Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-876/2021 19.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərdə iştiraka cəlb olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əlavə xərclərdə iştiraka cəlb olunmaq məqsədilə faktiki ödədiyi 15400 manatın yarı hissəsinin 7700 manatın və hər ay 350 manat sabit məbləğdə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2004-cü ilin may ayında qeyri-rəsmi nikahla ailə qurmuş, 07.10.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İki uşağları olub, biri 5 yaşında metabalizma xəstəliyinin arqininimiya xəstəliyi və aşağı ətrafların paraparici xəstəliyindən vəfat etmiş, ikinci uşaqları 01.12.2005-ci il təvəllüdlü X4 da eyni xəstəlikdən əziyyət çəkir. Amma bir neçə ildir ki, qardaşlarının, valideynlərinin köməyi ilə onu müalicə etdirir. Bütün dərmanlarını və yeməyini Türkiyədən gətirdir. 3 aydan bir 2100 manat pul köçürür. Dəfələrlə Miryaquba xəbər göndərmişdir ki, müalicə üçün ona köməklik göstərsin. Lakin davranışından belə başa düşüb ki, uşağın vəziyyəti onu qətiyyən maraqlandırmır. Məhkəmənin təyin etdiyi 100 manat alimenti belə ödəmir. Pandemiyadan əvvəl cavabeh Rusiyadan gəlmiş, pandemiyaya görə qayıda bilməmişdir. Hər halda Rusiyada 4 il yaşayıb işləyibsə imkanı var. Cavabdeh anası ilə birlikdə yaşayır. Anası da pensiyaçıdır. Cavabdeh uşağının müalicəsi üçün maddi köməklik göstərə bilər. İndiyə kimi 21 ay ərzində Muradın müalicəsinə rəsmi qaydada 14700 manat pul ödəmiş, ildə 700 manat da Referant labaratoriyaya ödəniş etmişdir. 21 ayda cəmi 15400 manat xərc çəkmişdir. Bunun heç olmazsa yarısını Miryaqub ödəməlidir. Bu xəstəlik uşağın həyatı boyu davam edəcək. Hər ay 700 manat xərc ödənildiyindən bunun da 350 manatını Miryaqub ödəməlidir. O, əlavə xərclərdə iştiraka cəlb olunması məqsədilə indiyə kimi ödədiyi pulun yarı hissəsinin, 7700 manatının və bundan sonra isə hər ay Miryaqubdan 350 manat sabit məbləğidə pulun alınaraq ona verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ 706392 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında nikah 07.10.2011-ci ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07.10.2011-ci il tarixdə 203 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Cəbrayılov”, arvada “Cəbrayılova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 949776 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02.12.2005-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İstanbul Universitetinin Cerrahpaşa tibb fakültəsinin Qidalanma və Metobolizma ilə bağlı diaqnozundan görünür ki, 02.12.2005-ci il təvəllüdlü Murad Cəbrayılov nevroloji funksiyanın itirilməsi və 1 dəfə yüksək qızdırma ilə əlaqədar dekabr 2019-cu il tarixdə Qidalanma və Metobolizma ilə bağlı müayinə edilmişdir. Ata və ana arasında qohumluq əlaqəsi olduduğu muəyyən olunan Murada yüksək proteyinli qidalar qadağan edilmiş, 7 yaşında əvvəla ayağ barmağının ucunda yeriməyə başladığdan sonra 1 il içində yeriməyi və danışmağını tamamən itirmişdir. Əvvəllər İranda aparılmış və yenidən araşdırmalar nəticəsində “Argininemi” xəstəliyi diaqnozu qoyulmuşdur. Xəstəyə tibbi qidalanma müalicəsinə başlanmışdır. İş materiallarında olan 26.02.2020-ci il tarixli Uğrak aptekininin qəbzindən görünür ki, Milupa UCD 2 secund, Milupa LPD 400 GR adlı dərmanların alınması üçün 01.08.2019-cu il tarixdə 7488 türk lirəsi, Milupa UCD 2 secund, Milupa LPD 400 GR, Sodyum Benzoat 500 adlı dərmanların alınması üçün 26.02.2020-ci il tarixdə 6760 türk lirəsi, Milupa UCD 2 secund, Milupa LPD 400 GR adlı dərmanların alınması üçün 11.11.2020-ci il tarixdə 21360 türk lirəsi və 07.08.2021-ci il tarixdə 16,830 türk lirəsi, ümumilikdə 52,438 türk lirəsi xərclənmişdir. İş materiallarında olan Referans klinikasının ödəniş qəbzindən görünür ki, X3 muayinəsi ilə bağlı Referans klinikasına 12.19.2018-ci il tarixdə 56 manat, 06.12.2019-cu il tarixdə 28,50 manat, 14.12.2019-cu il tarixdə 183,42 manat, 12.01.2021-ci il tarixdə 77,7 manat ödəniş edilmişdir. İş materiallarında olan 19.12.2018-ci il tarixli 991375 saylı X6 mərkəzinin qəbzindən görünür ki, “X6 Mərkəzi” MMC-yə 56 manat ödəniş edilmişdir. İş materiallarında olan 14.12.2019-cu il tarixli 126215 saylı Mərkəzi Neftçilər xəstəxanasının qəbzindən görünür ki, Mərkəzi Neftçilər xəstəxanasına 120 manat ödəniş edilmişdir. İş materiallarında olan X10 qəbzindən görünür ki, X3 müayinəsi ilə bağlı X11 400 manat ödəniş edilmişdir. İş materiallarında olan X10 qəbzindən görünür ki, X3 müayinəsi ilə bağlı X11 170 manat ödəniş edilmişdir. İş materiallarında olan 08.09.2021-ci il tarixli 3076 saylı Şamaxı rayon X7 hüquqi şəxsin arayışından görünür ki, X4 10 ildir ki, ömürlük ağır xəstədir, müalicəsini “İstanbul X1 Çocuk Sağlığı və Hastalıkları ABD, Beslenme və Metobolizmi BD”-də alır. Xəstənin dərmanları xaricdən alınır. Diaqnoz:aminturşu mübadilə pozulması, arqinimiya, aşağı ətrafların spastik parezi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir”. Qeyd olunan müddəaların məzmunundan da göründüyü kimi, əlavə xərclərin ödənilməsini tələb etmək üçün ilk növbədə müstəsna halların mövcud olmağı sübut olunmalıdır. Uşağın ağır xəstə olmasını qanunvericilikdə müstəsna hallar sırasında birinci olaraq qeyd edilib. X3 aminturşu mübadilə pozulması, arqinimiya, aşağı ətrafların spastik parezi diaqnozu ilə ağır xəstə olması hazırkı iş üzrə mübahisəsiz haldır. Beləliklə, məhkəmə iddiaçı və cavabdehin maddi vəziyyətini, cavabdehin də valideyn olaraq övladının müalicəsində iştirak etməli olmasını və indiyədək övladının müalicəsinə heç bir maddi köməklik göstərmədiyini və indiyədək bütün maddi xərclərin iddiaçı tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh X3 müalicəsi üçün xərclənmiş 15400 manatın yarısı yəni 7700 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 müalicəsi üçün ödənilmiş 15400 manat pulun yarısı, 7700 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-876/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-876/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver