Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-9/2023 09.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpağın zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsinin boşaldılması və əvvəlki qaydasına salınması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, o, Şamaxı rayonu Quşçu kəndində yaşayır. Ailəsinə məxsus, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı Qərarı ilə 0.14 ha Torpağın Mülkiyyətə verilməsinə dair (JN 083B 4101018) nömrəli X1, X6, X7, X11, X12, X13, X17, X8, X9, X14, X3 verilmişdir. X2 xx.xx.2003-cü ildə vəfat etmişdir. Həmkəndlisi Cavabdeh onlara məxsus torpaq sahəsini 10 metr zəbt etmişdir. Həmin torpaq sahəsindən şəxsi istifadəsi üçün istifadə edir. Onun dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq torpaq sahəsini boşaltmır. Bu barədə Şamaxı rayonu Quşçu kənd üzrə İcra nümayəndəliyinə və Quşçu kənd bələdiyyəsinə müraciət etsədə, müraciətinə baxan yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verərək bildirmişdir ki, İddiaçı guya onun ona məxsus torpaq sahəsinin 10 metr içərisinə girərək zəbt etməsi barədə əsassız olaraq iddia qaldırmışdır. O, öz iddia ərizəsində göstərdiyi kimi Şamaxı rayon Quşçu kənd İcra nümayəndəliyinə və bələdiyyəsinə bu barədə həqiqətən müraciətlər etmişdir, lakin özünün qeyd etdiyi kimi onun arzuladığı nəticə alınmamışdır. Ona görə ki, İddiaçı haqlı deyildir. İddiaçı öz ailə üzvlərinə məxsus 0,14 ha torpaq sahəsinin sənədlərini iş materiallına daxil etsə də, onun tərəfindən onlara məxsus torpaq sahəsini guya zəbt etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X5 və onun ailə üzvləri X6, X7, X11, X15, X13, X17, X8, X9, X14, X3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə 0,14 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X18 və onun ailə üzvləri X19, X25, Cavabdeh Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə 0,21 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, X4 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərq vardır. Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsi cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. X4 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə JN- 092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən üst-üstə düşmür. X4 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadəthaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməmiş və tikinti işləri aparılmamışdır. Əlavə olaraq bildirilir ki, elektron baza məlumatlarına əsasən və naturada X4 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.14 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsi arasında gediş-gəliş yolu mövcuddur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/7631 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********74 nömrəli mütəxəssis rəyinə əsasən, X4 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsinin iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin konfiqurasiya fərqinin olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsinin cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin konfiqurasiya və sahə fərqinin olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, X4 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsinin elektron baza məlumatlarına əsasən üst-üstə düşməiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, X4 və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilmədiyi və tikinti işləri aparılmadığı müəyyən edildi. Ekspertiza xərci 50 manat təşkil edir. İş materiallarında olan AZ 086292 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2003-cü ildə ölmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi sübut edilmədiyindən İddiaçı Cavabdeh qarşı “torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Eksperyiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza üzrə ekspert xərcini təşkil edən 50 manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “torpağın zəbtdən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 manat məbləğində ekspertiza xərci alınıb X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-9/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-9/2023
09.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver