Məhkəmə qərarları › İş №2(074)-975/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-975/2021

19.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-975/2021 19.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpağın istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona və ailələrinə məxsus olan, Şamaxı şəhəri 01”B” məhəlləsində yerləşən 400 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılması, qanunsuz tikdiyi tikililərin öz hesabına sökülməsi və torpaq sahəsinin onun əməli istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X7 07.12.2020-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakların 1/2 hissəsinə vərəsəlik şəhadətnaməsi almış, digər 1/2 hissəsi anasına məxsusdur. Atası Şamaxı bələdiyyəsinin 30 noyabr 2005-ci il tarixli 260 saylı qərarı ilə şəhərin 01”B” məhəlləsindən 600 kv.m. torpaq sahəsi almışdır. Lakin torpaq sahəsi hələ dövlət qeydiyyatına alınmamışdır. Son illərdə torpaq sahəsinə baş çəkməmişlar. Atasının vəfatından sonra həmin torpağı dövlət qeydiyyatına aldırmaq istəmiş, lakin orada balaca daxma tikildiyini görmüşdür. Orada Lalə bir qadın yaşayırdı. Heç bir sənədi, icazəsi olmadan atasına məxsus olan torpaq sahəsində qanunsuz tikinti işi aparmışdı. Cavabdeh bildirib ki, bura onun deyildir. Amma bu inandırıcı deyil torpaq başqasındırsa işıq, qaz niyə onun adınadır. Hiss olunur ki, məsuliyyətdən boyun qaçırmaq üçün belə danışır. Amma cavabdehə dəfələrlə xəbər göndərildiyinə baxmayaraq qanunsuz tikililərini sökmür, qanunsuz zəbt etdiyi torpaq sahəsini boşaltmır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək cavabdehin ona və ailələrinə məxsus olan, Şamaxı şəhəri 01”B” məhəlləsində yerləşən 600 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılması, qanunsuz tikdiyi tikililərin öz hesabına sökülməsi və torpaq sahəsinin onun əməli istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 11.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07.12.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan X3, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan İddiaçı və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.2 kv.m, yaşayış sahəsi 23,5 kv.m, yardımçı sahəsi 22,7 kv.m, olan 1 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan torpaq alqı-satqısına dair aktdan görünür ki, X2 şəhər bələdiyyə orqanına müraciət etmiş və Şamaxı bələdiyyəsinin ərazisində 0,06 ha torpaq sahəsinin satılması barədə 30 noyabr 2005-ci il tarixli 260 nömrəli qərar qəbul edilmişdir. X7 tərəfindən Şamaxı Beynəlxalq 337335AZM3308-01 saylı hesabına ******* manat ödənilmişdir. İş materiallarında olan Şamaxı rayon Şamaxı Bələdiyyəsinin 30 noyabr 2005-ci il tarixli 260 saylı qərarından görünür ki, Şamaxı rayon Şamaxı Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən Şamaxı rayonu Çarhan kənd sakini X5 fərdi vaşayış evi tikmək üçün şəhərin şimal çıxışında 600 m2 torpaq sahəsinin ayrlıb satılması barədə Rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınması, Şamaxı rayonu Çarhan kənd sakini X5 Şamaxı Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan şəhərin şimal çıxışında fərdi vaşayış evi tikmək üçün 600 m2 torpaq sahəsinın satılması, Şamaxı rayonu Çarhan kənd sakini X5 aldığı torpaq sahəsinin alqı-satqı qiymətinə görə dəyəri normativ qiymətlərdən aşağı olmamaq şərti ilə Şamaxı Bələdiyyəsinin bankdakı xüsusi hesabına ödəməsi və ödəmə barədə qəbzi rayon Torpaq və Xəritəçəkmə şöbəsinə təqdim etməsi tapşırılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsindən xahiş edilmişdir ki, Respublika Nazirlər Kabinetinin 23 iyul 1998-ci il 158 saylı qərarına müvafiq olaraq Şamaxı rayonu Çarhan kənd sakini X5 alqı-satqı yolu ilə aldığı torpaq sahəsinin normativ qiyməti barədə arayış verməsi qərara alınmış, qərarın icrasına nəzarət Şamaxı rayon Torpaq və Xəritəçəkmə şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan 03.11.2005-ci il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə şöbəsi vətəndaşı X6 fərdi yaşayış evi tikmək üçün ona alqı-satqı qaydasında şəhərin 01 ”B” saylı məhəlləsində 600 m2 torpaq sahəsi ayrılıb satılmasına etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.7-ci maddəsinə əsasn istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum atası X5 Şamaxı bələdiyyəsinin qərarı ilə Şamaxı şəhəri 01”B” məhəlləsində yerləşən 600 kv.metr həyətyanı torpaq sahəsi satılmışdır. X8 həmin torpaq sahəsini dövlət qeydiyyatına aldırmamışdır. X8 07.12.2020-ci il tarixdə vəfat etmişdir. Ondan qalan miras əmlak Şamaxı şəhəri, Heydər Əliyev küçəsi ev 51, 6 saylı mənzil onun qanun üzrə vərəsələri tərəfindən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh Şamaxı rayon Şamaxı Bələdiyyəsinin 30 noyabr 2005-ci il tarixli 260 saylı qərarı ilə X1 Şamaxı şəhəri 01”B” məhəlləsində yerləşən 600 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililər cavabdehin hesabına sökülməli və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şamaxı şəhəri 01”B” məhəlləsində yerləşən 600 kv.metr ölçüdə olan torpaq sahəsindən Cavabdeh çıxarılsın, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililər cavabdehin hesabına sökülsün və torpaq sahəsi İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar