Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-954/2025 27.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri 01 B məhəlləsində yerləşən ona məxsus 0,06 ha torpaq sahəsində cavabdehlər tərəfindən metal materiallardan və sair tikinti materiallarından istifadə olunmaqla, qanunsuz tikilmiş evin cavabdehlərin öz hesabına sökülməsi, cavabdehlərin ona məxsus Şamaxı şəhəri, 01 B məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etmələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Bələdiyyəsinin 30 noyabr 2005ci il tarixli, 260 saylı qərarına əsasən, ona Şamaxı şəhəri, 01 B saylı məhəlləsindən həyətyanı məqsədi üçün 0,06 ha torpaq sahəsi satılmışdır. Uzun müddət heyvandarlıqla məşğul olduğu üçün və ilin yarısını qışlaqda, yarısını yaylaqda keçiridiyindən, həmin torpaq sahəsində hər hansı bir tikili tikməmiş, torpaq sahəsini hasara aldırmamışdır. Bir neçə il əvvəl xəbər tutmuşdur ki, həmin torpaq sahəsində Lalə adlı qadın orada dəmirdən və sair tikinti materiallarından ev quraşdırıb və içərisində yaşayır. İlk əvvəl tək qadın olduğunu nəzərə alıb, oradan çıxarılması ilə bağlı hər hansı hərəkət etməmişdir. Amma sonradan ona məlum olmuşdur ki, cavabdehlər yaşadıqları həmin yerdən əxlaqsızlıq yuvası kimi istifadə edirlər. Ona görə də, belə qərara gəlmişdir ki, onun torpaq sahəsində qanunsuz quraşdırılmış həmin evin sökülməsi və cavabdehlərin oradan çıxarılması üçün məhkəməyə müraciət etsin. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia tələbini əsassız hesab edərək, bildirdilər ki, onlar İddiaçı məxsus Şamaxı şəhəri 01 B məhəlləsində yerləşən torpaq sahəsindən istifadə etmirlər və həmin sahədə onlara aid hər hansı bir tikili yoxdur. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallrını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Bələdiyyəsinin 30 noyabr 2005-ci il tarixli qərarından görünür ki, Şamaxı şəhər sakini İddiaçı Şamaxı Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan şəhərin 01 B saylı məhəlləsində həyətyanı məqsədi üçün 0,06 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, 247 saylı mütəxəssis rəyində göstərilir ki, naturada faktiki olaraq və eləcə də, kameral şəraitdə iş materiallarında təqdim edilən torpaqayırma sənədləri əsasında aparılan tədqiqat nəticəsində İddiaçı məxsus olan Şamaxı şəhəri 01 B saylı məhəllədə yerləşən 600 kv.metr torpaq sahəsinin konfiqurasiyasının və yerləşdiyi ərazi olaraq naturada həmin torpaq sahəsinə uyğun olması müəyyən olunmuşdur. İddiaçı aid Şamaxı şəhəri, 01 B məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən müdaxilə (zəbt) və ya maneə halı aşkar olunmamışdır. Belə ki, İddiaçı təqdim etdiyi torpaq sahəsi 0,06 ha, Cavabdeh1 və Cavabdeh2 təqdim etdiyi torpaq sahəsi 0,02 ha təşkil edir. İddiaçı aid Şamaxı şəhəri, 01 B məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid hər hansı bir tikili müəyyən olunmamışdır. İş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Göründüyü kimi, məhkəmə baxışı zamanı, İddiaçı aid Şamaxı şəhəri, 01 B məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 aid hər hansı bir tikilinin olması müəyyən olunmamış və bununla bağlı iddiaçı tərəfindən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından görünür ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-954/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-954/2025
27.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver