Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1059/2021 17.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07.02.1940-cı il tarixdə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuş, mərhum atası X1 22.04.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi, qətnamənin icrasının Şəki Regional “ASAN XİDMƏT" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, X3 onun atasıdır. Atası 07.02.1940-cı il tarixdə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuşdur. Mərhum atası ölməzdən əvvəl ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu ünvan 3 ünvanında yaşamış və 22.04.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Mərhum atası X1 ölümündən sonra, qohumları ilə birgə onu dəfn elmişlər. Halhazırıla atasının qəbri Şəki şəhər qəbristanlığmda yerləşir. Atasının evdə vəfat etməsi səbəbli tərəfindən tibb müəssiəsinə müraciət etməli olduqlarını bilmədikləri üçün mərhumun ölümü haqqında tibbi şəhadətnaməsini almamışlar. 30.04.2021-ci il tarixdə Şəki Regional "ASAN XİDMƏT" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, mərhum atası X2 ölümünün qeydə alınması qeyri-mümkün olduğu və asının ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hal hazırda mərhum atasının adına olan və yaşadıqları evi sənədləşdirmək istəyir. Bunun üçün atası X1 ölüm faktının müəyyən edilməsi lazımdır. Ona görə də mərhum atasının ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Ərizəçi anası, mərhum X1 isə həyat yoldaşıdır. X3 07.02.1940-cı il tarixdə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuşdur. Mərhum ölməzdən əvvəl ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamış və 22.04.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. İsfəndiyarın yas mərasimini də ailə üzvləri ilə birlikdə keçirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, mərhum X3 onun həm qonşusu, həm də dostu olmuşdur. Uzun illər bir-birilərini tanımışlar. İsfəndiyar 22.04.2021-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında vəfat etmişdir. O və digər qonşular İsfəndiyarın ailə üzvləri ilə birlikdə mərhumun həm yas, həm də dəfn mərasimində iştirak etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 da şahid X12 ilə eyni məzmunlu ifadə verdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, işdə olan ******* nömrəli təvəllüdlü şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 07 fevral 1940-cı il təvəllüdlü X1 atası X9, anası isə X10r. İşdə olan Vİ-JQ 472360 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1980-cı il təvəllüdlü Ərizəçi atası X3, Anası isə X5r. İşdə olan Şəki RMX Publik Hüquqi şəxsi ASM bölməsi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli arayışdan görünür ki, X1 xəstəliyi ilə ölümü barədə Şəki RMX PHŞ ASM bğlməsində hər hansı bir sənəd və məlumat yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X3 Ərizəçi atasıdır. Ərizəçinin atası X3 22.04.2021-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, 07.02.1940-cı il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuş, X1 22.04.2021-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. 07.02.1940-cı il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuş X1 22.04.2021-ci il tarixdə ünvan 1 ünvanında ölməsi hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1059/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1059/2021
17.06.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver