Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-994/2021 04.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanında yerləşən yaşayış mənzilindən cavabdeh X2 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun anası X3 məxsus olmuşdur. Bağışlanma müqaviləsinə əsasən anası mənzili ona bağışlamışdır. Adı çəkilən daşınmaz əmlakın 4/5 hissəsi üzərində mülkiyyət hüququnu əldə etmiş, buna əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən MA seriyalı ******* nömrəli çıxarış almışdır. Bir müddətdən sonra o, Cavabdeh ilə nikaha daxil olmuşdur. Daha sonra münasibətləri davam etməyə mümkün olmadığına görə nikahları pozulmuşdur. Nikahları pozulandan sonra cavabdeh başqa yerə yaşamaq üçün getmişdir. On ildən artıqdır kı, cavabdeh başqa yerdə yaşayır. O, yenidən ailə həyatı qurmuşdur, lakin cavabdeh 4/5 hissəsi ona məxsus mülkiyyətində olan evinin qeydiyyatında qalmağa davam edir. 27.04.2021-ci il tarixində mənzilində qeydiyyatda olan, lakin uzun müddət yaşamayan X4 qeydiyyatdan çıxarılması üçün ərizə ilə Şamaxı rayon Polis Şöbəsinə müraciət etmiş, ona cavab olaraq bildirilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması 04.04.1996-cı il tarixli “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat “ haqqında Qanunun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparıldığı göstərilmişdir. Odur ki, cavabdeh X4 ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O, X4 qeydiyyatdan çıxarılması üçün Sumqayıt İnzibatı Məhkəməsinə müraciət etmiş, lakin hakim ona bildirmişdir ki, hazırki iş istifadə hüququna xitam verilməsi tələbi ilə rayon məhkəməsində baxılmalıdır. Buna əsasən də hazırda o, Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin onun mənzilində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, o, cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də cavabehin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Həmçinin, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. X6 isə faktiki olaraq, başqa yerdə yaşaması amma onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçınının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı, 27.05.1996-cı il təvəllüdlü X11, 17.06.2014-cü il təvəllüdlü X9, 24.01.1974-cü il təvəllüdlü X12, xx.xx.1991-ci il təvəllüdlü X6, 20.12.1970-ci il təvəllüdlü X13, 02.10.1976-cı il təvəllüdlü X10 və 01.11.1948-ci il təvəllüdlü X1 şəhəri, N.Nərimanov prospekti, ev 102, mənzil 9 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında 4/5 hissə payla İddiaçı, 1/5 hissə payla isə X7 məxsusudur. İş materiallarında olan Şəhriyar qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 noyabr 2021-ci il tarixli № 39 nömrəli məktubdan görünür ki, Şəhriyar qəsəbəsində qeydiyyatda olan X6 hal-hazırda qəsəbədə yaşamır. Valideynlərinin bildirdiyinə görə o, halhazırda Türkiyə yaşayır. İş materiallarında olan Şamaxı şəhər Mənzil İstismarı Sahəsinin 28 fevral 2012-ci il tarixli № 11 nömrəli arayışının surətindən görünür ki, X1 şəhəri, N.Nərimanov prospekti, ev 102, mənzil 9 nömrəli, 2 otaqdan ibarət, 31,89 m² yaşayış sahəsi olan kommunal mənzildə yaşayır. Mənzilin işıq, qaz, su, istilik və kanalizasiya şəraiti vardır. Mənzil Şamaxı rayon Mənzil yaşayış fonduna daxildir. Mənzildə X5, X13, X10, X12 və İddiaçı daimi qeydiyyatdadırlar. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə 4/5 hissə payla İddiaçı məxsusdur. Cavabdeh iddiaçının keçmiş arvadıdır. Tərəflər arasında nikah münasibətləri davam etməyə mümkün olmadığına görə nikahları pozulmuşdur. Nikahları pozulandan sonra cavabdeh həmin ünvandan çıxaraq özünə başqa yaşayış yeri seçmişdir. Cavabdeh qeyd olunan mənzildə yaşamasa da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamır və yaşamaq üçün özünə daimi olaraq başqa yaşayış yeri seçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində yaşamaması müəyyən edildiyindən, onun həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış evində qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndində göstərilir ki, yaşayış sahəsindən istifadə hüququna yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında xitam verilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-994/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-994/2021
04.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver