 isə xx.xx.1998-ci ildə vəfat etmişdir. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəlik işinin həlli ilə əlaqədar, təqdim edilmiş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, tərəfinizdən vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bu səbəbdən, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə X8 ilə rəsmi nikaha daxil olmuş, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzil xüsusi mülkiyyət kimi X4 adına qeydə alınmış, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Ərizəçi vərəsəliyin qəbulu üçün notariat ofisinə müraciət etmişdir. Lakin, notariat ofisi vərəsəliyin qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə, ərizəçiyə müraciətindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin, müəyyən olundu ki, miras qoyan X4 atası xx.xx.1979-cu ildə, anası isə xx.xx.1998-ci ildə vəfat etmiş və Ərizəçi miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə məhkəmə, ərizəçinin mirası faktiki qəbul etməsini nəzərə alaraq, onun mirasın notariat qaydasında qəbul edilməsi üçün notariat orqanına vaxtında müraciət etməməsini üzürlü sayır və onun vərəsəlik əldə etməsi üçün müraciət etməsindən ötrü buraxılmış müddətin bərpa edilməli olduğu nəticəsinə gəlir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 miras qalmış ünvan 1 ünvanındakı daşınmaz əmlaka dair Ərizəçi tərəfindən vərəsəlik əldə etməsi üçün buraxılmış müddət üzürlü hesab olunaraq, mirasın qəbul olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanındakı daşınmaz əmlaka dair Ərizəçi tərəfindən vərəsəlik əldə etməsi üçün buraxılmış müddət üzürlü hesab olunaraq, mirasın qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar