Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-924/2021 05.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq , MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəsinə malik 13.01.2021-ci il tarixli çıxarışda göstərilən 0.6871 ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (hüququnun) müəyyən edilməsi, bu torpaq sahəsindən ona düşən hissəni ona verməklə adının həmin çıxarışdan silinməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Ərizəçi ərizəsinin məzmunundan görünür ki, onun **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəsinə malik 13.01.2021-ci il tarixli çıxarışda göstərilən 0.6871 ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (hüququnun) müəyyən edilməsi, bu torpaq sahəsindən ona düşən hissəni ona verməklə adının həmin çıxarışdan silinməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Pirbəhli kəndində yerləşən 0,6871 ha kənd təsərrüfatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasənda Maraqlı şəxs1, X4, X2, X5, X3, Ərizəçi və X1 məxsusdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 7-ci bəndində də qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmə, qanunvericiliyin qeyd olunan normalarını və Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyyəni nəzərə alaraq hesab edir ki, **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəsinə malik 13.01.2021-ci il tarixli çıxarışda göstərilən 0.6871 ha torpaq sahəsi ümumi mülkiyyət hüququ əsasənda Ərizəçi da məxsus olması faktı ərizəyə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından, onun hazırki ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli, ona çıxarışın verilməsindən imtina edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin hərəkətlərindən (vəya hərəkətsizliyindən) yuxarı inzibati orqana müraciət etmək və ya müvafiq inzibati məhkəməyə iddia ərizəsi vermək hüququnun olması izah edilməlidir. Məhkəmə ərizənin həmin torpaq sahəsindən ona düşən hissəni ona verməklə adının həmin çıxarışdan silinməsinə dair hisəsinə münasibətdə qeyd edir ki, əzirəçi hazırda xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Ərizəçi həmin tələblə iddia icraatı qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-924/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-924/2021
05.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver