Məhkəmə qərarları › İş №2(075)-1036/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1036/2021

11.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1036/2021 11.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atasının 1927-ci il təvəllüdlü X7 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Şəki regional «ASAN» xidmət mərkəzinə müraciət edərək mərhum atası X3 miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, bundan imtina olunmuşdur. Cavab olaraq isə bildirilmişdir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim edilməlidir. Odur ki, ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bundan sonra Maraqlı şəxsnə müraciət etsə də, ona məxsus doğum haqqında şəhadətnamənin ata qrafasında X16 qeyd edildiyi müəyyən edilmişdir. Belə ki, atası və anası arasında rəsmi nikah olmadığından ona məxsus doğum haqqında şəhadətnamənin ata qrafası anasının deməsinə görə yazılmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X4 göstərdi ki, Ərizəçiərizə ilə məhkəməyə müraciət edərək, X5 onun atası olması hüquqi faktının müəyyən edilməsini xahiş etmişdir. Bildirdi ki, ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X12 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi və keçmiş iş yoldaşı olmuşdur. Onun atası X6 yaxından tanımışdır. Ərizəçinin anası Hənifə xanım Ərizəçi çox kiçik olanda vəfat etmişdir. Onlara ataları baxmışdır. X7 2012-ci ildə vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X14 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin atası Cuma Məmmədhəsənov, anası isə Hənifə Yunusovadır. Onların arasında rəsmi nikah olmamışdır. Həmçinin, onların ərizəçidən başqa üç qızları olmuşdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X15 ifadəsində göstərdi ki, Ərizəçi onun atasıdır. X10, nənəsi isə Hənifə Yunusovadır. Onlar arasında atası dünyaya gələrkən rəsmi nikah olmamışdır. O, nənəsini görməmiş, babası isə onlarla qalmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 01 may 2021-ci il tarixli, 05/Q-1727/15 nömrəli məktubdan görünür ki, Ərizəçi atalığın müəyyən edilməsi faktının təsdiq edilməsi ilə bağlı müraciətinə baxılmaqdan imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 15 iyul 1972-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1954-cü il təvəllüdlü Ərizəçi atası X16, anası isə X9r. İşdə olan Şəki şəhər İHB-nin Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 03 mart 2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 2012-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X1 Ərizəçi atası olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 Ərizəçi atası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar