Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-101/2021 18.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona çatası 10500 (on min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahat verərək göstərmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Tərtər rayonunun Şıxarx kəndində məskunlaşmışdır. O, həmin qəsəbədə mövcud olan hərbi hissənin ərazisində mağaza işlədir. Cavabdeh da həmin hərbi hissədən tanımışdır. Belə ki, Cavabdeh həmin hərbi hissədə hərbi qulluqçu olmuşdur. Onunla münasibətləri yaxşı olmuşdur. 25 oktyabr 2019cu ildə Cavabdeh ondan 10000 manat borc pul istəmişdir. O da münasibəti yaxşı olduğu üçün cavabdehə inanıb həmin məbləğdə pulu borc olaraq ona vermişdir. Cavabdeh ondan borc pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu 25 oktyabr 2020-ci ildə qaytaracağına söz vermişdir. Beləliklə o, Cavabdehla aralarında bağladıqları şifahi müqavilənin şərtlərinə əməl etməklə cavabdehə 10000 manat pulu vermişdir. Lakin Cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və pulu vaxtında qaytarmamışdır. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borc pulu istəmiş, cavabdeh isə sonra verəcəyini bildirmişdir. O, pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehdə 10000 manat pulu qalmışdır. Pulunu qaytarmadığı üçün dəfələrlə cavabdehin yaşadığı ünvana və qulluq etdiyi hərbi hissəyə getmişdir. Bu məqsədlə 500 manat pul xərcləmişdir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçı, onun xidmətdə olduğu, Tərtər rayonunun Şıxarx kəndində yerləşən hərbi hissənin həyətində hərbi əşyalar satılan mağaza işlətmişdir. İddiaçı ilə münasibətləri yaxşı olmuşdur. 2019-cu ildə pula ehtiyacı olduğundan Sadaydan 4500 manat məbləğində borc pul almışdır. İddiaçı isə əsassız olaraq ondan 10500 manat pul tələb edir. İddiaçının məhkəməyə təqdim etdiyi onun iddiaçıdan 10000 manat pul aldığına dair qəbz onun tərəfindən yazılmamış, onun tərəfindən imzalanmamış, o cümlədən onun belə bir qəbzdən xəbəri belə yoxdur. Buna görə də qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, Cavabdeh əlyazma ilə yazaraq Sadaydan 10000 manat məbləğində pulu əl-bə-əl aldığını, aldığı pulu 1 il müddətinə qaytaracağını, pulu 25.10.2019-cu il tarixdə aldığını və 25.10.2020-ci il tarixdə qaytaracağını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, 1958 nömrəli məktubundan görünür ki, vətəndaş Cavabdeh 01.01.2020-ci il tarixdən hal-hazıradək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar və ambulator müayinə və müalicədə olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli, 4/470 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan 25.10.2019-cu il tarixli qəbzin əlyazma mətni və imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tərəflərin izahatı iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xeyli müddət bir-birini tanımışlar. İddiaçı, cavabdehin işlədiyi hərbi hissənin ərazisində mağaza işlətmiş, cavabdeh də həmin hərbi hissə hərbi qulluqçu olmuşdur. İddiaçı cavabdehə cəmi 10000 manat borc pul verdiyini iddia edərək bu məbləği və cavabdehin də imzasını özündə əks etdirən iki qəbzi məhkəməyə təqdim etmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qismən qəbul emişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə tərəflərin izahatını və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzi təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında borcla bağlı hüquq münasibət yaranmış, buna görə də bu münasibətə borc müqaviləsindən irəli gələn müddəalar tətbiq edilməlidir. Belə ki, işdə olan və iddiaçı tərəfindən təqdim edilən hər qəbzə nəzər saldıqda aydın olur ki, həmin qəbzdə cavabdehin imzası mövcuddur. Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbzdəki imzalara baxış etdikdən sonra münasibət bildirərək göstərmişdir ki, onun iddiaçıdan 10000 manat pul aldığına dair qəbz onun tərəfindən yazılmamış, onun tərəfindən imzalanmamış, o cümlədən onun belə bir qəbzdən xəbəri belə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyü kimi Cavabdeh iddiaçıdan 10000 manat məbləğində pulu əl-bə-əl almasına dair yazılı qəbz yazmasına həmçinin, aldığı pulu 1 il müddətinə -yəni 25.10.2019-cu il tarixdən 25.10.2020-ci il tarixdək qaytaracağını bildirməsinə baxmayaraq borc aldığı 10000 manat pulun iddiaçıya geri qaytarması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 10 000 məbləğində pul alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia 500 manat hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə 127 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 127 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-101/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-101/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver