Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-90/2024 12.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması” faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 2004-cü il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslaşdırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunun Şindilər kəndində (hazırda həmin kənd Dmanisi rayonunun ərazisinə daxildir) anadan olmuşdur. xx.xx.1963-cü il tarixdə Bolnisi rayonu, Qızılkilsə kənd sovetliyi (hazırda həmin kənd Dmanisi rayonunun ərazisinə daxildir) tərəfindən İİİ-RE (РЭ) seriyalı, 021479 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1970-ci il tarixdə Şindilər kənd orta məktəbinin birinci sinfinə gedib, 1980-ci il tarixdə həmin məktəbin 10-cu sinfinə bitirib. Daha sonra təhsilini davam etdirməyib. xx.xx.1979-cu il tarixdə Dmanisi rayonu, İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən Vİİİ-Tİ (ТИ) seriyalı, 707798 nömrəli SSRİ nümunəli pasportla təmin edilib. 1981-ci il tarixdə Dmanisi rayonu, Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Macarıstanda hərbi xidmət keçib. 1983-cü il tarixdə hərbi xidməti başa vurduqdan sonra Gürcüstana qayıdıb. xx.xx.1987-ci il tarixdə X2 ilə nikaha daxil olub. Birgə nikahları Dmanisi rayonu, Qızılkilsə kənd sovetliyi tərəfindən qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra həyat yoldaşına ərizəçinin soyadına uyğun olaraq “Musayeva” soyadı verilmişdir. Birgə nikahlarından 2 övladları doğulub. 1994-cü ilin əvəllərində ailə üzvlərini (arvadını, uşaqlarını, ata və anasını) daimi yaşamaq məqsədilə Azərbaycana gətirib. Azərbaycana gələndə əvvəl Bakı şəhərində yaşayıblar. Bir müddət sonra isə onlar ünvan 1 ünvanında məskunlaşıblar. Ailə üzvləri Şamaxı rayonundan məskunlaşandan sonra o, işləmək məqsədilə Rusiya Federasiyasının, Altay diyarının, Rodinski rayonuna gedib və 2004-cü ilədək orada yaşayıb. Həmin müddətdə ərizəçi Azərbaycandan yaşayan ailə üzvlərinə baş çəkmək üçün Azərbaycana gəlib-getmişdir. Rusiya Federasiyasında olan zaman o xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyası, Altay diyarı, Rodinski rayon Daxili İşlər orqanı tərəfindən Rusiya Federasiyası vətəndaşının pasportu ilə təmin edilib. Həmin vaxt ona Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ nümunəli pasport Rusiya Federasiyası, Altay diyarı, Rodinski rayon Daxili İşlər orqanı tərəfindən təhvil alınıb. 2004-cü ilin sonlarında ərizəçi daimi yaşamaq məqsədilə Azərbaycana gəlib və ünvan 3 ünvanında yaşayan ailə üzvlərinin yanında məskunlaşıb. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. X3 1932-ci tarixdə Gürcüstanın Dmanisi rayonunun, Şindilər kəndində anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 9 ünvanında yaşayır, pensiyaçıdır. X4 xx.xx.1935-ci il tarixdə Dmanisi rayonunun, Şindilər kəndində anadan olub. Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2007-ci il tarixdə Şamaxı rayonunda vəfat edib. Həyat yoldaşı X5 xx.xx.1969-cu il tarixdə Gürcüstanın Dmanisi rayonunun, Şindilər kəndində anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 9 ünvanında yaşayır, işləmir. Böyük oğlu X7 xx.xx.1988-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Azarbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 9 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. Kiçik oğlu X8 xx.xx.1991-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 4 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. X1 xx.xx.1961-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun, Şindilər kəndində anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində (dəqiq ünvanı bilmir) yaşayır, fərdi əməklə məşğuldur. Kiçik qardaşı X9 xx.xx.1969-cu il tarixdə Gürcüstanın Dmanisi rayonunun, Şindilər kəndində anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (dəqiq ünvanı bilmir) yaşayır, fərdi əməklə məşğuldur. Bacısı Həmidova (Musayeva) Ramilə Nəbi qızı xx.xx.1972-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olub. Rusiya Federasiyasinin vətəndaşıdır, hazırda Rusiya Federasiyasının Altay vilayətində yaşayır, işləmir. Ərizəçi 2004-cü ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşasa da Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməyib, Gürcüstan Respublikasının və Rusiya Federasiyasının isə vətəndaşı hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 08/h-M-146 nömrəli məktubundan görünür ki, Gürcüstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 12/14478 nömrəli məktubda ərizəçinin Gürcüstan Respublikasının vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. Həmçinin, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 3530/KO nömrəli arayışdan da görünür ki, ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını əldə etməyib və Rusiya Federasiyasının vətəndaşı hesab edilmir. Hazırda onun 60 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarliğı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülüb. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Ərizəçi xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş edib. DMX müraciətinə xx.xx.2023-cü il tarixli, 3-37/2-M-7575-26-1-08-22647/2023 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: Odur ki, 2004-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. Ərizəçi 2004-cü ildən indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağına baxmayaraq, qeydiyyatsız yaşadığı üçün Azərbaycanda daimi yaşadığını təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməyib. Ərizəçi eyni zamanda, doğulduğu ölkənin vətəndaşı da hesab olunmur. Ərizəçi həmçinin, üçüncü bir ölkənin vətəndaşlığını da əldə etməyib. Belə ki, o Gürcüstan SSR-nin ərazisində doğulmuşdur. Doğulan zaman valideynləri Gürcüstan SSR-nin vətəndaşı olublar. Hazırda anası Azərbaycan Respublikasının vətəndaşıdır, atası da vəfat edən zaman Azərbaycan Respublikasının vətəndaşı olub. Ərizəçi heç vaxt üçüncü bir ölkənin vətəndaşı ilə nikaha daxil olmayıb. Ərizəçi uzun müddət Rusiya Federasiyasinın ərazisində yaşasa da Rusiya Federasiyasının da vətəndaşı hesab edilmir. Belə ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 3530/KO nömrəli arayışdan da görünür ki, o Rusiya Federasiyasının vətəndaşlığını əldə etməyib və hazırda da Rusiya Federasiyasının vətəndaşı hesab edilmir. Baxmayaraq ki, o heç bir ölkənin vətəndaşı deyil, onun vətəndaşlığı olmayan şəxs statusunu təsdiq edəcək sənədi də yoxdur. Ərizəçinin Azərbaycanda daimi yaşamağı və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədi olmadığı üçün o Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilmir. Ərizəçinin də Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamağı və vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. Ərizəçi isə bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktını ona verilmiş Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təsdiq edir. Ərizəçinin vəziyyətində olan şəxslərin isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilməsi səlahiyyətini qanunvericilik heç bir orqana həvalə etməyib. Bu səbəbdən də o 2004-cü il tarixdən hal-hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı faktını təsdiq edən sənədi heç bir qaydada ala bilmir. Belə ki, o, 2004-cü ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Gürcüstan və Azərbaycan SSRİ-dən ayrıldıqdan sonra vətəndaşlıq məsələlərini tənzimləyən qanun qəbul ediblər. Həmin qanunlara əsasən o nə Gürcüstanın, nə də ki, Azərbaycanın vətəndaşı hesab edilir. Göründüyü kimi, o Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilib. Azərbaycan Respublikası qanunvericiliyi isə 1992-ci ilin yanvarın 1-dən sonra Azərbaycan Respublikası ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilən şəxslərin sənədləşdirilmə (vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmə) qaydasını müəyyən etmədiyi üçün, ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmur. Qanunvericilik 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin ancaq 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə verilməsini nəzərdə tutur. O isə Azərbaycan Respublikasında 1992-ci il yanvarın 1-dək daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxs olmadığından qanunvericilik ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsini nəzərdə tutmayıb. Göründüyü kimi, qanunvericilik norması ərizəçinin və onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası ərazisində qanuni yaşaması üçün heç bir qayda müəyyən etməyib. Ona göra də Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatət qaldıra bilməyi üçün onun 2004-cü il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağ və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranıb. Ərizəçi Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 9 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də qeydiyyatda olduğu yer üzrə Şamaxı rayon Məhkəməsinə müraciat edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X14 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 268525 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 28 oktyabr 2007-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 oktyabr 2007-ci il tarixli, 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İİİ-РЭ 021479 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunun Şindilər kəndində anadan olmuşdur. X4, X3dır. İş materiallarında olan İİİ-ТИ 264395 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında nikah xx.xx.1987-ci il tarixdə Gürcüstanın Bolnisi rayonu, xalq deputatları Qızıl Kilsəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 yanvar 1987-ci il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Musayev”, arvada “Musayeva” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 5477/KO nömrəli Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq Şöbəsinin, Şamaxı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş məktubundan görünür ki, ƏrizəçiN ümumi mübadilə ilə əlaqədar Rusiya Federasiyası vətəndaşı pasportu 0103 No 385992 ilə sənədləşdirilib. ƏrizəçiN-nin xx.xx.1992-ciil tarixinə Rusiyas ərazisində yaşaması faktı təsdiqlənmir. X24 Nazirliyinin Altay diyarı üzrə Baş İdarəsinə qanunla müəyyən edilmiş qaydada vətəndaşlıq almaq üçün müraciət etməmişdir. Belə ki, Ərizəçi qanunvericiliklə müəyyən edilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmədiyi müəyyən edilib. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin arayışından görünür ki, xx.xx.1963-cü il tarixdə Gürcüstan SSR Dmanisi rayonu, Şindilər kəndində anadan olmuş Ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını əldə etməyib və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşı deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-37/2-M-7575-26-1-08-22647/2023 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin məktubundan görünür ki, 2004-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağ və heç bir dövlətin vətəndaşlığına mənsub olmamaq faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət oluna bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-37/2-M-7106-xx-xx-22048/2023 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin arayışından görünür ki, Ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən 10 avqust 2023-cü il tarixindən 31 may 2024-cü il tarixinədək ünvan 7 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin arayışından görünür ki, xx xxxx 1963-cü il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 08/h-M-146 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin məktubundan görünür ki, Ərizəçi Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi 2001-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanları xaricindədir. xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2004-cü il tarixdə 385992 nömrəli pasport nömrəsi ilə Rusiya Federasiyasından çıxışı və xx.xx.2004-cü il tarixdə ********** nömrəli pasport nömrəsi ilə Rusiya Federasiyasına girişi qeydə alınmışdır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1963-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Şindilər kəndində anadan olmuşdur. Doğumu xx.xx.1963-cü il tarixdə Gürcüstan SSR Bolnisi rayonu Qızıl Kilsə kənd şurası tərəfindən 61 nömrəli aktla qeydə alınmışdır və müvafiq olaraq İİİ-RE (РЭ) seriyalı, 021479 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Ərizəçi Dövlət Miqrasiya Xidmətində müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Hazırda ərizəçi vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Bundan başqa, üçüncü bir ölkənin vətəndaşlığını da əldə etməmiş və bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İş materialları ilə sübut olunur ki, Ərizəçi heç bir dövlətin vətəndaşı deyil və 2004-cü ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə, göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, xx.xx.1963-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunun Şindilər kəndində doğulmuş Ərizəçi 2004-cü ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx xxxx 1963-cü il tarixdə Gürcüstan SSR-nin Bolnisi rayonunun, Şindilər kəndində doğulmuş Ərizəçi 2004-cü ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-90/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-90/2024
12.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver