Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-89/2023 09.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı “sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı “sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 baş direktoru X11 tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, 139 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin ləğv edilməsini, qərəzçiliyə və ayrı seçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsini də xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyası, N.Tusi adına X1 (ŞAR) baş direktoru X11 13 iyul 2022-ci il tarixində, 139 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona şəxsi işinə tikilməklə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Əmrdə yazılmışdır ki, o, 06 iyul 2022-ci il tarixdə ŞAR-ın Elmi Şurasının genişləndirilmiş iclasında guya üzürsüz səbəbə görə iştirak etmədiyinə və bu əsasda müəssisənin daxili nizam-intizamını pozmuşdur. Həqiqətən də ŞAR-ın icraçı direktoru N.Z.İsmayılovun bildirişi əsasında ultimativ tələblə 06 iyul 2022-ci il tarixli qeyri-səlahiyyətli iclasda iştirak etməyə çağırılmışdır. Həmin bildirişdə yazılanlardan aydın görünür ki, onlar onu ittiham etmişlər. Bildirişdə yazıldığına görə guya ki, “doktorluq” iddiaçısı Canməmməd Rüstəmovun çoxsaylı səhvlərini, fərziyyələrini və plagiat işlərini üzə çıxarmaq bütövlükdə ŞAR-ın elmi fəaliyyətini gözdən salmaq imiş. Odur ki, barəsində verilmiş əmrdə yazılanlarla razılaşmır. Çünki iclasdan qabaq ərizə ilə ŞAR-ın rəhbərliyinə müraciət edərək səhhətilə əlaqədar Bakıya uzaq məsafəyə gedə bilməyəcəyini bildirmişdir. Digər tərəfdən isə “elmlər doktoru” iddiasına düşən Canməmməd Rüstəmovun yazdığı dissertasiyaya rəy və münasibətini isə yazılı şəkildə Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasına (AAK) göndərmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli qeyri-səlahiyyətli iclasda deyəcək yeni sözü əslində yox idi, bütün fikirlərini rəydə yazmış və həmin rəyin surəti də baş direktor Namiq Cəlilovun əlində idi. Yazdığı haqlı və əsaslı rəyi onsuza da müzakirə edə bilərdilər və etdilər də. Bu həm də onu göstərir ki, ŞAR-ın baş direktoru Namiq Cəlilov heç bir elmi savadı olmayan Canməmməd Rüstəmova havadarlıq edir. Haqlı olduğuna görə bu işin yekununda AAK tərəfindən birinci dəfə 10 dekabr 2021-ci il tarixdə, ikinci dəfə isə 24 iyun 2022-ci il tarixdə iddiaçı C.N.Rüstəmovun “doktorluq” dissertasiyası üzrə müdafiə işinin ləğv olunması onu göstərdi ki, haqlıdır. Lakin haqq işi və düzgünlük Namiq Cəlilovu razı salmadığına görə o işçiləri təhdid etməyini davam etdirir. Çünki o, çox qanunsuz əməllərlə məşğul olur. ŞAR-ın bütün infrastrukturunu məhv etmişdir və olan-qalanı da dağıtmaqla məşğuldur. Namiq Cəlilov həqiqi elmlə məşğul olanları xoşlamır və bu səbəbdən o həqiqi elmlə məşğul olanları bir-bir ŞAR-dan işdən azad etmişdir və onun bu çirkin niyyətli əməli hazırda yenə davam edir. Bu iddia ərizəsinə əlavə etdiyi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-ci ildə adına açılmış tibbi anketin əsilində yazılanlardan görünür ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə orada həkim müayinəsində olmuşdur. Həkim müayinəsi zamanı ona müalicə olunmağı üçün bülleten açılması məsələsi müzakirə edildi və bu məsələnin nəticəsini ertəsi gün xx.xx.2022-ci il tarixdə telefonla ona bildirəcəklərini dedilər. Odur ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan bülletendə olacağı qabaqcadan tam bəlli olmadığına görə həmin gün səhər saat 09.00-da ŞAR-da iş tabelinə iş yerinə gəlməyi barədə imza etmişdir. Lakin üstündən heç bir dəqiqə keçməmiş Şamaxı RMX-dan telefonla zəng edib bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən onun bülletendə olmağını təsdiq ediblər. Odur ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən bülletendə olmağına dair ŞAR-ın dəftərxanasına yazılı şəkildə məlumat verərək dərhal iş yerindən ayrılıb evə getmişdir. Həmin gün-yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında ŞAR-ın dəftərxanasından e-mail elektron-poçt ünvanına ona ŞAR-ın baş direktoru tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi barədə əmr göndərilmişdir. Bu iddia ərizəsinə daxil etdiyi bülletenin surətində yazılanlardan görünür ki, 2022-ci ildə iyulun 13-dən 28-dək bülletendə olmuşdur. Beləliklə, aşkar görünür ki, ŞAR rəhbərliyi, o cümlədən baş direktoru onun bülletendə olduğunu rəsmi qaydada bildikdən sonra, o, qəsdən bülletendə olduğu müddətdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Halbuki, ŞAR-ın baş direktoru Namiq Cəlilov xx.xx.2022-ci il tarixdə ŞAR-ın Elmi Şurasının sözügedən qeyri-səlahiyyətli iclasında iştirak edə bilmədiyinə görə, ona 06 iyul-12-iyuİ 2022-ci il tarixlərində hər hansı töhmət verilməsini elan edə bilərdi. Lakin o, belə qanunsuz əməllərini bilə-bilə törədir və həm də deyir ki, o, respublikada heç kimdən qorxub çəkinmir və hər zaman dövlətimizin qanunlarını istədiyi kimi poza bilər və pozur da. O, bununla əslində hamıya qarşı əzələ nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi işçinin bülletendə olduğu müddətdə ona hər hansı inzibati tənbeh (şiddətli töhmət və s) cəzası verilməsini qadağan edir. ŞAR-ın baş direktoru N.S.Cəlilovun intizam qaydasında əsassız olaraq onu çox ciddi cəzalandırması haqsızlıqdır. Ona qarşı edilmiş belə haqsız və qərəzli münasibət yaxın vaxtlarda onu işdən azad etmək üçün bir bəhanədir. İxtisası üzrə peşəkar, təcrübəli və yüksək ixtisaslı mütəxəssisdir. Peşə fəaliyyəti üzrə yaşının bu vaxtında haqsız olaraq artıq ikinci dəfə şəxsi işinə tikilməklə belə şiddətli, ağır inzibati tənbeh cəzası onun indiyədək qurduğu karyera və mənəviyatına yaraşmayan dözülməz bir qara ləkədir. Kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizam və məhsuldar bir işci kimi tanınmış və indyədək heç vaxt inzibati tənbeh qaydasında cəzalanmamışdır. ŞAR-da əmək veteranıdır. Təqdim etdiyi sənədlərdən aşkar görünür ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət cəzası ona bülletendə olduğu müddətdə verilmiş və bu əsasda AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Odur ki, ona verilmiş həmin şiddətli töhmət cəzası ləğv edilməlidir. Digər tərəfdən isə bu məsələdə günahkar olmadığına görə hesab edi ki, ŞAR-ın rəhbərliyi tərəfindən verilmiş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” cəzası ləğv edilməklə yanaşı, ayrı-seçkiliyə və qərəzçiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndi əsasında işəgötürənin özü cəzalandırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 13 iyul 2022-ci il tarixdə işə gəlsədə, həmin gün bir neçə dəqiqədən sonra ona zəng edib bülleten açıldığını dediklərindən işdən getmişdir. O, 13 iyul 2022-ci il tarixdə xəstəxanada olmamış, ümumiyyətlə həmin gün həkim onu görməmişdir. Büllüten isə ona 12 iyul 2022-ci il tarixdə olduğu müayinə əsasında verilmişdir. 06 iyul 2022-ci il tarixdə keçirilən iclasda iştirak etməyəcəyinə dair ərizəsini əvvəlcədən Rəsədxananın dəftərxanasına vermişdir. Oradakı imza dəftərxana işçilərinindir. Ərizədə qəbulla bağlı möhürün olmamasının və imzanın qarşısında ərizənin kim tərəfindən götürülməsinin qeyd edilməməsinin səbəbini bilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı 13 iyul 2022-ci il tarixdə işə gəlmiş və həmin gün o, barəsində verilmiş şiddətli töhmətlə bağlı əmrlə tanı olması üçün kadrlar şöbəsinə dəvət olunmuş, əmrin məzmununu bildikdən sonra isə əmri qəbul etməkdən imtina etmişdir. Saat 11:30-12:00 radələrində o, yenidən kadrlar şöbəsinə yaxınlaşaraq bülletendə olduğu haqda məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadə verib bildirdi ki, iş üzrə İddiaçı ilə cavabdeh X13 arasında yaranmış gərgin vəziyyətdən xəbərdardır. İlk öncə qeyd edir ki, X2 (ŞAR) hazırki mübahisənin günahkarı X10r. O, X3 direktor təyin olunandan bəri buranı hər yerdə biabır edib, sosial şəbəkələrdə ŞAR-ı elmi idarə kimi yox, “Əxlaqsızlıq Yuvası” kimi tanıtdırıb. Baş direktor Namiq Cəlilov həm də rəsədxanada elmi işçilər arasında intriqalar yaratmaqla məşğuldur və bu sahədə çox peşəkardır. Namiq Cəlilov həm də çoxsaylı qanunsuzluqları, saxtakarlıqların və digər çirkin əməllərin sahibidir. Dörd əsasa görə hazırki İddiaçı məhkəməyə müraciətini haqlı hesab edir; 1) Əvvəla məlumat verir ki, ŞAR-ın elmi əməkdaşı X4 başdan-ayağa plagiat və köçürmələrdən ibarət “doktorluq dissertasiyası” yazısı elmi işçilərin müzakirəsinə buraxılarkən başqaları kimi - İddiaçı da həmin dissertasiyaya mənfi rəy yazıb Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərmişdir. Çünki həmin dissertasiya tamamilə səhv və plagiat idi. Odur ki, ayrı-ayrı vaxtlarda Ali Attestasiya Komissiyası verilmiş mənfi rəylər səbəbindən X4 “doktorluq dissertasiya” işinin müdafiəsini ləğv etmişdir. Bunu görən ŞAR-ın baş direktoru - iş üzrə cavabdeh X11 06 iyul 2022-ci il tarixdə X9 qeyri-səlahiyyətli genişləndirilmiş iclasını təşkil etdi. Bu iclasla bağlı ŞAR-ın icraçı direktoru Nəriman İsmayılovun imzası ilə İddiaçı 04 iyul 2022-ci il tarixdə bildiriş göndərilmişdir. İş materiallarına daxil edilmiş həmin bildirişdə iddiaçının ünvanına yazılanlar hamısı şər-böhtandır. Belə ki, İddiaçı ŞAR-ın bütün elmi nailiyyətlərinin şübhə altına salınması ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmamışdır. Sadəcə olaraq İddiaçı, C.N.Rüstəmovun “doktorluq dissertasiyası” adı ilə təqdim etdiyi yazıya mənfi rəy yazıb onun başdan-ayağa səhv və plagiat olduğunu sübut etmişdir. Səhv və plagiat işə mənfi rəy yazan şəxsə şiddətli töhmət verirlərmi? 2) 04 iyul 2022-ci il tarixli bildiriş iddiaçıya verilərkən o ŞAR-ın rəhbərliyinə müraciət etmişdir ki, onun 74 yaşı var, həmin vaxtlarda isə hava şəraiti çox isti olduğundan səhhətində (ürək xəstəliyi) problem yarandığına görə Bakı şəhərinə və ya digər uzaq məsafəyə gedə bilməyəcəkdir. Əgər həmin iclas Şamaxıda Rəsədxananın özündə keçirilsəydi iddiaçı həmin iclasda iştirakının mümkünlüyünü də bildirmişdi. Lakin ŞAR-ın rəhbərliyi İddiaçı bu müraciətinə məhəl qoymamışdır. 3) Fakt odur ki, hazırki iş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək bülletendə olmuşdur. Bülletendə olduğu müddətdə müdiriyyət tərəfindən işçiyə şiddətli töhmət və ya hər hansı cəza verilməsi qeyri-qanuni hərəkətdir. Özü də bu cəza sonuncu xəbərdarlıqla şiddətli töhmət kimi yazılmış və iddiaçının şəxsi işinə tikilmişdir. İddiaçı ŞAR-da işlədiyi müddətdə əvvəlki xəbərdarlığı və töhməti varmı ki, bu onun sonuncu xəbərdarlıqla şiddətli töhməti adlandırılmışdır? İddiaçı indiyədək ŞAR-da işlədiyi dövrdə heç vaxt müdiriyyət tərəfindən xəbərdarlıq və ya töhmət almamışdır. O, həmişə nümunəvi və əzmkar elmi işçi olmuşdur. ŞAR-ın baş direktoru Namiq Cəlilovun, 74 yaşlı İddiaçı birdən-birə əsassız olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verməsi - baş direktor N.S.Cəlilovun özünü cəzasızlıq mühitində hesab edib hədsiz azğınlaşmasından irəli gəlir. 4) İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 139 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” əmrində yazılmışdır ki, həmin iclasa mütəxəssislər cəlb edilmişdir. Halbuki, sözügedən xx.xx.2022-ci il tarixli iclasda ŞAR-ın əməkdaşlarından başqa, digər X6 və Ali Attestasiya Komissiyasından cəmi 5-6 nəfər qeyri ixtisasçılar cəlb olunmuşdur. Orada mütəxəssislər kimdir? Orada kənardan dəvət olunmuş kimlərə astrofizika elmi sahəsində mütəxəssis statusu verilib? Həmin iclasda astrofizika elmi ixtisası üzrə kənardan dəvət olunmuş heç bir mütəxəssis iştirak etməmişdir. Sonradan öyrənmişlər ki, ŞAR-ın baş direktoru Namiq Cəlilovun xx.xx.2022-ci il tarixdə Bakı şəhərində qeyrisəlahiyyətli iclas təşkil edərək iddiaçını da həmin iclasda məcburi iştiraka təhrik etməsi orada iddiaçıya qarşı dava-dalaş, qalmaqal və təxribat yaratmaq məqsədilə edilmişdir. Belə ki, əvvəlcədən hazırlanmış şəxslər iddiaçıya qarşı nalayiq ifadələr işlədəcəydilər və bu zaman Namiq Cəlilovun senarisinə görə hazırlanmış təxribat baş verməliymiş. Bunu sonradan onların “iç adamları” onlara demişlər. Nə yaxşı elə oldu ki, Şirin müəllim və başqaları gələ bilmədilər - dedilər. Yuxarıda qeyd olunanlar əsasında hesab edir ki, iddiaçı X15 hazırki iddia tələbində tam haqlıdır və buna görə ona verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət cəzası ləğv olunmalı və ŞAR-ın baş direktoru X8 özü törətdiyi qeyri-qanuni əmələ görə cəzalandırılmalıdır. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilov məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına X1 (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent X5 doktorluq dissertasiya ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən 21 iyun 2022-ci il tarixli 04/06-6/183 nömrəli məktub daxil olmuşdur. Bu məktubu əsas tutaraq ŞAR-ın baş direktoru AAK-a daxil olmuş dissertasiya işi ilə əlaqədar irad və nöqsanların (Sabir Əliyev, İddiaçı və Yanoş Məhərrəmov (Qeyd: Yanoş Məhərrəmov şər-böhtana görə 2018-ci ildə ŞAR-dan işdən azad olunmuş və məhkəmə tərəfindən iki il islah cəzasına məhkum olunmuşdur)) araşdırılması məqsədilə 06 iyul 2022-ci il tarixdə ŞAR Elmi Şurasının genişləndirilmiş iclasının çağırılması haqqında əmr imzalamışdır. İclasın keçirilməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi müraciət olunaraq iclas zalı alınmışdır. Həmçinin iclasda müzakirəyə çıxarılmış məsələnin şəffaflığını və qərəzsiz olmasını təmin etmək məqsədilə tərəfindən AMEA və AAK rəhbərliyinə iclasda iştirak üçün nümayəndələrinin göndərilməsi ilə bağlı rəsmi dəvət məktubu göndərilmişdir. AAK-a dissertasiya işi ilə bağlı şikayət edən ŞAR əməkdaşı İddiaçı 04 iyul 2022-ci il tarixində ŞAR rəhbərliyinin imzası ilə iclasda iştirak etməsi üçün ona rəsmi bildiriş məktubu təqdim olunmuş, iclasın keçiriləcəyi yer, vaxt və iclasda iştirakını təmin etmək üçün xüsusi nəqliyyat vasitəsi ilə təmin olunacağı qeyd edilmişdir. Lakin buna baxmayaraq o, üzürsüz səbəbdən, iclasda iştirak etməmişdir. 52 nəfərin iştirakı ilə (o cümlədən, AMEA Fizika-Riyaziyyat və texnika Elmləri Bölməsinə daxil olan İnstitutlardan AMEA Rəhbərliyi tərəfindən göndərilmiş nümayəndələr) baş tutmuş ŞAR Elmi Şurasının genişləndirilmiş iclasında iradlar punktlar üzrə geniş müzakirə olunmuş, göstərilən iradlara iddiaçı Canməmməd Rüstəmov tərəfindən aydınlıq gətirilmiş, işlə bağlı 6 (altı) mütəxəssis rəyləri dinlənilmiş və yekdilliklə müvafiq qərarlar qəbul olunmuşdur. İclasın gedişatı, iclas iştirakçılarının razılığına əsasən video çəkilişlə baş tutmuşdur. X20 Əliyev, İddiaçı və Yanoş Məhərrəmovun ŞAR-ın dissertasiya şurasında təmsil olunan xarici mütəxəssislərə və dissertasiyaya rəy bildirən xarici opponentlərə (Rusiya Federasiyasından, Ukrayna, Gürcüstan və Özbəkistan Respublikalarından) ünvanladıqları məktublarda təhdidlər, Rəsədxananın imicinə ləkə vuran ifadələrin işlənməsi (əlavə olunur), həmçinin AAK nümayəndəsinə zəng edərək onun səsini yazaraq ictimailəşdirməsi iclas iştirakçıları tərəfindən qətiyyətlə pislənilmiş, bu məsələlərə hüquqi qiymətin verilməsi tələb olunmuşdur. Deyilənləri nəzərə alaraq ŞAR əməkdaşı İddiaçı 06 iyul 2022-ci il tarixdə 52 nəfərin iştirakı ilə baş tutmuş ŞAR Elmi Şurasının genişləndirilmiş iclasında müzakirəyə çıxarılmış məsələdə birbaşa aidiyyati şəxs olmasını və ŞAR rəhbərliyinin bildirişinin ona rəsmi təqdim edilməsinə məhəl qoymayaraq üzürsüz səbəbdən iştirak etməməsini, bununla da müəssisənin daxili nizam-intizamını ciddi şəkildə pozduğunu nəzərə alaraq ŞAR-ın baş direktorunun 13 iyul 2022-ci il tarixdə imzaladığı əmrlə ona şiddətli töhmət verilmişdir. ŞAR-ın baş direktorunun onunla bağlı şiddətli töhmət verməsi haqqında imzaladığı əmrlə tanış olması üçün 13 iyul 2022-ci il tarixində iş günün birinci yarısında İddiaçı kadrlar şöbəsinə dəvət olunmuş, əmrin məzmununu bildikdən sonra əmri qəbul etməkdən imtina etmişdir. Saat 11:30-12:00 radələrində o, yenidən kadrlar şöbəsinə yaxınlaşaraq bülletendə olduğu haqqında ərizəsini təqdim etmişdir. Həmin hadisələr kadrlar şöbəsi tərəfindən aktlaşdırılıb. Ş. Hüseynovun xx.xx.2022-ci il tarixində işə gəlmə və getmə barədə müşahidə kamerasının yazıları, həmçinin rəsmi tabel kitabında işə gəlməsi ilə əlaqədar şəxsi imzası vardır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş ateriallarında olan Şamaxı AMEA N.Tusi adına ŞAR-ın direktoru Namiq Cəlilovun 13 iyul 2022-ci il tarixli, 139 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ŞAR-ın “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi, gələcəkdə belə hallar təkrar baş verdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi) tutduğu vəzifədən azad olunacağı işçinin nəzərəinə çatdırılması, işçi əmrin mətni ilə tanış edilməsi, şiddətli töhmət barədə əmrin çıxarışı İddiaçı şəxsi işinə tikilməsi, əmrin icrasına nəzarət ŞARın icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılova tapşırılması əmr edilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək kəskin respirator xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli atdan görünür ki, ŞAR-ın baş direktoru N.S.Cəlilovun 13 iyul 2022-ci il tarixli 139 nömrəli imzaladığı əmrlə tanış etmək üçün “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi İddiaçı kadrlar şöbəsinə dəvət etmişlər. İddiaçı kadrlar şöbəsinə gəlmiş, əmrin surəti təqdim olunmuş, biraz oxuduqdan sonra surətini qəbul etməkdən imtina etmişdir. Az müddət keçdikdən sonra ərizə təqdim etmiş və izahını vermişdir ki, xəstə və bülletendə olduğunu nəzərə alaraq əmri qəbul edə bilməz. xx.xx.2022-ci il tarixində İddiaçı tabel kitabında “işə gəlmə” imzası vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 06 iyul 2022-ci il tarixdə ŞAR Elmi Şurasının genişləndirilmiş iclası keçirilmiş, Həmçinin iclasda iştirak etməsi üçün İddiaçı rəsmi bildiriş məktubu təqdim olunmuş, iclasın keçiriləcəyi yer, vaxt və iclasda iştirakını təmin etmək üçün xüsusi nəqliyyat vasitəsi ilə təmin olunacağı qeyd edilmişdir. Lakin buna baxmayaraq o, iclasda iştirak etməmişdir. İddiaçı müəssisənin daxili nizam-intizamını ciddi şəkildə pozduğunu əsas götürülərək ŞAR-ın baş direktorunun 13 iyul 2022-ci il tarixli əmri ilə ona şiddətli töhmət verilmişdir. İddiaçı 13 iyul 2022-ci il tarixdə işə gəlmiş və tabel kitabının işə gəlmə qrafasını imzalamışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı “sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı “sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-89/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-89/2023
09.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver