Məhkəmə qərarları › İş №2(074)-848/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-848/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-848/2022 26.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı alq-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia qaldıraraq, Cavabdeh ilə Şamaxı rayonu Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinin 0,31 ha həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 08 may 1998-ci il tarixdə bağlanmış hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil izahat verib göstərdi ki, iddiaçı 08 noyabr 1998-ci il tarixdə Nağaraxana (keçmiş Kirovka) kənd sakini X1 həmin kənddə yerləşən 0,31 ha torpaq sahəsi üzərində olan iki otaqlı fərdi yaşayış evini almışdır. 08 noyabr 2001-ci il tarixdə həmin ev 819 reyestr nömrəsilə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan da evdən və həyətyanı torpaq sahəsindən iddiaçı istifadə edir. Evə və həyətyanı torpaq sahəsinə Çıxarış almaq üçün DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmişdir. Ona bildirilmişdir ki, həmin həyətyanı sahəninin 0,24 ha hissəsinə evin keçmiş sahibi Cavabdeh adına JN- 032F saylı 41011018 kodlu Şəhadətnamə verilmişdir. Bu düzgün deyildir. İddiaçı bu evi torpağına görə almışdır. O vaxtkı pulla ******* manat pul vermişdir. Torpaqsiz, iki otaqdan ibarət olan "daranka”dan tikilmiş köhnə bir evə bu qədər pulu heç kim verməzdi. Satan da bu evi torpağı ilə birlikdə satıb. Yəni bu torpağın pulunu idiaçı ona elə evi alan zaman,1998-ci ildə ödəmişdir. İddiaçı hesab edir ki, Cavabdeh ilə arasında 0,31 ha torpaq sahəsinə dair müqavilə də həmin vaxtdan bağlanmış hesab edilməlidir. Həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə gorə tərəflərdən biri öhdəliyə əsasən üzərinə düşən vəzifəni tam və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa məhkəmə həmin əqdi bağlanmış hesab edə bilər. Ona görə də, Cavabdeh ilə iddiaçının arasında Şamaxı rayonu Nağaraxana (keçmiş Kirovka) kəndində yerləşən fərdi yaşayış evinin 0,31 ha həyətyanı torpaq sahəsinə dair alqı satqı müqaviləsinin 08 may 1998-ci ii tarixdə bağlanmış hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin nümayəndəsi X4 izahat verib göstərdi ki, vətəndaşın “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə daxil olmuş ərizəsinə İddiaçı məxsus Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 0.31 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə ərizəyə və həmin əmlaka aid sənədlərə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum oldu ki, Şamaxı rayon Nağaraxana kəndi ərazisindən əldə edilən fərdi yaşayış evinin yerləşdiyi 0.31 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi Cavabdeh adına JN-032F, kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.Evin yerləşdiyi 0.31 ha həyətyanı torpaq sahəsi Cavabdeh adına mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsinin onun adına qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi 0.31 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin təqdim ediləcəyi təqdirdə əmlakın üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. Ona görə də, iddiaçının iddia tələbinə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan 08 noyabr 1998-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh Şamaxı rayonu Kirovka kəndində yerləşən 3100,0 m2 həyətyanı torpaq sahəsi olan bir mərtəbədən, iki yaşayış otağından 15,4 m2 yaşayış sahəsindən,30,3 m2 ümumi sahədən ibarət olan fərdi yaşayış evini ******* manata İddiaçı satmışdır. İş materiallarında olan 819 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu Nağaraxana kəndində bir mərtəbədən, iki yaşayış otağından 15,4 m2 yaşayış sahəsindən,30,3 m2 ümumi sahədən ibarət olan fərdi yaşayış evi şəxsi mülkiyyət əsasında Şamaxı rayon İHB-nın Nağaraxana kəndi üzrə nüamyəndəliyinin 08 noyabr tarixli 19 nömrəli qeydiyyat vəsiqəsi İddiaçı adına 08 noyabr 2001-ci il tarixdə 02 nömrəli qeyestr kitabında 819 nömrə ilə qeydə alınmışdır. İnventar işi 19. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı Şamaxı rayonu Nağaraxana kəndində inventar nömrəsi 19, qeyd nömrəsi 819 olan 2 yaşayış otaqlı, ümumi sahəsi 30,3m2, yaşayış sahəsi 15,4m2 köməkçis sahəsi 14,9m2 olan yaşayış evi vardır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 032F, kod 41011018 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarilxi 08 saylı qərarı ilə 0,24 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin 14 iyun 2022-ci il tarixli 14 saylı məktubundan görünür ki, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən həyətyanı torpaq sahəsi JN-0032 (kod ********) saylı mülkiyyət hüququna dair şəhadətnamə Cavabdeh adına işlənmişdir. Lakin həmin torpaq sahəsini hal-hazırda İddiaçı istifadə edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 20 iyun 2022-ci il tarixli **********44 saylı məktubunda göstərilir ki, “Şamaxı rayon Nağaraxana kəndi ərazisindən əldə etdiyiniz fərdi yaşayış evinin yerləşdiyi 0,31 ha torpaq sahəsinə ləğv eidlmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarilxi 08 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi X3 adına Jn-032F, kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi 0,31 ha həyətyanı torpaq sahəsi Cavabdeh adına mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini Sizin adınıza qeydiyyata alınamsı mümkün olmamışdır. Evin yerləşdiyi 0,31 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsini tədqim edəcəyiniz təqdirdə əmlakın üzərində mülkiyyət hüquqununzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır” İşin araşdırılmış halları ilə müəyyən olur ki, İddiaçı 08 noyabr 1998-ci il tarixdə Nağaraxana (keçmiş Kirovka) kənd sakini Cavabdeh həmin kənddə yerləşən 0,31 ha torpaq sahəsi üzərində olan iki otaqlı fərdi yaşayış evini almışdır. 08 noyabr 2001-ci il tarixdə həmin ev 819 reyestr nömrəsilə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan da evdən və həyətyanı torpaq sahəsindən iddiaçı istifadə edir. Lakin, həmin həyətyanı sahəninin 0,24 ha hissəsinə Cavabdeh adına JN-032F saylı 41011018 kodlu Şəhadətnamə verilmişdir. Ona görə də Şamaxı rayon Nağaraxana kəndi ərazisindən əldə edilən fərdi yaşayış evinin yerləşdiyi 0.31 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi Cavabdeh adına JN-032F, kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin vaxtdan hal-hazıra kimi həmin torpaq sahəsi iddiaçının sahibliyində və qanuni istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbacyan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qadasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, torpaq sahəsinin alqı-satqısına dair əqd qanuna zidd olmadığından, fərdi yaşayış evinin 0.31 ha torpaq sahəsini Cavabdeh İddiaçı təhvil verərək, başqa ünvana köçüb getməklə torpaq sahəsini satmaqla bağlı iradəsini bir daha nümayiş etdirdiyindən, Cavabdeh ilə İddiaçı arasında Şamaxı rayonu, Nağaraxana (keçmiş Kirovka) kəndində yerləşən fərdi yaşayış evinin 0.31 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması barədə 08 may 1998-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməli, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Şamaxı rayonu, Nağaraxana (keçmiş Kirovka) kəndində kəndində yerləşən fərdi yaşayış evinin 0.31 ha həyətyanı torpaq sahəsinə dair 08 may 1998-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən qeydiyyata alınması üçün əsasdır. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrliok edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar