Məhkəmə qərarları › İş №2(075)-100/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-100/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-100/2022 21.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Şəki Rаyоn Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən etibarından sui istifadə edərək ondan aldığı və pulunu qaytarmadığı mürəbbənin dəyəri olan 27000 manatın, əldən çıxmış faydanın əvəzi olaraq 6000 manatın və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Şəki RMX-da tibb bacısı işləyir. Tibb bacısı işləməyindən əlavə uzun müddətdir ki, ev şəraitində mürəbbə və turşu hazırlayıb satmaqla gəlir əldə edir. Buna görə vergi ödəmir. Ancaq ümumiyyətlə öz adına VÖEN-i var. Vergi ödəyicisidir. Belə ki, onun həyətində 2 ədəd evi var ki, həmin evləri kirayəyə verdiyi üçün aylıq qazancına uyğun olaraq vergi ödəyir. Bildirmişdir ki, təxminən 7-8 il bundan əvvəl Şəki şəhər sakini Cavabdeh ondan həyətində bağladığı 3 litrlik balonlarda (bankalarda) müxtəlif mürəbbələr və turşu məhsullarını almağa başlamış, o, mürəbbə və turşuları bağladıqdan sonra Vəfaya xəbər etmiş, Vəfa da gah özü maşınla gəlmiş, gah da başqa şəxsləri göndərmişdir. Mürəbbə və turşuları maşına yığıb aparmış, mürəbbə və turşu balonlarının hər biri müxtəlif qiymətlərdə olmuşdur. Belə ki, xiyar və pomidor turşu balonları bir qiymətə, mürəbbələr isə başqa qiymətə olmuşdur. Vəfa bəzi vaxtlar mürəbbə və turşuların pullarının az bir qismini vermiş, çox vaxtı isə mürəbbə və turşuları aparsa da onları satıb sonra pullarını göndərəcəyini bildirmişdir. Vəfa ilə aralarında bu 7 il ərzində daima alqı-satqı olmuş və Vəfa mütəmadi olaraq aldığı məhsulların bazar dəyərindən aşağı qiymətə almış, yerdə qalan pulu isə müəyyən zaman ərzində borc kimi ödəyəcəyini demişdir. Hər dəfə o, Vəfaya aldığı məhsulların pulunu qaytarmasını dedikdə o müxtəlif bəhanələr gətirmiş və pulu verməkdən yayınmışdır. O da Vəfaya demişdir ki, heç olmasa pulun əvəzinə pesok, balon və. sairə gətir ki, işi davam etsin. Yoxsa işlərini davam etdirə bilmir. Vəfa hər dəfə gətirəcəyini söz versə də vədinə əməl etməmişdir. Belə ki, 2013-cü ildən bəri Vəfa müxtəlif vaxtlarda gəlib evindən müxtəlif sayda mürəbbə və turşu balonlarını aparmış, sonra satıb bir hissəsinin pulunu vermişdir. Belə hal il ərzində daimi olaraq baş vermiş, son 2 ildə görmüşdür ki, Vəfa aldığı mürəbbə və turşuların pulunu ümumiyyətlə vermir. 5 il ərzində aralarında olan alqı-satqını haq-hesab etmiş və nəticədə görmüşdür ki, Vəfanın mürəbbə və turşu balonlarını ona satdığına görə ümumilikdə ona verəcəyi 27.000 manat pul qalmışdır. Bundan sonra onunla alqı-satqını dayandırmış və Vəfaya da demişdir ki, 27.000 manat ona verəcəyi qalmışdır. Bildirmişdir ki, ona olan borcunu nə vaxt versə bundan sonra alqı-satqıya davam edərlər. Buna görə də Vəfadan ona 27000 manat pul borcu olması barədə yazılı iltizam almışdır. Vəfa da 16.10.2019-cu il tarixdə könüllü olaraq ona 27000 manat borcunun olması barədə iltizam yazaraq vermişdir. Son 2 il ərzində də o, dəfələrlə Vəfadan pulunu istəsə də Vəfa hər dəfə pulunu verəcəyini desə də pulu verməmişdir. Vəfanı təxminən 7-8 il bundan öncə tanımış, yalnız alqı-satqıya görə tanımış və onunla hər hansı başqa bir formada tanışlığı olmamışdır. Vəfa həmin mürəbbə və turşu balonlarını ondan alarkən aralarında hər hansı yazılı bir kağız və ya müqavilə olmamışdır. Vəfanın ona 27.000 manat alqı-satqı prosesinə görə verəcəyinin qalmasını o, özünün dəftərçəsində apardığı qeydiyyata görə bilmişdir. Ancaq hər il həmin dəftərçəni cırıb tullamış və təzəsini tutmuşdur. Son illərdə vhatshapp olduğuna görə Vəfaya vhatshapp-da yazmışdır ki, onda da onun verəcəyi pulun nə qədər olduğu qalsın. Ümumiyyətlə alqı-satqı prosesi zamanı Vəfanın ondan aldığı mürəbbə və turşulara görə ona ümumilikdə nə qədər pul verdiyi yadında qalmamışdır. Vəfayla olan yazışmaları aradan uzun müddət keçdiyi üçün silinib. Bildirmişdir ki, Polis şöbəsinə şikayət etdikdən sonra təxminən 2020-ci ilin sonlarında Vəfadan təxminən 1100 manat məbləğində pul almışdır. Bundan sonra Vəfanın ona hər hansı ödəniş etməyini xatırlamır. İddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X3 da İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, Şəki şəhəri S.Kazımov küçəsi dalan 1 ev 2-də yaşayan X2 10 ildən çoxdur ki, tanıyır. Mehriban Şəki RMX-da tibb bacısı işləyir, həm də həyətində mürəbbə və turşu banka və balonları bağlayıb satmışdır. Onun da ilk vaxtlar etibarnamə ilə idarə etdiyi FORD markalı, avtomobili olmuşdur. Mehribanı meyvə-tərəvəz bazarında olarkən tanımışdır. Belə ki, o, bilmişdir ki, Mehriban mürəbbə və turşu bağlayıb satır. Ona görə də Mehribana demişdir ki, o, Bakı şəhərinə, restoranlara mürəbbə və turşu bankaları verir. Buna görə Mehribana onunla işləməsini təklif etmiş, Mehriban da onunla razılaşmışdır. Belə olub alver etməyə başlamışlar. Mehriban evdə turşu və mürəbbə balonları bağlamış, mürəbbə və turşular hamısı 3 kiloqram ağırlığında olmuş, o, Ford tranzit yük markalı avtomobilinə Mehribanın yaşadığı həyətdən 3 kiloqramlıq təxminən 400-500 arası müxtəlif mürəbbələri, turşuları yığmış, həmin vaxt mürəbbə və turşuların gah yarı pulunu vermiş, gah da gedib Bakı şəhərində mürəbbə və turşu bankalarını satıb gətirərək Mehribanın pulunu vermişdir. Aralarında olan alqı-satqı ilə bağlı öz dəftərçəsində qeydiyyat aparmışdır. Mehriban da öz dəftərçəsində qeydiyyat aparmışdır. Hər dəfə Bakıya gedib çatana kimi mürəbbə və turşulardan qıcqıranı olmuş, qıcqıranları sata bilməmiş, Mehribana bu barədə deyəndə isə demişdir ki, “bax də, özün gör nə edirsən”. Bəzən satılmamış, bu barədə də Mehribana demişdir. Mürəbbə və turşu balonlarının hər biri müxtəlif qiymətlərdə olmuşdur. Məsəl üçün xiyar və pomidor turşu balonlarını bir qiymətə, mürəbbələr isə başqa qiymətə olmuşdur. Ancaq o, satdığı mürəbbə və turşuların pullarını Mehribana vermədiyi vaxtlar da olmuşdur. Bunun əsas səbəbi o olmuşdur ki, o da Bakı şəhərində restoranlara və başqa yerlərə bəzən nisyə mürəbbə və turşular vermişdir. Sonra isə ala bilməmiş, ona görə də onun Mehribana verəcəyi pullar qalmışdır. Hazırda ümumilikdə onun Mehribana verəcəyi 9.000 manat pul qalmışdır. 2019-cu ildə də Mehribanla onların alveri olmuşdur. 16.10.2019-cu il tarixdə könüllü olaraq Mehribana 27000 manat borcunun olması barədə iltizam yazaraq vermişdir. Bundan sonra Mehribanla nağd pulla alver etmişdir. Təxminən 4-5 dəfə onunla alver etmiş, mürəbbələrin də hamısının nağdı pulunu verib alıb aparmış, onunla 4-5 dəfə etdiyi alver ümumilikdə 7-8 min manat etmişdir. İndi də ona verəcəyi pulu qaytarmaq istədiyini bildirmişdir. Onunla Mehriban arasında 10 il ərzində daima alqı-satqı olmuş və ondan aldığı mürəbbə və turşuları bazar qiyməti dəyərində almışdır. Ancaq malın satılmadan geri qaytarılması və nisyə mürəbbə və turşu satdığı üçün ona 9.000 manat borcu yaranmışdır. Mehriban ona pulu qaytarmasını dedikdə isə ona demişdir ki, pulu nisyədədir. Keçən ildən imkanı olmadığına görə pulu qaytara bilməmişdir. Bu il də karantin olduğu üçün Mehribanın pulunu qaytara bilməmiş, ancaq dediyi kimi Mehribana 27,000 manat deyil, 9,000 manat borcu vardır. İddiaçı həmin mürəbbə və turşu balonlarını alarkən aralarında hər hansı yazılı bir kağız və ya müqavilə olmamışdır. Bununla bağlı yalnız özünün dəftərçəsində qeydiyyat aparmışdır. Alqı-satqı prosesi zamanı ondan aldığı mürəbbə və turşulara görə nə qədər ümumilikdə pul verdiyi yadında qalmamışdır. Çünki Mehribanla alveri çox olub və 10 ildən çox davam etmişdir. Mehriban ondan PŞ-nə şikayət etdikdən sonra təxminən 2021-ci ilin yay aylarında ümumi borcundan ona 1100 manat ödəniş etmişdir. 1000 manat məbləğində pulu dostu Etibarla göndərmiş, 100 manat məbləğində pulu isə özü Mehribanın kartına vurmuşdur. Məhkəmədən qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mülki işə Şəki Rayon Məhkəməsində deyil, Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, işdə olan İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi qeydiyyatdan keçmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Аzərbаycаn Respublikаsı MPM-nin 26.1-ci maddəsinə əsаsən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Аzərbаycаn Respublikаsı MPM-nin 44.2.2-ci mаddəsinə görə iş məhkəmədə bаxıldığı zаmаn оnun аidiyyət qаydаlаrının pоzulmаsı ilə icrааtа qəbul edildiyi аşkаr оlunаrsа məhkəmə işi bаşqа məhkəmədə bаxılmаğа verir. Göründüyü kimi iş üzrə İddiaçı və Cavabdeh qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olmaları müəyyən edilmişdir. Оnа görə də mülki iş baxılması üçün bаşqа məhkəməyə, yəni аidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü mаddələrinin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının tələblərini rəhbər tutаrаq, məhkəmə Qərаrа аldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə verilsin. Qərаrdаddаn оnun təqdim оlunduğu (аlındığı) gündən 10 (оn) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar