Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1019/2020 28.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş X1 xx xxxx 1988-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qızı X3 xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində doğulmuş, xx xxxx 1988-ci il tarixdə vəfat etmişdir. Onu Şəki şəhərində yerləşən ailə qəbiristanlığında dəfn etmişlər. Sonradan onlara məlum olmuşdur ki, mərhum qızına məxsus ölüm haqqında şəhadətnamə yoxdur. Üzürlü səbəblərdən onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sözügedən sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, sənədləşmə işləri zamanı müxtəlif dövlət orqanlarından qızına məxsus ölüm haqqında şəhadətnamə tələb olunur. Həmin şəhadətnamə mövcud olmadığından hüquqlarının həyata keçirilməsində çətinliklər yaranır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X7 göstərdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçinin 1988-ci ildə qızı olmuş, lakin üç aylığında ikən, təxminən iyun ayında vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X4 digər şahid X2 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, mərhum X3 1988-ci ilin iyun ayının sonlarında vəfat etmişdir. İşdə olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən xx xxxxx 1987-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X5 arasında xx xxxxx 1987-ci il tarixdə bağlanmış nikah 103 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Əzizov, arvada Əzizova soyadı verilmişdir. İşdə olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən xx xxx 1988-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası isə X6r. İşdə olan Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 05/Q-734/70 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs arxivində 1988-1991-ci illər üzrə yoxlama aparılmış, X1 ölüm faktı aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 05/Q-832/15 nömrəli arayışdan görünür ki, X1 Maraqlı şəxsndə ölümünün qeydə alınmasından imtina edilmiş, onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi «Şəki Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2379 nömrəli arayışdan görünür ki, 1988-ci illərə dair tibbi sənədlər elmi-tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qanunlarına əsasən məhv edilmişdir. Ona görə də X1 ölümü ilə bağlı hər hansı məlumatın verilməsi mümkün deyildir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 05/Q-1049/13 nömrəli məktubdan görünür ki, xx xxxx 1988-ci təvəllüdlü X1 övladlığa götürülməsi, soyad, ad və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilmədi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi qızı xx xxxx 1988-ci il təvəllüdlü X3 1988-ci ilin iyun ayında vəfat etmiş, Şəki şəhərində ailə qəbiristanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi qızı xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş X1 1988-ci ilin iyun ayında vəfat etməsi faktı müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələbloğlunun və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X1 1988-ci ilin iyun ayında vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1019/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1019/2020
28.09.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver