Məhkəmə qərarları › İş №2(074)-900/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-900/2025

15.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-900/2025 15.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadiugar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehlərin nümayəndəsi - Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlərə məxsus (qızıl-zinət əşyalarının və cehizlərinin olduğu) Şamaxı rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının onun mülkiyyətində olan Şamaxı rayonu, Muğanlı kəndində yerləşən evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-996/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair 2(074)-996/2025 nömrəli mülki işlə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair 2(074)-900/2025 nömrəli mülki iş bir icraatda birləşdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə ailə qurmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehə məxsus Şamaxı rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin kimi 2013-cü il tarixdə köçmüşdür. Həmin ünvanda qeydiyyatdadır. O, 11 il həmin ünvanda yaşamış, cehiz əmlakları, qızılları, övladları həmin evdədir. Onu zorla evdən çıxarmışlar, əmlakları həmin evdəddir və faktiki olaraq cavabdehlər onu evə buraxmadığından, yararsız vəziyyətə düşmüşdür. Məcbur olub kirayədə qalır. Ona görə də, evə məcburi qaydada köçürülməlidir. İddiaçı Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh1 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla, İddiaçı ilə ailə qurmuşdur. Sevda gəlin gələrkən, el adəti ilə cehiz əşyaları gətirmişdir. Həmin əşyaları reyestr nömrəsi **********19-10301 nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il ona məxsus olan evə gətirmişdir. X7 başqa şəxslə telefon əlaqəsi olduğunu öyrənib, məhkəməyə rəsmi ərizə vermişdir. Həmçinin, Sevda onlara qarşı qızıl-zinət əşyaları tələbi edir, eləcə də, ona məxsus evdə yaşamaqla əmlaklarının orada saxlanmasını xahiş edir. Muğanlı kəndindəki cavabdehin cehiz əşyaları olan ev onun şəxsi mülkiyyətindədir. Onun öz mülkiyyətində olan evdən özü istədiyi qaydada istifadə etmək hüququ var. Sevdanın cehiz əşları onun mülkiyyətində olan evin bir otağında qalması onun öz evində rahat yaşamasına mane olur, Sevdanın həmin evdən hər hansı şəkildə istifadə hüququ olmayıb və hal-hazırda da yoxdur. Belə ki, onunla hər hansı nikah müqaviləsi bağlanmamışdır. Sadəcə müvəqqəti olaraq onlara evində yaşamasına icazə vermişdir. Hazırda onunla cavabdehin münasibətləri son dərəcə pis vəziyyətdədir. Sevdanın özünü, nə də əmlaklarını öz mülkiyyətində olan evində görmək istəmir. Sevdaya məxsus olan əşyaların hamısı onun yataq otağındadır və həmin otaqda ona məxsus əşyalardan başqa hər hansı digər əmlak yoxdur. Həmin otaqda olan bütün əmlakların çıxarılmasını, mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə etmək istəyir, bununla bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdehlə razılaşma olmamışdır. Cavabdehə məxsus əmlaklar - nahar serviz 1 dəst, xrustal böyük bokal - 6 ədəd, xrustal kiçik bokal - 6 ədəd, xrustal bokal araq - 6 ədəd, xrustal araq bokalı - 4 ədəd, mürəbbə qabı - 1 ədəd, dolça altı balalı, baqema - 1 dolça 6 balası, bokal - 6 ədəd, konfet qabı 2 ədəd, qəddan 2 ədəd, səbət formalı qəddan - 2 ədəd, meyvə qabı şüşə - 2 ədəd, külqabı - 1 ədəd, güldan xrustal - 1 ədəd, baqema qənd qabı - 1 ədəd, baqema meyvə qabı 1 ədəd, baqema güldan 1 ədəd, su qruşkası 2 ədəd, kofe fincanı 1 dəst, çay fincanı 1 dəst, xrustal çay stəkanı - 6 ədəd, qaşıq naboru, kauçuk podnos - 2 ədəd, şüşə 3 mərtəbə qab, qəddan şüşə vedrə kimi - 2 ədəd, sarı xehli nəlbəki, tum qabı böyük, kiçik - 6 ədəd, saat, şəkil at, dəst bokal kompot qab, lüstr - 2 ədəd, ləmpa, podnos 3 ədəd, aşsüzən 2 ədəd, alüminium qazan - 1 ədəd, çuğun balaca qazan, kauçuk qab - 2 ədəd, mürəbbə qabı və tum qabı böyük, 5 bala, ütü, böyük alüminium qazan - 1 ədəd, mikser, yaşıl üzlü çay servizi, xrustal araq stəkanı - 6 ədəd armudu stəkan - 6 ədəd, bir böyük, 6 balaca boşqa, çuğun qazan böyük - 1 ədəd, çuğun qazan kiçik - 1 ədəd, tefal dəst - 2 ədəd qazan, tefal qazan - 1 ədəd, çaynik nikel böyük - 1 ədəd, çuğun çaynik 1 ədəd xrustal stəkan - 12 ədəd, armudu stəkan xrustal - 12 ədəd, araq bokalı adi - 4 ədəd, hündür mürəbbə qabı - 2 ədəd, qənd qabı 2 ədəd, şüşələpə qabı - 1 ədəd, ləpə qabı - 1 ədəd, kompot stəkanı 5 ədəd, ləpə qabı ağ - 12 ədəd sok stəkanı - 5 ədəd, qənd qabı - 1 ədəd şüşə, xrustal kül qabı - 2 ədəd, kompot stəkanı - 5 ədəd, çay servizi - 1 dəst, su qrafinkası - 1 ədəd armudu nəlbəki - 11 ədəd, çuğun qazan dəst, podnos dəsti 3 ədəd, kiçik kasa, qənd qabı - 2 ədəd qara rəngli, ləpə qabı - 1 ədəd, meyvə qabı - 2 ədəd, duz qabı - 3 ədəd, salfetka qabı - 4ədəd, teşt - 2 ədəd, dəst çaynik mərdam - 1 ədəd, qazan altı - 1 ədəd, ələk dəst, şüşə balıq qabı, balaca teşt - 2 ədəd, ətçəkən(əlnən) - 1 ədəd, qaşıq naboru çanta, sacaq balaca, şirniyyat qabı - 1 ədəd, ətçəkən elektrik, düyüçəkən 1 ədəd, kuxna naboru - 1 ədəd, qənd qabı - 6 ədəd, tefal jaronik - 2 ədəd, yumurta doğrayıcı - 1 ədəd, şüşə 3 mərtəbə - 1 ədəd, şüşə armudu nəlbəki - 6 ədəd, çörək qabı kauçuk - 4 ədəd, tefal jaronik - 3 ədəd, su qabı çuqun qulplu 2 ədəd, böyük güldan - 1 əd qara, klyonka metrəlik, soğançəkən kauçuk, boşqab dəsti - 2 dəst, podnos böyük dəmir - 1 ədəd, tas - 1 ədəd, ventelyator, jurnalnı, yataq dəsti, taxt, termo oturacağı, servant, komod, miz, stol dəsti, televizor altlığı, divan, televizor, soyuducu, ütüaltlığı, nənni, pərdə zal, yataq otağı, dorojka, xalça, pletka, çörək taxtası, döşək tək - 2 ədəd, taxt döşəyi - 1 ədəd, yorğan - 4 ədəd, odeyal 5 ədəd, sindipon odeyal - 1 ədəd, balış 6 ədəd, nimdər - 6 ədəd, divan üstlüyü, klyonka - 1 ədəd, taxt üzlüyü 134, dəsmal 15 ədəd, qətfə - 2 ədəd, parça miz üstlüyü - 4 ədəd, prostina, çay dəsmalı - 2 dəst tək-tək, divan tək üstlüyü, balış çexolu - 3 dəst, tək sindipon yorğan, balaca uşaq stolu, 2 yan stulu, 1 jurnalnı, kuxna mebeli, soba, çuğun vedrə - 2 ədəd, qaz sobasından ibarət əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verib iddia tələbini müdafiə edərək, təmin olunmasını, iddiaçı Cavabdeh2 iddiasını isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (iddiaçı) və onların nümayəndəsi - Vəkil izahat verib, iddiaçı Cavabdeh2 iddiasını müdafiə edib, təmin olunmasını, İddiaçı iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin olunmamalı, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası isə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 08 avqust 2013-cü il tarixdə Şamaxı rayon İHB-nın Muğanlı kənd icra nümayəndəliyində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Muğanlı kəndində yerləşən 105,40 kv.m. ümumi sahədən ibarət olan fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-100/2025 saylı qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 08 oktyabr 2013-cü il tarixdə Şamaxı RİHB-nın Muğanlı kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 12 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflər arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında 15 iyul 2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/01511 nömrəli barışıq sazişi etibarsız hesab edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 22 iyul 2014-cü il təvəllüdlü X3 və 08 aprel 2019-cu il təvəllüdlü X2 Cavabdeh1 alınaraq, İddiaçı himayəsinə verilməsi və 22 iyul 2014-cü il təvəllüdlü X3 və 08 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Cavabdeh1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş və iddiaçı Cavabdeh2 məxsus Şamaxı rayonu, Muğanlı kəndinə yerləşən fərdi yaşayış evinə gəlin köçərək, orada yaşamışdır. Tərəflər arasında ailə münasibətləri pozulduğundan, onlar ayrılmışlar və nikahları məhkəmənin qətnaməsi əsasında pozulmuşdur. Hazırda isə iddiaçı həmin evdən istifadə hüququnun olmasına istinad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla, ailə qurmuş və mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə iddiaçının qayınanası - Cavabdeh2 adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2025-ci ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 məxsus yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, iddiaçının cavabdehə məxsus yaşayış sahəsi üzrə qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Elçın qızına qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair iddiası üzrə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Cavabdeh2 02 may 2025-ci il tarixdən mülkiyyətindədir. Cavabdeh İddiaçı isə iddiaçının oğlu ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və gəlin kimi iddiaçıya məxsus evə köçərək birlikdə yaşamışlar. Bundan sonra, cavabdeh ilə iddiaçının oğlu arasında ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçıya məxsus evi tərk etsə də, ona məxsus olan cehiz əşyalarının bir hissəsi iddiaçıya məxsus evdə qalmışdır. İddiaçı həmin əşyaların onun evində qalmasını mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir və qeyd olunan əşyaların evdən çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçının ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Şamaxı rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı Cavabdeh2 Şamaxı rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehə aid əşyaların iddiaçıya məxsus yaşayış sahəsində olması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şamaxı rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiası iddiaçının mübahisələndirdiyi evə hər hansı bir hüququ mövcud olmadığından, rədd edilməli və eyni zamanda, cavabdeh İddiaçı məxsus əşyaların həmin yaşayış sahəsində qalması iddiaçı Cavabdeh2 mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehə məxsus iddia ərizəsinə əlavədə göstərilən əşyalar iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şamaxı rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiası rədd edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının onun mülkiyyətində olan Şamaxı rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddiası təmin olunsun. Cavabdeh İddiaçı məxsus nahar serviz - 1 dəst, xrustal böyük bokal - 6 ədəd, xrustal kiçik bokal - 6 ədəd, xrustal bokal araq - 6 ədəd, xrustal araq bokalı - 4 ədəd, mürəbbə qabı - 1 ədəd, dolça altı balalı, baqema - 1 dolça 6 balası, bokal - 6 ədəd, konfet qabı 2 ədəd, qəddan 2 ədəd, səbət formalı qəddan - 2 ədəd, meyvə qabı şüşə - 2 ədəd, külqabı - 1 ədəd, güldan xrustal - 1 ədəd, baqema qənd qabı - 1 ədəd, baqema meyvə qabı 1 ədəd, baqema güldan 1 ədəd, su qruşkası 2 ədəd, kofe fincanı 1 dəst, çay fincanı 1 dəst, xrustal çay stəkanı - 6 ədəd, qaşıq naboru, kauçuk podnos - 2 ədəd, şüşə 3 mərtəbə qab, qəddan şüşə vedrə kimi - 2 ədəd, sarı xehli nəlbəki, tum qabı böyük, kiçik - 6 ədəd, saat, şəkil at, dəst bokal kompot qab, lüstr - 2 ədəd, ləmpa, podnos 3 ədəd, aşsüzən 2 ədəd, alüminium qazan - 1 ədəd, çuğun balaca qazan, kauçuk qab - 2 ədəd, mürəbbə qabı və tum qabı böyük, 5 bala, ütü, böyük alüminium qazan - 1 ədəd, mikser, yaşıl üzlü çay servizi, xrustal araq stəkanı - 6 ədəd armudu stəkan - 6 ədəd, bir böyük, 6 balaca boşqa, çuğun qazan böyük - 1 ədəd, çuğun qazan kiçik - 1 ədəd, tefal dəst - 2 ədəd qazan, tefal qazan - 1 ədəd, çaynik nikel böyük - 1 ədəd, çuğun çaynik 1 ədəd xrustal stəkan - 12 ədəd, armudu stəkan xrustal - 12 ədəd, araq bokalı adi - 4 ədəd, hündür mürəbbə qabı - 2 ədəd, qənd qabı 2 ədəd, şüşələpə qabı - 1 ədəd, ləpə qabı - 1 ədəd, kompot stəkanı 5 ədəd, ləpə qabı ağ - 12 ədəd sok stəkanı - 5 ədəd, qənd qabı - 1 ədəd şüşə, xrustal kül qabı - 2 ədəd, kompot stəkanı - 5 ədəd, çay servizi - 1 dəst, su qrafinkası - 1 ədəd armudu nəlbəki - 11 ədəd, çuğun qazan dəst, podnos dəsti 3 ədəd, kiçik kasa, qənd qabı - 2 ədəd qara rəngli, ləpə qabı - 1 ədəd, meyvə qabı - 2 ədəd, duz qabı - 3 ədəd, salfetka qabı - 4ədəd, teşt - 2 ədəd, dəst çaynik mərdam - 1 ədəd, qazan altı - 1 ədəd, ələk dəst, şüşə balıq qabı, balaca teşt - 2 ədəd, ətçəkən(əlnən) - 1 ədəd, qaşıq naboru çanta, sacaq balaca, şirniyyat qabı - 1 ədəd, ətçəkən elektrik, düyüçəkən 1 ədəd, kuxna naboru - 1 ədəd, qənd qabı - 6 ədəd, tefal jaronik - 2 ədəd, yumurta doğrayıcı - 1 ədəd, şüşə 3 mərtəbə - 1 ədəd, şüşə armudu nəlbəki - 6 ədəd, çörək qabı kauçuk - 4 ədəd, tefal jaronik - 3 ədəd, su qabı çuqun qulplu 2 ədəd, böyük güldan - 1 əd qara, klyonka metrəlik, soğançəkən kauçuk, boşqab dəsti - 2 dəst, podnos böyük dəmir - 1 ədəd, tas - 1 ədəd, ventelyator, jurnalnı, yataq dəsti, taxt, termo oturacağı, servant, komod, miz, stol dəsti, televizor altlığı, divan, televizor, soyuducu, ütüaltlığı, nənni, pərdə zal, yataq otağı, dorojka, xalça, pletka, çörək taxtası, döşək tək - 2 ədəd, taxt döşəyi - 1 ədəd, yorğan - 4 ədəd, odeyal 5 ədəd, sindipon odeyal - 1 ədəd, balış 6 ədəd, nimdər - 6 ədəd, divan üstlüyü, klyonka - 1 ədəd, taxt üzlüyü 134, dəsmal 15 ədəd, qətfə - 2 ədəd, parça miz üstlüyü - 4 ədəd, prostina, çay dəsmalı - 2 dəst tək-tək, divan tək üstlüyü, balış çexolu - 3 dəst, tək sindipon yorğan, balaca uşaq stolu, 2 yan stulu, 1 jurnalnı, kuxna mebeli, soba, çuğun vedrə - 2 ədəd, qaz sobasından ibarət əşyalar iddiaçı Cavabdeh2 məxsus Şamaxı rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar