Məhkəmə qərarları › İş №2(074)-833/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-833/2025

07.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-833/2025 07.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Mənsimova Səbinə Babək qızının katibliyi ilə, İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi Nümayəndə və İddiaçı2 iştirakları ilə, İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaqda payların müəyyən olunması və naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Sabir qəsəbəsində ümumi birgə mülkiyyətlərində olan 0,0974 ha torpaq sahəsindən hər birinin 1/5 hissə paylarının müəyyən olunması və onlar 4 nəfər iddiaçıya düşən hissənin bir yerdə ümumi birgə mülkiyyətdə qalmaqla cavabdehə düşən 1/5 hissə paydan naturada ayrılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Şamaxı rayonu, Sabir adına qəsəbəsində yerləşən bir mərtəbəli, 4 otaqlı ev Nümayəndə mülkiyyətindədir. Həmin evə dair ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Seriya RX ******* nömrəli xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı vardır. Həmin evin həyətyanı torpaq sahəsi 0,0974 ha olmaqla onların ümumi bigə mülkiyyətlərindədir. Hazırda Cavabdeh həmin həyətdə Nümayəndə tikib ona verdiyi 3 otaqdan ibarət yer evində ailəsi ilə yaşayır. İddiaçı Nümayəndə öz vəsaiti hesabına 2010-cu il tarixdə oğlu Şıxəlinin adına ünvan 1 ünvanında yerləşən ev alıb. Cavabdeh bildirib ki, Bakıdakı evi ona verin, o, Sabir qəsəbəsindəki evdən heç bir pay istəməyəcək. Şıxəli razılaşıb Bakı şəhərindəki həmin evi 11 may 2023-cü il tarixli bağışlama müqaviləsi əsasında hamısının razılığı ilə evi cavabdehə bağışlayıb. Lakin cavabdeh bir müddət ailəsi ilə həmin evdə yaşayandan sonra həmin evi satıb özünə Masazır qəsəbəsində 3 otaqlı bir ev və “Hundai Elantra” markalı minik maşını alıb. 6 ay müddətində həm evi, həm də maşını satıb yenidən Sabir qəsəbəsinə qayıdıb hazırda həyətdə Məmməd tərəfindən tikilmiş 3 otaqlı əlavə yaşayış sahəsində yaşamağa başlayıb. Hətta ona təklif edib ki, həyətdə yaşadığı 3 otaqlı yer evi və tikililərlə birlikdə həyətin yarısını-yer evini və təsərrüfat damı daxil olmaqla ona versin, lakin Anar Nümayəndə və həyat yoldaşı İddiaçı2 təsir və təhqirlər edərək, onları təhdid edir ki, ata evi onundur, siz buradan çıxın, o yaşayacaq. Artıq Anarla bir həyətdə yaşamaq mümkün deyil. Bunun sonu pis hadisə ilə nəticələnə bilər. Ona görə də onlar istəyir ki, Sabir qəsəbəsindəki həyətyanı torpaq sahəsindən hər birinin cavabdeh də daxil olmaqla naturada böldürək ümumi birgə mülkiyyətlərində olan bu torpağa dair hər hansı bir sərəncam verə bilmirlər. Cavabdeh buna imkan vermir. Onlar iddiaçılar ümumi birgə mülkiyyətlərini saxlamaqla öz torpaq sahələrini Cavabdeh məxsus olan torpaq sahəsindən naturada ayırmaq istəyirlər. Hər birinin həmin torpaqda 1/5 hissə payı var. Bu payların məhkəmə qaydasında müəyyən olunmasını və iddiaçılara məxsus 4/5 hissə, cavabdehə məxsus 1/5 hissədən naturada ayrılmalıdır. Bunun üçün onlar cavabdehə təklif göndəriblər, lakin təkliflərinə cavabdeh heç bir münasibət bildirməyib. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********25-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində 0,0974 ha torpaq sahəsi Cavabdeh, Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 177,40 m² olan fərdi yaşayış evi idə Nümayəndə mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin **********25-10301 reyestr nömrəli fərdi yaşayış evi barədə texniki pasportun surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində 0,0974 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177,40 m² olan fərdi yaşayış evinin 25 dekabr 2017-ci il tarixinə bazar dəyəri 35 000 manat təşkil edir. İş materiallarında olan 17 mart 2025-ci il tarixli notarial əməliyyatı aparmaqdan imtina haqqında qərardan görünür ki, Daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2017-ci il tarixli, **********25-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Nümayəndə məxsus olan Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 177,4 m2 olan fərdi yaşayış evinin nəvəsi X1 bağışlanılmasına dair müqavilənin rəsmiləşdirilməsindən imtina edimişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********25-10301 reyestr nömrəli Çıxarışa əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində 0,0974 ha torpaq sahəsi Cavabdeh, Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 177,40 m² olan fərdi yaşayış evi Nümayəndə ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2017-ci il tarixli, **********25-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh, Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan 0,0974 ha torpaq sahəsinə iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 1/5 hissədə payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2017-ci il tarixli, **********25-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ilə Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan 0,0974 ha torpaq sahəsinə iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 1/5 hissədə payı müəyyən müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar