Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-992/2021 26.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kərimova (Məmmədova) Maya Qalib qızına qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evin qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Kərimova (Məmmədova) Maya Qalib qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kərimova (Məmmədova) Maya Qalib qızının Şamaxı şəhəri, N.Nərimanov küçəsi ev 104, mənzil 4 saylı ünvanda yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzilin qeydiyyatından çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “iddia ərizəsinə əlavə” ilə məhkəməyə müraciət edərək, Kərimova (Məmmədova) Maya Qalib qızının və onun oğlu 01 sentyabr 2015-ci il təvəllüdlü X1 ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarını itirmiş hesab edilməsi və həmin mənzilin qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun gəlini, oğlu X2 həyat yoldaşı olmuşdur. Yaşadıqları ev onun mülkiyyətindədir. Oğlu, bir neçə il əvvəl-03.11.2019cu il tarixdə avtomobil qəzasına düşüb ölmüşdür. 2020-ci ilin yazında cavabdeh əşyalarını da yığışdırıb evi tərk etmişdir. Hazırda Bakı şəhərindədir. Yaşadığı ünvan ona məlum deyil. Cavabdeh onun evində pasport qeydiyyatındadır. Cavabdehin qeydiyyatda qalması onun mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə mane olur. O, istəyir ki, cavabdehi evinin qeydiyyatından çıxarsın. Cavabdehlə heç bir əlaqə qura bilmir. O, cavabdehi evinin pasport qeydiyyatından çıxarmaq üçün Şamaxı rayon Polis şöbəsinə müraciət etmiş, ona cavab verilmişdir ki, vətəndaş ya özü ərizə ilə müraciət edərək qeydiyyatdan çıxmalıdır, ya da onun qeydiyyatdan çıxarılması barədə məhkəmə qərarı olmalıdır. O, cavabdehi tapa bilmir ki, ona təklif etsin ki, könüllü olaraq qeydiyyatdan çıxsın. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə cavabdehin bu mənzildən istifadə hüquqlarına xitam verməli və onun pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, 01 sentyabr 2015-ci il təvəllüdlü X3, 29 iyul 1976-cı il təvəllüdlü X7 və xx xxxx 1993-cü il təvəllüdlü Cavabdeh Şamaxı şəhəri, N.Nərimanov küçəsi ev 104, mənzil 4 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusudur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 13.07.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması 04.04.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası qanunun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparıldığı göstərilmişdir. Ərizəsində adları göstərilən Kərimova (Məmmədova) Maya Qalib qızı ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsində, iki mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən, ümumi sahəsi 39,9 m², yaşayış sahəsi 18.0 m², bir yaşayış otağında ibarət olan 104 nömrəli binanın 04 nömrəli mənzili şəxsi mülkiyyət hüququ əsasında Şamaxı rayon Dövlət Notariat Kontorunda “R 3T-106” alqı-satqı müqaviləsi ilə təsdiq olunmuş, İcra Hakimiyyəti Başçısının 12 yanvar 1999-cu il tarixli sərəncamı əsasında İddiaçı məxsusdur. İş materiallarında olan AZ-İ № 955503 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X8 arasındakı nikah 24.06.2014-cü il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24.06.2014-cü il tarixdə 153 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Kərimov”, arvada “Kərimova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ № 042487 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03.11.2019-cu ildə ölmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. Kərimova (Məmmədova) Maya Qalib qızı 2014-cü ildə iddiaçının oğlu ilə nikaha daxil olaraq iddiaçının mülkiyyətində olan mənzilə köçüb orada yaşamışdır. 2019-cu ildə iddiaçının oğlu dünyasını dəyişdikdən sonra həmin mənzildə qeydiyyatda olan cavabdeh, daimi yaşamaq üçün başqa ünvana köçüb getmiş və hazırda harada yaşadığı bilinmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasındakı münasibətlər 2014-cü ildə yarandığından, mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materiallarından aydın olur ki, tərəflərin (qaynana və gəlin) hazırda heç bir qohumluq əlaqələri və ailə münasibətləri ilə bağlılıqları qalmamış, mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü – Kərimova (Məmmədova) Maya Qalib qızı arasında hər hansı başqa razılaşmanın olması da iş materialları ilə təsdiq olunmur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Məhkəmə hesab edir ki, İddiaçı sabiq gəlini olan Kərimova (Məmmədova) Maya Qalib qızı hal-hazırda Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən onun ailə üzvü və ya digər qohumu hesab edilmir. Başqa sözlə, o, hazırkı vəziyyətdə sözü gedən mübahisəli mənzildən Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən istifadə hüququ olmayan şəxsdir. Hazırda iddiaçının mənzildən istifadə hüququnun saxlanılması və onun kənar şəxsə məxsus mənzilə istifadə hüququna xitam verilməməsi mülkiyyətçinin mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur. Bir şəxsin mənafelərinin qorunması isə başqa şəxsin hüquqlarının pozulması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Kərimova (Məmmədova) Maya Qalib qızı və 01 sentyabr 2015-ci il təvəllüdlü X1 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirmiş hesab edilsin. Hazırkı məhkəmə qətnaməsi Kərimova (Məmmədova) Maya Qalib qızı və 01 sentyabr 2015-ci il təvəllüdlü X1 həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-992/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-992/2021
26.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver