Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-990/2021 02.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin mülkiyyətə və istifadəyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, Yevlax rayon Səmədabad kənd sakini Cavabdeh 06 noyabr 2020-ci il tarixli № 199 nömrəli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şamaxı filialının çıxarışına əsasən məxsus olan, Mirikənd kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə və istifadəsinə verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 19.03.2020-ci ildə ailəsi ilə birlikdə X4 istehsalı ilə, arıçılıqla bağlı Şamaxı rayonu Mirikənd kəndinə köçərək məskunlaşmışdır. Arıçılığın inkşafı ilə bağlı ona Şamaxı rayonu, Mirikənd kəndində torpaq sahəsi almaq lazım olmuşdur. 17 noyabr 2020-ci ildə Mirikənd kənd İcra nümayəndəliyində Mirikənd kənd sakini X6, Yevlax rayon Səmədabad kənd sakini Cavabdeh və ünvan 1 ünvanında qeydiyyatda olub, Şamaxı Mirikənd kəndində müvəqqəti yaşayan İddiaçı iştirakları ilə Yevlax rayon Səmədabad kənd sakini Cavabdeh 06 noyabr 2020-ci il tarixli № 199 nömrəli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şamaxı filialının çıxarışına əsasən özünə məxsus olan, Mirikənd kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini ünvan 1 ünvanında qeydiyyata olan İddiaçı 1500 (min beş yüz) manat məbləğində satması barədə akt tərtib edilmiş, imzaları ilə təsdiq olunaraq Şamaxı rayonu, Mirikənd İƏDÜ nümayəndəsi İ.A.Musayev tərəfindən təsdiq edilmişdir. Bundan əlavə o, Cavabdeh əlavə olaraq Xəlilov Fərhadın iştirakı ilə 2000 (iki min) manat pul vermişdir. Daha sonra 2 dəfə 21.06.2021-ci il tarixdə 50 (əlli) manat poçt vasitəsilə 01.11.2020-ci il tarixdə isə təkrarən 100 (yüz) manat pul göndərmişdir. Lakin, bu günə kimi Cavabdeh həmin torpağı onun adına rəsmiləşdirmir. Hər dəfə bir bəhanə edərək həmin torpaq sahəsini onun adına rəsmiləşdirməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, onu cavabdehlə kənddəki tanışı tanış edib. Pulu da məhz onun yanında cavabdehə təqdim edib. Cavabdeh müxtəlif bəhanələrlə torpağın onun adına rəsmiləşdirilməsindən boyun qaçırır. İddianın təmin olunmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıdan torpağa görə həqiqətən pul aldığını, lakin səhhətində olan narahatçılığa görə torpağı cavabdehin adına rəsmiləşdirə bilmədiyini və ona buna gör vaxt verilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 17 noyabr 2020-ci il tarixli Mirikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində Mirikənd kənd sakini X6, Yevlax rayon Səmədabad kənd sakini Cavabdeh və ünvan 3 ünvanında qeydiyyatda olub, Şamaxı Mirikənd kəndində müvəqqəti yaşayan İddiaçı iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Yevlax rayon Səmədabad kənd Yevlax rayon Səmədabad kənd sakini Cavabdeh 06 noyabr 2020-ci il tarixli, 199 nömrəli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şamaxı filialının çıxarışına əsasən özünə məxsus olan, Mirikənd kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini ünvan 3 ünvanında qeydiyyata olan İddiaçı 1500 (min beş yüz) manat müqabilində satmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 01.11.2020-ci il tarixdə 100 manat, 21.06.2021-ci il tarixdə 50 manat məbləğində pul göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 19.10.2021-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(074)-228/2021 saylı icra sənədinə əsasən Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 30 saylı qərarında göstərilən Şamaxı rayonu, Mirikənd kəndində 0,11 ha ölçüdə olan torpaq sahəsindən borclu X3 çıxarılmalı və torpaq sahəsi tələbkar Cavabdeh qaytarılmalıdır. Tələbkar Cavabdeh şöbəyə 19.10.2021-ci il tarixdə şöbəyə rəsmi ərizə ilə müraciət etmiş, borclu X1 olaraq icra sənədində göstərilən torpaq sahəsindən çıxaraq ona təhvil verdiyini bildirmişdir. Bu səbəbdən Şamaxı rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli 2(074)- 228/2021 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan AR-İİ, № 468739 saylı Cavabdeh tərəfindən İddiaçı verilmiş 25.10.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, DTXK-nın JN 154A kod 41013018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonunun Mirikənd kənd ərazisində yerləşən 0,11 hektar torpaq sahəsi üzrə ona məxsus olan hissəni idarə etməyi, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı aldıqdan sonra onun üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, bölgü planını imzalamağı, bu tapşırğın yerinə yetirilməsinə ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh torpaq sahəsinin alqı-satqısına dair razılığa gəlmişlər. Lakin onlar bu barədə müqavilə bağlamamış və yalnız akt tərtib edilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin mülkiyyətinə və istifadəsinə verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə bağlanmadığından iddiaçı tərəfindən onun icrası da tələb edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin mülkiyyətə və istifadəyə verilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin mülkiyyətə və istifadəyə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-990/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-990/2021
02.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver