Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-940/2024 27.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X26 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakdan payın müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalan **********44 saylı Çıxarışa əsasən, Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,4351 ha torpaq sahəsinin 1/8 hissəsi üzrə 1/3 hissədə və Torpağın mülkiyyətə verilməsinə dair JN-195 A, kod 41012018 saylı şəhadətnmayə əsasən, X3 qalan 0,45 ha torpaq sahəsindən ibarət miras əmlakda İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən **********44 saylı Çıxarışa əsasən, Şamaxı rayonu, Quşçu kəndində yerləşən 0,4351 ha torpaq sahəsi İddiaçı, X9, X10, X6, X12, X21, X7 və X5 məxsusdur. Eyni zamanda, X5 Şamaxı rayon AİK- nın 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə 0,45 ha torpaq sahəsi verilmişdir. X11 onun bacısıdır. Bacısı Fərzidə xx.xx.2007ci il tarixdə ölmüşdür. Bacısı öldükdən sonra, bütün miras əmlak onun tərəfindən qəbul edilib və həmin mirasa sahiblik etmişdir. Hal-hazırda vərəsəliyin açılması üçün, X25 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etsə də, onlar 06 may 2024-cü il tarixli 1161 saylı qərarı ilə notariat əməliyyatını aparmaqdan imtina etmişlər. Səbəb isə göstərilmişdir ki, vərəsələr arasında payların həcmi və mirasın bölüşdürülməsi ilə bağlı mübahisə vardır. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, yalnız X1 miras qalan **********44 saylı Çıxarışa əsasən, Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,4351 ha torpaq sahəsinin 1/8 hissəsi üzrə 1/3 hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Quşçu kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0,4351 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X9, X10, X6, X12, X21, X7 və X4 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X11 28 fevral 2007-ci ildə ölmüşdür. İş materiallarında olan Şamaxı RİHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2022-ci il tarixli, 509 saylı arayışından görünür ki, mərhum X11 vəfat etdiyi günə kimi, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmuş və məhrumun vəfatından sonra, qardaşları İddiaçı, X13 və bacısı Cavabdeh1 adlı varisləri vardır. İş materiallarında olan Notariat əməliyyatı aparmaqdan imtina haqqında 06 may 2024-cü il tarixli, 1161 saylı qərardan görünür ki, miras qoyan X5 məxsus olmuş Şamaxı rayonu, Quşçu kəndində yerləşən torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektıv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbıq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmış qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən **********44 saylı Çıxarışa əsasən, Şamaxı rayonu, Quşçu kənndində yerləşən 0,4351 ha torpaq sahəsi İddiaçı, X9, X10, X6, X12, X21, X7 və X5 məxsusdur. Fərzidə Balakişiyeva xx.xx.2007-ci il tarixdə ölmüş və hazırda miras qoyanın qardaşı – İddiaçı bacısı Fərzidə Balakişiyevaya məxsus olmuş Şamaxı rayonu, Quşçu kəndində yerləşən daşınmaz əmlaka dair vərəsəlik hüququ əsasında ona çatası əmlak payının müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1259-cı maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, miras əmlak vərəsə tərəfindən qəbul edildiyindən, iddia təmin edilməli, X3 miras qalan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44 nömrəli çıxarışa əsasən, Şamaxı rayonu, Quşçu kəndində yerləşən 0,4351 ha torpaq sahəsinin 1/8 hissəsi üzrə 1/3 hissədə İddiaçı payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44 nömrəli çıxarışa əsasən, Şamaxı rayonu, Quşçu kəndində yerləşən 0,4351 ha torpaq sahəsinin 1/8 hissəsi üzrə 1/3 hissədə İddiaçı payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-940/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-940/2024
27.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver