Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-970/2022 29.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdehlər Cavabdeh2, X7, Cavabdeh22, X4 və Cavabdeh15 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X8, Cavabdeh14, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X4, Cavabdeh18, Cavabdeh19 İnşalla oğlu, Cavabdeh5, X5, Cavabdeh8, X11 və Cavabdeh6 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə Kürdəmir Rayon Məhkəməsindən daxil olmuş mülki işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X8, Cavabdeh14, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X4, Cavabdeh18, Cavabdeh19 İnşalla oğlu, Cavabdeh5 İnşalla oğlu, X5, Cavabdeh8, X11 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonunun inzibati ərazində olmaqla Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, ona məxsus 23.3638 hektar, 0.5102 hektar, 2.5943 hektar, 0.4788 hektar, 2.8988 hektar, 23.3855, 2.8975 hektar, 2.2865 hektar, 3.4796 hektar, 2.7098 hektar, 2.9012 hektar, 5.6691 hektar, 3.4803 hektar, 2.1096 hektar, 0.3103 hektar, 10.5905 hektar, 13.0206 hektar, 4.6401 hektar, 6.0268 hektar, 6.8481 hektar, 9.7128 hektar, 2.9 hektar, 8.1195 hektar, 2.2127 hektar, 0.36 hektar və 18.1808 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10. Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X8, Cavabdeh4, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X4, Cavabdeh18, Cavabdeh19 İnşalla oğlu, Cavabdeh5 İnşalla oğlu, Cavabdeh23, Cavabdeh8, X11, Cavabdeh6 tərəfindən özbaşına zəbt edilərək tikilmiş evlərin və digər yardımçı tikililərin onların öz hesablarına sökülməklə həmin torpaq sahələrindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1248/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddiaçı X2 aid hissəsə xitam verilməsi, iddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı zəbt olunmuştorpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kürdəmir Rayon Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, X3 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli qərardadla iddiaçı X1 hüquqi varisi müəyyən edilənədək hazırki iş üzrə icraat dayandırılmasına baxmayaraq, digər iddiaçının nümayəndəsinin şifahi məlumatına görə vərəsələr arasında fikir ayrılığı yarandığına görə ölmüş şəxsin hüquqi varisi ilə bağlı məsələ həll edilmədən saxlanılmışdır. İş materialına əlavə edilmiş sənədlədən görünür ki, iddiaçılara məxsus torpaq sahəsi Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşir. Məhkəmə iclasında iştirak edən cavabdehlər hər biri ayrı-ayrılıqda Kürdəmir rayonunda yaşadıqlarını və buna görə Şamaxı rayonuna gəlməkdə çətinlik çəkdiklərindən mülki işin baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilməsini xahiş etdilər. Mülki iş Şamaxı rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra mübahisəli torpaq sahələrinin faktiki olaraq Şamaxı və ya Kürdəmir rayonun inzibati ərazində yerləşməsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə sorğu verilmiş və həmin sorğuya daxil olmuş 27 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, mübahisəli torpaq sahələri Kürdəmir rayonunun inzibati ərazisində yerləşməklə, Şamaxı rayonu, Nağaraxana kəndinin ərazi vahidliyinə aiddir. Belə olan halda işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Kürdəmir Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Yuxarıda göstərilənlər Kürdəmir Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərardadın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apelyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh22, Cavabdeh21, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh4, Cavabdeh12, X8, Cavabdeh14, Cavabdeh9, Cavabdeh7, Cavabdeh15, X4, Cavabdeh18, Cavabdeh19 İnşalla oğlu, Cavabdeh5 İnşalla oğlu, X5, Cavabdeh8, X11 və Cavabdeh6 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-970/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-970/2022
29.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver