Məhkəmə qərarları › İş №2(075)-1069/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1069/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1069/2020 05.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsızlığı» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış nikahlarının etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə xx xxxxxxx 2020ci il tarixdə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmədən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh atası Ramazan müəllim və anası Mehriban xanım onun anam Xədicə xanımla tələb yoldaşı olmuşlar. Buna görə də Cavabdeh ilə qiyabi tanışlıqları olmuşdur. 2019-cu ilin oktyabr ayında Cavabdeh ilə Türkiyə Respublikasında tanış olmuşlar. Cavabdeh məlum olmuşdur ki, o, Almaniya Respublikasında həkim işləyir. Odur ki, Cavabdeh də ali təhsilli olmasını və Almaniya Repsublikasına işləmək üçün getmək istəyini bildirmişdir. Beləliklə, onlar ailə qurmaq və ali təhsilli şəxslər kimi Almaniya Respublikasında işləmək qərarına gəlmişlər. xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh valideynləri onlara evinə elçi gəlmiş və razılıq əldə edildikdən sonra xx xxxxxx 2019-cu il tarixdə nişan mərasimi olmuşdur. Cavabdeh Almaniya Respublikasına getmək üçün onun həyat yoldaşı kimi «Viza» almaq üçün xx xxxxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları xx xxxxxx 2019-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Cavabdeh «Viza» verilməsi üçün müvafiq müraciət və sənədləri Almaniya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə göndərmişdir. Lakin sonuncu «Viza» almaq istəməmiş və ümumiyyətlə Almaniya Respublikasına getməkdən imtina etmişdir. Bundan sonra cavabdehlə onsuz da yaxşı olmayan münasibətləri daha da pisləşmişdir. Cavabdeh mütəmadi olaraq ona zənglər edərək narahat etməyə başlamışdır. Nəhayət, xx xxxxxx 2020-ci il tarixdə aralarında mübahisə yaranmış və beləliklə xasiyyətcə bir-birilərinə uyğun şəxslər olmadıqlarını müəyyən etmişlər. Onların ailə qurmaq niyyətləri baş tutmamış və ər-arvad münasibətlərində olmamışlar. Bundan sonra da ailə qurmaları qeyri-mümkündür. Odur ki, hesab edir ki, cavabdehlə aralarında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış nikah məhkəmə qaydasında etibarsız edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili X2 ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında cavabdeh iştirak etməmiş, Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianı qəbul etdiyini bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 nömrə ilə qeyd edilmişdir. Ərə Musazadə, arvada Məmmədzadə soyadı verilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki iddiaçı cavabdehlə nişanlanaraq xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Ancaq tərəflər ailə münasibətlərində olmamış, adət-ənənəyə uyğun toy mərasimi keçirməmişlər. Həmçinin, faktiki olaraq ərarvad münasibətlərində də olmamışlar. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh isə iddianı qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmış 139 nömrəli nikah etibarsız sayılmalıdır. İddiaçı iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 (iyirmi) manat rüsumu tələb etmədiyinə görə dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmış 139 nömrəli nikah etibarsız sayılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar